İranda etirazlarda ölənlərin sayı 116 nəfərə çatdı
Digərləri 11 Yan 2026 10:20:00 89 0
İranda hökumət əleyhinə aksiyalar artıq iki həftədir ki, davam edir və etiraz dalğası ölkənin çoxsaylı şəhərlərini əhatə edib. Baş verən qarşıdurmalar nəticəsində ölənlərin sayı 116 nəfərə yüksəlib.
Bu xəbəri də oxu: İranın mümkün gələcək liderinin adı açıqlandı, Güney Azərbaycan qarışdı
Son.az xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) açıqlama yayıb. Bildirilir ki, etirazların 14-cü günündə yaşanan toqquşmalar zamanı həlak olanlar arasında 37 təhlükəsizlik əməkdaşı və 4 tibb işçisi də yer alır. Məlumata əsasən, hadisələr zamanı bir prokuror da həyatını itirib.
HRANA-nın məlumatında qeyd olunur ki, indiyədək 2600-dən artıq şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, 2638 nəfər isə saxlanılıb. İran rəsmiləri isə etirazlar zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı hələ rəsmi statistika açıqlamayıb.
Xatırladaq ki, agentlik bir gün əvvəl etirazlar nəticəsində ölənlərin sayının 66 nəfər olduğunu bildirmişdi.
Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında dükan sahiblərinin təşəbbüsü ilə başlayan etiraz aksiyaları qısa müddət ərzində ölkənin digər bölgələrinə də yayılıb.
İranın "Tasnim" agentliyi yanvarın 7-də yayımladığı məlumatda etirazlar zamanı 568 polis əməkdaşının və 66 Bəsic üzvünün yaralandığını açıqlasa da, ümumi itkilərlə bağlı dəqiq rəqəmlər təqdim etməyib.
Yanvarın 8-də Tehranda etirazların daha da şiddətlənməsi fonunda bəzi qrupların avtobusları, təcili tibbi yardım maşınlarını, eləcə də 24 yaşayış evi, 25 məscid, 2 xəstəxana və 26 bankı yandırdığı, vandalizm halları törətdiyi bildirilib.
Baş verən hadisələrdən sonra İran hökuməti ölkə üzrə internetə çıxışı müvəqqəti olaraq məhdudlaşdırıb.
Kənan Son.az
Maliyyə davranışı ilə bağlı araşdırmalar göstərir ki, insanların gə
Yaponiyanın şimal-şərq bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə al
Kanada ABŞ Prezidenti Donald Trampın son vaxtlar atdığı aqressiv addımlar
Soyuq havalarda otaqdakı isti hava ilə soyuq pəncərə şüşəsi qarşılaş
Enerji xərclərinin artdığı bir dövrdə bir çox insan alternativ isinmə �
Çox vaxt yumurtanı qaynatdıqdan sonra sadəcə kənara qoyub soyumasını gö
Uşaqlıq dövründə tez-tez rast gəlinən hərarət təkcə uşağın bədə
Mətbəxdə çox vaxt itirmədən, lakin restorandakı kimi ləzzətli bir şam
"Samsung Electronics" şirkəti 2025-ci ilin üçüncü rübündə hə
Dadı və müalicəvi faydaları ilə dünyada getdikcə populyarlaşan bir meyv
Rusiyalı qastroenteroloq Anna Menşikova qəbizliyə səbəb olan gündəlik v�
Havaların soyuması ilə birlikdə artan təbii qaz ödənişləri bir çox ins
Bakıda yeni yolun çəkilişinə hazırlıq işlərinə başlanılıb.
ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı mümkün zərb�
İllərdir müzakirə olunan "Pul xoşbəxtlik gətirirmi?" sualına e
