Rza Pəhləvidən yeni çağırış: “Küçələri tərk etməyin”


Dünya 11 Yan 2026 11:50:00 71 0

Rza Pəhləvidən yeni çağırış: “Küçələri tərk etməyin”

İranın mühacirətdə yaşayan vəliəhdi Rza Pəhləvi ölkədə davam edən etirazlarla bağlı xalqa növbəti müraciətini edib.

Son.az xəbər verir ki, Pəhləvi çıxışında kütləvi aksiyaların hakimiyyətin mövqelərini ciddi şəkildə zəiflətdiyini bildirib. Onun sözlərinə görə, İslam Respublikası küçələrə çıxan milyonlarla insana qarşı durmaq üçün kifayət qədər qüvvəyə malik deyil.

Rza Pəhləvi qeyd edib ki, ona daxil olan etibarlı məlumatlara əsasən, təhlükəsizlik strukturlarında ciddi çatışmazlıq yaranıb. Bir çox təhlükəsizlik əməkdaşı vəzifələrini tərk edib və ya etirazçıları dağıtmaqla bağlı verilən əmrlərə tabe olmaqdan imtina edib.

Pəhləvi vurğulayıb ki, ali rəhbər Əli Xameneinin ixtiyarında əsasən İran xaricindən gətirilmiş, xalqı öz düşməni hesab edən və zorakılığa meylli azsaylı muzdlu qruplar qalıb. O, bu şəxslərin törətdikləri əməllərə görə cavab verməli olacaqlarını bildirib.

Vəliəhd bu gün saat 18:00-da vətəndaşları yenidən etiraz aksiyalarına qoşulmağa çağırıb. O, insanlardan ailə üzvləri və dostları ilə birlikdə şəhərlərin əsas küçələrinə qruplar halında çıxmağı, bir-birindən ayrılmamağı və təhlükəli yan küçələrdən uzaq durmağı xahiş edib.

"Mübarizədə tək deyilsiniz. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənləriniz sizin səsinizi ucaldır. Bu gün beynəlxalq ictimaiyyət İran xalqının milli hərəkatının yanındadır və göstərdiyiniz cəsarəti yüksək qiymətləndirir", - deyə Pəhləvi bildirib.

O, həmçinin ABŞ Prezidenti Donald Trampın İran xalqının cəsarətini izlədiyini və dəstək verməyə hazır olduğunu bəyan etdiyini vurğulayıb.

"Küçələrdən çəkilməyin. Qəlbim sizinlədir. İnanıram ki, tezliklə sizinlə bir yerdə olacağam", - deyə vəliəhd müraciətini yekunlaşdırıb.

Qeyd edək ki, İranda hökumət əleyhinə aksiyalar artıq 14 gündür davam edir və etirazlar ölkənin bir çox şəhərlərini əhatə edib. Qarşıdurmalar nəticəsində indiyədək 116 nəfərin həyatını itirdiyi bildirilir.

Kənan Son.az


Xəbərə aid video

Bəzi rayonlarda güclü külək əsir, qar yağır like
  • 11 Yan 11:27  
Digərləri Bəzi rayonlarda güclü külək əsir, qar yağır

Yanvarın 11-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

arrow Ətraflı
Avstraliyada gecə əyləncəsi zamanı insident olub, yeniyetmə öldürülüb like
  • 11 Yan 11:05  
Dünya Avstraliyada gecə əyləncəsi zamanı insident olub, yeniyetmə öldürülüb

Avstraliyanın Melburn şəhərinin mərkəzində gecə saatlarında baş verən

arrow Ətraflı
Masallıda əməliyyat: 9 kilo narkotik ələ keçirildi like
  • 11 Yan 10:44  
Digərləri Masallıda əməliyyat: 9 kilo narkotik ələ keçirildi

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitə

arrow Ətraflı
Xarici işlər nazirinin müavini İƏTin Somali ilə bağlı fövqəladə iclasında iştirak edib like
  • 11 Yan 10:36  
Siyasət Xarici işlər nazirinin müavini İƏTin Somali ilə bağlı fövqəladə iclasında iştirak edib

10 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər na

arrow Ətraflı
İranda etirazlarda ölənlərin sayı 116 nəfərə çatdı like
  • 11 Yan 10:20  
Digərləri İranda etirazlarda ölənlərin sayı 116 nəfərə çatdı

İranda hökumət əleyhinə aksiyalar artıq iki həftədir ki, davam edir və

arrow Ətraflı
Niyə insanlar qazandığından artıq xərcləyir? like
  • 11 Yan 09:56  
Digərləri Niyə insanlar qazandığından artıq xərcləyir?

Maliyyə davranışı ilə bağlı araşdırmalar göstərir ki, insanların gə

arrow Ətraflı
Yaponiyada güclü zəlzələ oldu like
  • 11 Yan 09:30  
Dünya Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın şimal-şərq bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə al

arrow Ətraflı
Kanadada Tramp narahatlığı: Növbəti hədəf Ottavadır? like
  • 11 Yan 09:11  
Dünya Kanadada Tramp narahatlığı: Növbəti hədəf Ottavadır?

Kanada ABŞ Prezidenti Donald Trampın son vaxtlar atdığı aqressiv addımlar

arrow Ətraflı
Artıq pəncərələr "tərləməyəcək": Şüşələrə nə sürtmək lazımdır? like
  • 11 Yan 08:48  
Digərləri Artıq pəncərələr "tərləməyəcək": Şüşələrə nə sürtmək lazımdır?

Soyuq havalarda otaqdakı isti hava ilə soyuq pəncərə şüşəsi qarşılaş

arrow Ətraflı
Qazsız və elektriksiz isinmək mümkündür: Mənfi 20 dərəcədə belə evi isti saxlayan sistem like
  • 11 Yan 08:08  
Digərləri Qazsız və elektriksiz isinmək mümkündür: Mənfi 20 dərəcədə belə evi isti saxlayan sistem

Enerji xərclərinin artdığı bir dövrdə bir çox insan alternativ isinmə �

arrow Ətraflı
Mükəmməl qaynadılmış yumurtanın sirri: Peşəkarlar onu necə soyudur? like
  • 11 Yan 07:07  
Digərləri Mükəmməl qaynadılmış yumurtanın sirri: Peşəkarlar onu necə soyudur?

Çox vaxt yumurtanı qaynatdıqdan sonra sadəcə kənara qoyub soyumasını gö

arrow Ətraflı
Uşaqlarda qızdırma nə zaman təhlükəlidir? like
  • 11 Yan 05:05  
Digərləri Uşaqlarda qızdırma nə zaman təhlükəlidir?

Uşaqlıq dövründə tez-tez rast gəlinən hərarət təkcə uşağın bədə

arrow Ətraflı
Sobada tərəvəzli ət yeməyi: Pambıq kimi bişən dadlı resept like
  • 11 Yan 04:04  
Digərləri Sobada tərəvəzli ət yeməyi: Pambıq kimi bişən dadlı resept

Mətbəxdə çox vaxt itirmədən, lakin restorandakı kimi ləzzətli bir şam

arrow Ətraflı
Dünyada ən çox televizor satan like
  • 11 Yan 03:03  
Digərləri Dünyada ən çox televizor satan

"Samsung Electronics" şirkəti 2025-ci ilin üçüncü rübündə hə

arrow Ətraflı
Narın bu möcüzələri var like
  • 11 Yan 02:02  
Digərləri Narın bu möcüzələri var

Dadı və müalicəvi faydaları ilə dünyada getdikcə populyarlaşan bir meyv

arrow Ətraflı