Hərbçilər üçün müavinət ödənişlərində yeni qayda: Kim nə qədər alacaq?
Digərləri 05 Yan 2026 00:33:00 120 0
Nazirlər Kabinetinin qərarı ilə hərbi qulluqçular və ədliyyə orqanlarında çalışan şəxslərin işdən çıxarılarkən alacaqları birdəfəlik müavinətlərin yeni hesablanma mexanizmi müəyyən edilib. Yeni qaydalar müavinətin neçə aylıq olacağını və hansı maaşlar əsasında hesablanacağını dəqiqləşdirir.
Bu xəbəri də oxu: Güclü duman hələ 2 gün davam edəcək XƏBƏRDARLIQ
Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əvvəlki dövrdə bu sahədə müxtəlif hallarda qeyri-müəyyənlik yaranırdı.
Qərara əsasən, xidmətdə son yaş həddinə çatdığı üçün işdən azad edilən şəxslərə daha yüksək məbləğdə birdəfəlik müavinət ödəniləcək. Bu müavinət son vəzifə və rütbə maaşları əsasında hesablanacaq. Beləliklə, şəxsin xidməti başa çatdıqdan sonra sosial təminatı konkret mexanizm əsasında həyata keçiriləcək.
Yeni qaydalara görə, hərbi xidmətdən məhkəmə qərarı istisna olmaqla, başqa əsaslarla azad edilən şəxslərə iki aylıq vəzifə və rütbə maaşı həcmində müavinət ödəniləcək. Əgər şəxs xidmətdə olmanın son yaş həddinə çatdığı üçün işdən çıxarılırsa, bu halda beş aylıq birdəfəlik müavinət nəzərdə tutulur. Yaş həddinə çatmadan xidmətdən azad edilənlər isə iki aylıq müavinətlə təmin olunacaqlar.
Yeni qaydalar müavinətlərin verilməsi ilə bağlı bütün əsas halları sistemləşdirir və hüquqi boşluqları aradan qaldırır. Bu isə gələcəkdə oxşar məsələlərlə bağlı mübahisələrin qarşısını almağa imkan verəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi bu qaydalar daxili işlər orqanlarının əməkdaşlarına şamil edilmir. Daxili işlər sistemində çalışan şəxslərin sosial təminatı mövcud xüsusi qanunvericilik əsasında tənzimlənir. Son.az
Dünyanın dörd bir yanından gələn xarici mütəxəssislərin və işçilər
Kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlar bir çox hallarda müd
Məşhur milyarder İlon Maskın "SpeysX" şirkətinə məxsus "S
Qədim Romada dəfnə yarpağı sadəcə bir ədviyyat deyil, həm də zəfər,
Övladının xəstəliyinə görə Abşeron Rayon Mərkəzi Xəstəxanasına mü
Son.az 5 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:
Gərgin iş rejimi və gündəlik qayğılar sinir sistemimizi yorur. Lakin bəz
ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat nəticəsində ölənlərin sayı 80
170 milyon rubl vergi ödəməkdən yayınmaqda ittiham olunan blogger Hüseyn H
Ələt-Astara magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
ABŞ Daxili Təhlükəsizlik Departamentinə rəhbərlik edən Kristi Noem bildi
Aparılan qlobal araşdırmada bir ölkə bir çox sahədə yüksək nəticəl�
"Bu gün Venesuelanın başına gələnlər istənilən dövlətin və ya h
ABŞ Dövlət katibi Marko Rubio hazırda bir neçə ABŞ media qurumuna açıql
Cəlilabad rayonunda vəzifəli şəxsin evdən meyiti tapılıb.
