MDMdə rəhbərlik yeniləndi: Umeyra İbrahimova sədr oldu


Digərləri 08 Yan 2026 10:03:00 78 0

MDMdə rəhbərlik yeniləndi: Umeyra İbrahimova sədr oldu

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarlarına əsasən MDM-in Müşahidə Şurasında yeni təyinatlar həyata keçirilib.

Son.az MDM-ə istinadən xəbər verir ki, qərara əsasən, İbrahimova Umeyra Fərhad qızı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. U.İbrahimova bu təyinata qədər MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsində çalışıb və 2023-cü ilin mart ayından 07 yanvar 2026-cı il tarixinədək sözügedən vəzifəni icra edib.

U.İbrahimova 7 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr təhsilini fərqlənmə ilə başa vurub, 2010-cu ildə isə Macarıstanın Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetinin İqtisadiyyat fakültəsini magistr dərəcəsi ilə bitirib. Əmək fəaliyyətinə 2011-ci ildə "PAŞA Bank" ASC-də Xəzinədarlıq departamentində kiçik mütəxəssis kimi başlayıb, 2013-2022-ci illərdə bankda müxtəlif vəzifələrdə, o cümlədən Qlobal bazarlar şöbəsinin müdiri kimi çalışıb. Eyni zamanda, 2012-2016-cı illərdə "PAŞA Kapital investisiya şirkəti" QSC-də broker və diler kimi fəaliyyət göstərib. 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Mərkəzi Bankında Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunub.

Həmin tarixli digər qərara əsasən, Ağahüseyn Kamal oğlu Xudaverdiyev Milli Depozit Mərkəzinin Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. A. Xudaverdiyev 08 may 2023-cü il tarixindən hazırkı təyinata qədər MDM-in İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarına əsasən, Əlizadə Elçin Ağaməmməd oğlu isə MDM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Elçin Əlizadə 2023-cü ilin mart ayından 2026-cı ilin yanvar ayınadək Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

İranlı narkotacirin Bakıdakı kuryerindən 14 kiloqram marixuana aşkarlandı like
  • 08 Yan 09:52  
Digərləri İranlı narkotacirin Bakıdakı kuryerindən 14 kiloqram marixuana aşkarlandı

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop

arrow Ətraflı
Maduronun işinə 92 yaşlı hakim baxacaq  məhkəmədə YATIR like
  • 08 Yan 09:35  
Dünya Maduronun işinə 92 yaşlı hakim baxacaq məhkəmədə YATIR

ABŞ-nin Nyu-York Cənub Dairəsi Federal Məhkəməsində Venesuela Prezidenti

arrow Ətraflı
Cəbrayıl və Füzulidə açıq ərazi yanır like
  • 08 Yan 09:24  
Digərləri Cəbrayıl və Füzulidə açıq ərazi yanır

Cəbrayıl və Füzuli rayonlarında yanğın başlayıb.

arrow Ətraflı
Suriya: İsrail və Türkiyənin strategiyalarının toqquşma meydanı like
  • 08 Yan 09:20  
Siyasət Suriya: İsrail və Türkiyənin strategiyalarının toqquşma meydanı

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
“Nikosayağı”dan təsirli PAYLAŞIM like
  • 08 Yan 09:15  
Şou-biznes “Nikosayağı”dan təsirli PAYLAŞIM

"Sosial şəbəkələrdə "Nikosayağı" ləqəbi ilə tanınan b

arrow Ətraflı
Avro ucuzlaşdı, rubl bahalaşdı  Dollar isə bu qiymətə satılır like
  • 08 Yan 09:13  
Digərləri Avro ucuzlaşdı, rubl bahalaşdı Dollar isə bu qiymətə satılır

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Dünyanın ən uzun səyahəti: Düz 21 gün davam edir like
  • 08 Yan 08:41  
Dünya Dünyanın ən uzun səyahəti: Düz 21 gün davam edir

Səyahət həvəskarları üçün maraqlı bir marşrut müəyyən edilib. Portu

arrow Ətraflı
Türkiyənin ən yaxşı universitetlərinin siyahısı açıqlandı like
  • 08 Yan 08:08  
Digərləri Türkiyənin ən yaxşı universitetlərinin siyahısı açıqlandı

Türkiyənin ən yaxşı universitetlərini müəyyən edən URAP (University Ra

arrow Ətraflı
Alman piroqu resepti like
  • 08 Yan 07:07  
Digərləri Alman piroqu resepti

Yumşaq biskviti və ipək kimi hamar kremi ilə klassikləşmiş bu şirniyyat

arrow Ətraflı
Tünd şokoladlarla bağlı dietoloqdan mühüm açıqlama like
  • 08 Yan 06:06  
Digərləri Tünd şokoladlarla bağlı dietoloqdan mühüm açıqlama

3-4 həftə ərzində müntəzəm və orta miqdarda tünd şokolad istehlakı qa

arrow Ətraflı
Narkotik istifadəçisi olduğunu etiraf etdi like
  • 08 Yan 03:03  
Şou-biznes Narkotik istifadəçisi olduğunu etiraf etdi

Narkotik istintaqı çərçivəsində saxlanılan fenomen Şeyma Subaşı şok e

arrow Ətraflı
Tətildən iş rejiminə keçid  Yuxu rejimini necə bərpa edək? like
  • 08 Yan 02:02  
Digərləri Tətildən iş rejiminə keçid Yuxu rejimini necə bərpa edək?

Yeni il tətillərindən sonra gündəlik rejimin pozulması bir çox insanda yu

arrow Ətraflı
"Efirdə layiqsizlər daha çoxdur"  Yusif Ağayev vacib suallardan yayındı like
  • 08 Yan 01:08  
Şou-biznes "Efirdə layiqsizlər daha çoxdur" Yusif Ağayev vacib suallardan yayındı

Son.az xəbər verir ki, tanınmış teleaparıcı və radio dj Yusif Ağayev M

arrow Ətraflı
ABŞ Venesuela neftinin satışına başladı like
  • 08 Yan 01:04  
Dünya ABŞ Venesuela neftinin satışına başladı

ABŞ artıq Venesuela neftini qlobal bazarda satmağa başlayıb.

arrow Ətraflı
Torpaq məcəlləsinə edilən dəyişiklik qiymətə təsir edəcək? like
  • 08 Yan 00:58  
Digərləri Torpaq məcəlləsinə edilən dəyişiklik qiymətə təsir edəcək?

Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisi üçün i

arrow Ətraflı