Ermənistanın öhdəliyi ilə Azərbaycan və Naxçıvan arasındakı tranzit asanlaşır
Siyasət 14 Yan 2026 10:35:00 68 0
Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin tranziti üçün sadələşdirilmiş rejimin təmin edilməsi Ermənistanın TRIPP layihəsi çərçivəsində götürdüyü öhdəliklər sırasındadır.
Bu xəbəri də oxu: Prezident dünənki görüşdən paylaşım etdi VİDEO
Son.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın TRIPP layihəsi üzrə birgə bəyanatında deyilir.
Bəyanata əsasən "Tramp Marşrutu"nun (TRIPP) əsas təyinatlarından biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təmin edilməsidir. Sənəddə vurğulanır ki, TRIPP Ermənistan ərazisindən keçməklə maneəsiz multimodal tranzit əlaqəsinin yaradılmasına yönəlib və dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsipləri əsasında regional sülhə, sabitliyə və inteqrasiyaya töhfə verməyi hədəfləyir.
"Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisi vasitəsilə birləşdirərək və Transxəzər ticarət marşrutu üzərində həyati əhəmiyyətli bağlantılar formalaşdıraraq, TRIPP-in Ermənistan Respublikasının həm beynəlxalq, həm də daxili əlaqəliliyi baxımından qarşılıqlı faydalar gətirəcəyi gözlənilir", - bəyanatda deyilir.
Qeyd edək ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və Dövlətlərarası Münasibətlər haqqında" Sazişi paraflayıblar.
Dağlıq və dağətəyi rayonlarda qar yağır. Bəzi yerlərdə yağıntılar
Mərhum meyxanaçı Elnur Valehin Lənkəranda yerləşən evi satışa çıxar�
2026-cı ilin ilk aylarından etibarən beş bürc üçün maddi baxımdan uğur
Ziraat Bank Azərbaycan rəqəmsal bankçılıq xidmətlərinin inkişafı istiq
ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaq
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef
Hazırda ölkənin bir neçə ərazilərdə, xüsusi ilə Abşeron yarımadasın
Bakının 7-ci mikrorayon ərazisində avtomobil yolda çuxura düşüb batıb
Türkiyəli aktyor Oktay Kaynarcanın məhkəmə nəzarəti çərçivəsində ev
Müğənnilər Sevil və Sevinc Səfərovaların mərhum ataları ilə bağlı p
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Təbrizin "Traktor" klubunun keçmiş futbolçusu Mojtaba Torşiz İra
ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
