Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb Ayaqqabısının bir tayı isə yoxdur...
Kriminal 14 Yan 2026 10:49:00 76 0
Yanvarın 9-u Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Kamal Vahid oğlu Atakişiyevin meyitinin aşkarlanması ilə bağlı araşdırmalar davam edir.
Bu xəbəri də oxu: Ramil Qasımov Kavaradossi partiyasını ilk dəfə ifa edərək 27 illik arzusunun gerçəkləşməsindən danışıb
Son.az xəbər verir ki, mərhumun ölümü ətrafında yaranan ziddiyyətli detallar istintaq üçün suallar doğurub.
Belə ki, həmin gün onun meyiti sahibkar Hacı Seyfələ məxsus daş karxanasında, torpaq qalaqlarının arasında aşkar edilib. Hadisə ilə bağlı yayılan məlumatlar isə bir-birini təkzib edir. İlkin diqqətçəkən detallardan biri onun ayaqqabılarından birinin tapılmaması olub. Bu fakt hadisənin adi bədbəxt hadisə olmadığı ehtimallarını gücləndirib.
Daha sonra istintaq zamanı daha bir müəmmalı məqam üzə çıxıb. İstintaqçılar ayaqqabının itmiş bir tayını axtardıqları vaxt Kamal Atakişiyevin papağı kəndin başqa bir küçəsində tapılıb. Papağın həmin əraziyə necə düşdüyü indiyədək naməlum olaraq qalır. Daha da maraqlısı odur ki, papağın aşkar edildiyi ərazidə aparılan axtarışlara baxmayaraq, ayaqqabının itmiş bir tayına rast gəlinməyib. Bu uyğunsuzluq hadisə ilə bağlı sualları daha da artırır. Əgər papaq K.Atakişiyevin başından düşübsə, onun niyə yerdən götürmədiyi, hansı vəziyyətdə olduğu və həmin anlarda nə baş verdiyi hələ də cavabsızdır.
Ayaqqabının bir tayının itməsi istintaq üçün təsadüfi detal deyil. Belə hallarda ayaqqabının tapıldığı yer çox vaxt hadisənin real baş verdiyi məkanı müəyyən etməyə imkan verir. Əgər mərhum hansısa ərazidə kiminləsə mübahisə edib, fiziki qarşıdurma yaşayıbsa, ayaqqabının məhz həmin məkanda qalması ehtimalı yüksəkdir. Bu məqam isə Kamal Atakişiyevin başqa bir məkanda öldürülməsi, meyitinin isə sonradan işlədiyi daş karxanasının ərazisinə atılması ehtimalını gündəmə gətirir.
Qarşıdurma, sürüklənmə və ya məcburi daşınma zamanı ayaqqabının çıxması kriminal təcrübədə tez-tez rast gəlinən hallardandır. Papağın bir küçədə, meyitin isə tamam başqa ərazidə tapılması hadisənin bir məkanda deyil, bir neçə nöqtədə baş verdiyi ehtimalını gücləndirir.
Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsinin 3 ili başa çatan və
Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun iş
Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasınd
Dağlıq və dağətəyi rayonlarda qar yağır. Bəzi yerlərdə yağıntılar
Mərhum meyxanaçı Elnur Valehin Lənkəranda yerləşən evi satışa çıxar�
2026-cı ilin ilk aylarından etibarən beş bürc üçün maddi baxımdan uğur
Ziraat Bank Azərbaycan rəqəmsal bankçılıq xidmətlərinin inkişafı istiq
ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaq
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef
Hazırda ölkənin bir neçə ərazilərdə, xüsusi ilə Abşeron yarımadasın
Bakının 7-ci mikrorayon ərazisində avtomobil yolda çuxura düşüb batıb
Türkiyəli aktyor Oktay Kaynarcanın məhkəmə nəzarəti çərçivəsində ev
Müğənnilər Sevil və Sevinc Səfərovaların mərhum ataları ilə bağlı p
