Şir və pələng: qarşılaşsalar nə baş verər və əsl “heyvanlar aləminin şahı” kimdir?


Digərləri 05 Yan 2026 04:04:00 127 0

Şir və pələng: qarşılaşsalar nə baş verər və əsl “heyvanlar aləminin şahı” kimdir?

Yırtıcı heyvanlar deyildikdə ilk ağla gələnlərdən ikisi şir və pələngdir. Hər ikisi yaşadıqları ərazilərdə qida zəncirinin zirvəsində yer alır, gücləri və qorxuducu görünüşləri ilə "heyvanlar aləminin şahı" adlandırılırlar. Təbii ki, insanı kənarda saxlasaq. Bəs bu iki nəhəng yırtıcı bir-biri ilə müqayisə olunsa, hansının üstün olduğu deyilə bilər?

Son.az-ın məlumatına görə, "Discover Wild Life" bu sualı elmi və tarixi mənbələr əsasında araşdırmağa çalışıb.

Şirlər və pələnglər ölçü, güc və ov üçün istifadə etdikləri fiziki xüsusiyyətlər baxımından bir-birinə çox yaxındır. Məhz bu səbəbdən onların hipotetik qarşıdurmasında qalibi əvvəlcədən demək çətindir. Üstəlik, bu gün vəhşi təbiətdə yolları kəsişmir: pələnglər əsasən Asiyada, şirlər isə Afrikada yaşayır. Keçmişdə arealları qismən üst-üstə düşsə də, hazırda bir araya gəlmələri yalnız zoopark şəraitində mümkündür və belə yerlərdə döyüşə icazə verilmir.

Tarixi baxımdan maraqlı məqam ondan ibarətdir ki, bir neçə min il əvvəl, pələnglər və şirlərin Anadolu ərazilərində qarşılaşa bildiyi dövrlərdə üstünlük ehtimal ki, şirlərin tərəfində olardı. Bunun əsas səbəbi onların sürü halında yaşaması, pələnglərin isə tək ovçu olmasıdır.

Lakin təkbətək qarşılaşma ehtimalında mənzərə daha mürəkkəbdir. XIX əsrin sonlarına aid mənbələrdə Hindistan maharacası Sayacirao Gaekvad III-ün "heyvanlar aləminin şahı"nı müəyyən etmək üçün şir və pələngi qarşılaşdırmaq istədiyi barədə rəvayətlər yer alır. Əfsanəyə görə, minlərlə tamaşaçının izlədiyi bu döyüşdə uzun və ağır mübarizədən sonra pələng qalib gəlib. Ancaq bu hadisəni təsdiqləyən etibarlı sübutlar və birbaşa şahid ifadələri olmadığından, tarixçilər bunu daha çox mif hesab edirlər.

Daha real hesab edilən məlumatlar isə zooparklarda baş vermiş təsadüfi insidentlərdir. Məsələn, Çarlz Darvin 1871-ci ildə İngiltərədə bir zooparkda pələngin şirin qəfəsinə girərək onu öldürdüyünü qeyd edib. 2010-cu ildə Ankaradakı zooparkda da "Kadir" adlı pələng volyerlər arasındakı boşluqdan pəncəsini uzadaraq şirin boyun nahiyəsini zədələmiş və şir qan itkisindən ölüb. Lakin bu hadisələr ədalətli və bərabər şərtlərdə döyüş kimi qiymətləndirilmir.

Digər tərəfdən, şirlərin pələngləri öldürdüyü hallar da qeydə alınıb. Məsələn, 1949-cu ildə Avstraliyada bir zooparkda, 1951-ci ildə isə ABŞ-ın Detroyt şəhərində sirk tamaşası zamanı şirin pələngə hücum edərək onu öldürdüyü mətbuatda yazılıb.

Nəticə olaraq "Discover Wild Life" belə qənaətə gəlir: şir pələngi məğlub edə bilər, pələng də şiri - hər şey qarşılaşmanın şəraitindən və hansı tərəfin ilk üstünlüyü əldə etməsindən asılıdır. Buna görə də "heyvanlar aləminin tək və mütləq şahı"nı müəyyənləşdirmək mümkün deyil.

Kənan Son.az

Bir döymə iki insanın həyatını dəyişdi  Film kimi hekayə like
  • 05 Yan 03:03  
Digərləri Bir döymə iki insanın həyatını dəyişdi Film kimi hekayə

ABŞ-ın Konnektikut ştatında yaşayan Kassandra Medison təsadüf nəticəsin

arrow Ətraflı
Mandarin qabığının sağlamlığa 5 möcüzəvi faydası like
  • 05 Yan 02:02  
Digərləri Mandarin qabığının sağlamlığa 5 möcüzəvi faydası

Qış aylarının sevilən sitrus meyvələrindən olan mandarin yalnız dadı i

arrow Ətraflı
Kakao və isti şokolad təzyiqə necə təsir edir?  Alimlər əsas üstünlükləri açıqladı like
  • 05 Yan 01:01  
Digərləri Kakao və isti şokolad təzyiqə necə təsir edir? Alimlər əsas üstünlükləri açıqladı

İsti kakao yalnız əhval-ruhiyyəni yaxşılaşdırmaqla kifayətlənmir, eyni

arrow Ətraflı
Şorbanıza əlavə edəcəyiniz "bir nömrəli" toz: İltihabın kökünü kəsir like
  • 05 Yan 00:41  
Digərləri Şorbanıza əlavə edəcəyiniz "bir nömrəli" toz: İltihabın kökünü kəsir

Qış aylarında xəstəliklərdən qorunmaq və bədəni daxildən təmizləmə

arrow Ətraflı
Hərbçilər üçün müavinət ödənişlərində yeni qayda: Kim nə qədər alacaq? like
  • 05 Yan 00:33  
Digərləri Hərbçilər üçün müavinət ödənişlərində yeni qayda: Kim nə qədər alacaq?

Nazirlər Kabinetinin qərarı ilə hərbi qulluqçular və ədliyyə orqanları

arrow Ətraflı
Yaşamaq və işləmək üçün dünyanın ən yaxşı ölkəsi açıqlandı like
  • 05 Yan 00:29  
Digərləri Yaşamaq və işləmək üçün dünyanın ən yaxşı ölkəsi açıqlandı

Dünyanın dörd bir yanından gələn xarici mütəxəssislərin və işçilər

arrow Ətraflı
Krediti ödəyə bilməyənlərin nəzərinə: Müddəti uzatmaq olar like
  • 05 Yan 00:19  
Digərləri Krediti ödəyə bilməyənlərin nəzərinə: Müddəti uzatmaq olar

Kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlar bir çox hallarda müd

arrow Ətraflı
Maskdan Ermənistana inanılmaz hədiyyə like
  • 05 Yan 00:15  
Dünya Maskdan Ermənistana inanılmaz hədiyyə

Məşhur milyarder İlon Maskın "SpeysX" şirkətinə məxsus "S

arrow Ətraflı
Dəfnə yarpağını evin bu 3 nöqtəsinə qoyun like
  • 05 Yan 00:14  
Digərləri Dəfnə yarpağını evin bu 3 nöqtəsinə qoyun

Qədim Romada dəfnə yarpağı sadəcə bir ədviyyat deyil, həm də zəfər,

arrow Ətraflı
“Yanımızda xəstəxana olaola ora getdik” like
  • 05 Yan 00:07  
Digərləri “Yanımızda xəstəxana olaola ora getdik”

Övladının xəstəliyinə görə Abşeron Rayon Mərkəzi Xəstəxanasına mü

arrow Ətraflı
Günün qoroskopu: Şəxsi həyatınızda romantik anlar və sürprizlər gözlənilir like
  • 05 Yan 00:01  
Digərləri Günün qoroskopu: Şəxsi həyatınızda romantik anlar və sürprizlər gözlənilir

Son.az 5 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Bunu yeyən sakitləşir: Stressi yox edən möcüzəvi qidalar like
  • 04 Yan 23:47  
Digərləri Bunu yeyən sakitləşir: Stressi yox edən möcüzəvi qidalar

Gərgin iş rejimi və gündəlik qayğılar sinir sistemimizi yorur. Lakin bəz

arrow Ətraflı
ABŞnin Venesueladakı əməliyyatı zamanı ölənlərin sayı 80ə çatıb like
  • 04 Yan 23:07  
Dünya ABŞnin Venesueladakı əməliyyatı zamanı ölənlərin sayı 80ə çatıb

ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat nəticəsində ölənlərin sayı 80

arrow Ətraflı
Rusiyada Hüseyn Həsənova qarşı daha bir ittiham like
  • 04 Yan 22:51  
Şou-biznes Rusiyada Hüseyn Həsənova qarşı daha bir ittiham

170 milyon rubl vergi ödəməkdən yayınmaqda ittiham olunan blogger Hüseyn H

arrow Ətraflı
Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu  Yaralılar var like
  • 04 Yan 22:39  
Digərləri Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu Yaralılar var

Ələt-Astara magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı