Norm Sement zavodunun istehsal gücü artırılıb FOTO


Digərləri 08 Yan 2026 11:35:00 92 0

Norm Sement zavodunun istehsal gücü artırılıb  FOTO

"Norm" ASC tərəfindən Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması ilə bağlı layihə uğurla sona çatdırılıb. Beləliklə, zavodun klinker istehsalı gücü illik 1,76 milyon tondan 2 milyon tona qaldırılaraq, təxminən 14%-lik artım təmin edilib ki, bu da il ərzində 240 min ton əlavə klinker istehsalı imkanı deməkdir. Layihənin icrasına beynəlxalq tərəfdaşlar - Çinin "BTIEC", Almaniyanın "Gebr. Pfeifer" and "Claudius Peters" şirkətləri cəlb edilib. 

Şirkətin Baş icraçı direktoru Henning Sasse qeyd edib ki, sement bazarında hazırkı mərhələdə ölkədə təklif tələbi üstələsə də, şirkət uzunmüddətli strateji baxışına uyğun yanaşma tətbiq edir: "Biz ölkənin və regionun genişlənən infrastruktur ehtiyaclarını və ixrac imkanlarını nəzərə alaraq, zavodun istehsal gücünü artırmağa qərar verdik. Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması bizim üçün həm daxili bazarı təmin etmək, həm də xarici bazarlara klinker ixracı imkanlarını genişləndirmək baxımından mühüm addım oldu. Bu təşəbbüs, növbəti 15-20 il ərzində ölkə daxilində sement və klinker tələbatının yerli istehsal hesabına tam qarşılanmasını təmin etməklə, Azərbaycanın sənaye potensialının gücləndirilməsinə xidmət edəcək".  "Norm"ASC-nin innovasiyalara davamlı sərmayəsi enerji sənayesi üçün strateji əhəmiyyət daşıyan quyu-tamponaj sementinin istehsalında da öz əksini tapır. Bu məhsul neft-qaz sektorunda quyuların təhlükəsizliyinin və etibarlılığının təmin olunmasında mühüm rol oynayır.  Şirkət bu istiqamətdə Azərbaycandakı SLB, həmçinin bp kimi beynəlxalq enerji şirkətləri ilə sıx əməkdaşlıq edir və tərəfdaşlıq münasibətlərini ildən-ilə genişləndirir.  Hazırda məhsul Orta Asiya ölkələrindən bəzilərinə ixrac olunur. Qarşıdan gələn illərdə quyu-tamponaj sementinin ixrac imkanlarının artırılması və ixrac coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Norm xüsusi növ sement sayılan quyu-tamponaj sementinin Azərbaycanda yeganə istehsalçısıdır və  şirkət, 2021-ci ildə Cənubi Qafqazda ilk dəfə olaraq, bu məhsulun istehsalı ilə bağlı Amerika Neft İnstitutundan müvafiq API sertifikatı əldə edib. 

Həm sənaye, həm də ekoloji baxımdan məsuliyyətli fəaliyyət sərgiləyərən Norm, istehsal proseslərinin modernləşdirilməsi, resursların optimallaşdırılması və ətraf mühitə təsirin azaldılması istiqamətində də investisiyalar yatırır. İstehsal gücünün artırılması ilə yanaşı şirkət tərəfindən ötən ildən etibarən sement istehsalında klinker əmsalı 5%-ə qədər azaldılıb ki, bu da təxminən 85 min ton klinkerin əlavə sement istehsalına yönəldilməsinə imkan verir. Ölkənin sement istehsalı üzrə aparıcı müəssisəsi və tikinti materialları istehsalçısı olaraq, Norm məhsullarının klinker əmsalını optimizasiya etməklə, spesifik CO₂ emissiyalarını azaltmağı dayanıqlı inkişaf məqsədləri çərçivəsində ön planda tutur.

Bu ailələrə 600 manatadək sosial yardım veriləcək like
  • 08 Yan 11:25  
Digərləri Bu ailələrə 600 manatadək sosial yardım veriləcək

"Bu ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manata

arrow Ətraflı
Sabiq dövlət vergi müfəttişi 400 min manatlıq dələduzluqda təqsirləndirilir like
  • 08 Yan 10:56  
Digərləri Sabiq dövlət vergi müfəttişi 400 min manatlıq dələduzluqda təqsirləndirilir

Müsadirə olunmuş əmlakların aşağı qiymətə satılması adı altında d�

arrow Ətraflı
Tramp Rusiyaya qarşı sərt sanksiyalar paketini təsdiqlədi like
  • 08 Yan 10:43  
Dünya Tramp Rusiyaya qarşı sərt sanksiyalar paketini təsdiqlədi

ABŞ prezidenti Donald Tramp artıq Moskvanı iqtisadi cəhətdən sarsıtmaq ü

arrow Ətraflı
Dövlət Məşğulluq Agentliyinin yeni sədri kimdir?  DOSYE like
  • 08 Yan 10:34  
Digərləri Dövlət Məşğulluq Agentliyinin yeni sədri kimdir? DOSYE

1 oktyabr 2024-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabe

arrow Ətraflı
Bakıda torpaq ən çox bu rayonlarda bahalaşıb  SİYAHI like
  • 08 Yan 10:32  
Digərləri Bakıda torpaq ən çox bu rayonlarda bahalaşıb SİYAHI

Bakının bütün rayonlarında ötən il torpaq sahəsinin qiymətlərində art

arrow Ətraflı
"Madurodan sonra o da devriləcək, az qalıb" like
  • 08 Yan 10:22  
Dünya "Madurodan sonra o da devriləcək, az qalıb"

ABŞ senatoru Rik Skott hesab edir ki, Vaşinqtonun Venesueladan neft ixracına

arrow Ətraflı
Məşğulluğun sədri dəyişdi  Yeni rəhbər Hasil Abbasov oldu like
  • 08 Yan 10:19  
Digərləri Məşğulluğun sədri dəyişdi Yeni rəhbər Hasil Abbasov oldu

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə yeni

arrow Ətraflı
"Rahidə Baxışovanın "ölüm xəbəri"ni yazdırdıq ki..." like
  • 08 Yan 10:15  
Şou-biznes "Rahidə Baxışovanın "ölüm xəbəri"ni yazdırdıq ki..."

Prodüser Pərviz Əfqan "Öz aramızda" verilişində müğənni Rahi

arrow Ətraflı
Partlayışda ölən SOCAR əməkdaşının like
  • 08 Yan 10:10  
Digərləri Partlayışda ölən SOCAR əməkdaşının

Xəbər verdiyimiz kimi, ötən gün Qazaxın Xanlıqlar kəndində "SOCAR

arrow Ətraflı
MDMdə rəhbərlik yeniləndi: Umeyra İbrahimova sədr oldu like
  • 08 Yan 10:03  
Digərləri MDMdə rəhbərlik yeniləndi: Umeyra İbrahimova sədr oldu

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasın

arrow Ətraflı
İranlı narkotacirin Bakıdakı kuryerindən 14 kiloqram marixuana aşkarlandı like
  • 08 Yan 09:52  
Digərləri İranlı narkotacirin Bakıdakı kuryerindən 14 kiloqram marixuana aşkarlandı

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop

arrow Ətraflı
Maduronun işinə 92 yaşlı hakim baxacaq  məhkəmədə YATIR like
  • 08 Yan 09:35  
Dünya Maduronun işinə 92 yaşlı hakim baxacaq məhkəmədə YATIR

ABŞ-nin Nyu-York Cənub Dairəsi Federal Məhkəməsində Venesuela Prezidenti

arrow Ətraflı
Cəbrayıl və Füzulidə açıq ərazi yanır like
  • 08 Yan 09:24  
Digərləri Cəbrayıl və Füzulidə açıq ərazi yanır

Cəbrayıl və Füzuli rayonlarında yanğın başlayıb.

arrow Ətraflı