Azərbaycan QHTləri Donald Trampa açıq məktub yazıb


Siyasət 25 Dek 2025 18:10:00 84 0

Azərbaycan QHTləri Donald Trampa açıq məktub yazıb

ABŞ-ın Lemkin İnstitutunun ABŞ Prezidentinə Ruben Vardanyan daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərməyə dair müraciətinə cavab olaraq, 2025-ci il dekabrın 25-də Azərbaycan QHT-ləri Donald Trampa açıq məktub yazıb.

Son.az xəbər verir ki, buna qədər - 2025-ci il dekabrın 23-də Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunun özünə də Açıq Məktub ünvanlayaraq, bu təsisatı Ermənistandakı revanşist qrupun maraqlarını ifadə etməkdə, Azərbaycan və Ermənistan arasında sülh gündəliyini sarsıtmağa çalışmaqda ittiham edib. Qeyd olunub ki, Xocalı soyqırımı kimi kütləvi qırğınlara göz yuman Lemkin İnstitutu ilk növbədə elan etdiyi missiyaya xəyanət edir. Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunu təxribatçı çağırışlarına görə Azərbaycan ictimaiyyətindən üzr istəməyə çağırıb.

Azərbaycan QHT-lərinin ABŞ Prezidentinə "Hüquq, sabitlik və Tramp dəhlizi baxışının beynəlxalq sülh və rifah naminə müdafiəsi" adlanan müraciətində deyilir:

"Cənab Prezident,

Biz - Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri, insan hüquqları müdafiəçiləri və onilliklər boyu davam etmiş etnik təmizləmənin qurbanları dünyanı xoş niyyətlə istiqamətləndirən lider olaraq Sizə ən səmimi salamlarımızı çatdırırıq. Sizin liderliyinizdə qlobal sülhə dəyər verən və başqalarının mümkünsüz hesab etdiyi tarixi razılaşmaları vasitəçilik yolu ilə əldə etmək cəsarətini özündə ehtiva edən iradə görürük.

Şəxsən təşviq etdiyiniz sülhü sarsıtmağa yönəlmiş Lemkin İnstitutu adlandırılan qurum tərəfindən aparılan son kampaniyalarla bağlı əsaslandırılmış faktları təqdim etmək məqsədilə Sizə müraciət edirik.

Milad və Yeni ilin emosional ab-havasını fürsət bilən bu qrup həbsdəki məlum şəxslərin azadlığa buraxılması üçün təzyiq göstərməyə çağırış etsə də, onlar bu ritorika ilə deyil, törətdikləri əməllərə görə qiymətləndirilməlidir. Məhz bu şəxslərin cinayətkar fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən beşdə biri 30 ildən artıq müddət ərzində Ermənistanın işğalı altına düşüb, bir milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalıb.

Sülh yaradan liderliyiniz sayəsində Cənubi Qafqaz regionu son 35 ilin ən dinc dövrünü yaşayır. Bu nailiyyət 8 avqust 2025-ci ildə tarixi Vaşinqton Birgə Bəyannaməsi vasitəsilə şəxsən Sizin tərəfinizdən təmin edilib.

Cənab Prezident,

Dezinformasiya kampaniyaları aparanlar 30 ildən artıq davam etmiş qanunsuz işğal dövründə terrorizmin maliyyələşdirilməsi, təcavüzkar müharibənin aparılması və insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə bağlı ittiham olunan şəxsləri "girovlar" kimi qələmə verməyə çalışırlar. Onların əməlləri nəticəsində bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, yüzlərlə mülki yaşayış məntəqəsi sistemli şəkildə məhv edilib.

Saxlanılan şəxslərdən biri əvvəlki dövrdə USAID rəhbəri Samanta Pauer ilə sıx əlaqələri olan, Rusiya-Ermənistan əsilli oliqarx Ruben Vardanyandır. O, Cənubi Qafqaz regionunda sülhün əldə olunmasının qarşısını almaq məqsədilə Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində yaradılmış oyuncaq rejimə "dövlət naziri" kimi göndərilmişdi.

Azərbaycan bu məhkəmə proseslərini şəffaf şəkildə və beynəlxalq öhdəliklərinə uyğun olaraq həyata keçirir. Ruben Vardanyanla bağlı iş də daxil olmaqla, hüquqi icraatlar məhkəmə kollegiyaları tərəfindən aparılır və ictimaiyyət üçün açıqdır. Bunu dini təqib kimi təqdim etmək cəhdləri tamamilə əsassızdır. Azərbaycan müsəlmanların, xristianların və yəhudilərin əsrlər boyu harmoniyada yaşadığı dünyəvi bir ölkə olaraq qalır. Məsələn, ötən ay Bakı şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəsmi toplantısı keçirilmişdir. Eyni zamanda, tikintisi Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən ikinci katolik kilsəsi hazırda paytaxtda inşa olunmaqdadır. Bu faktlar bir daha Azərbaycanın dinlərarası dialoqa və tolerantlığa sadiqliyini nümayiş etdirir. Bu kimi çoxsaylı nümunələr vardır.

Cənab Prezident,

Ermənistan ilə Azərbaycan arasında baş vermiş münaqişə heç vaxt dini xarakter daşımamışdır. Bəzi bədxahlar Sizin şəxsi iştirakınız sayəsində regionda əldə olunmuş sülhü sarsıtmağa cəhd edir. Vaşinqton razılaşmalarının ruhuna uyğun olaraq, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərə başlanılıb və iqtisadi əlaqələr bərpa edilir.

Siz və Administrasiyanız dünyaya göstərdi ki, Amerikanın gücü sülhün qurulması və ədalətin təmin edilməsindədir. Azərbaycan və Ermənistan liderlərinin Sizin Nobel Sülh Mükafatı ilə təltifiniz üçün Nobel Sülh Komitəsinə müraciət etməsini alqışlayırıq.

Sizin liderliyiniz sayəsində dünyanın müxtəlif bölgələrində onilliklər boyu davam etmiş bir sıra münaqişələr artıq keçmişə çevrilib. Biz inanırıq ki, Lemkin İnstitutu kimi pozucu qüvvələr Amerika ictimaiyyətini yanlış istiqamətləndirmək məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər.

Liderliyinizə dərin hörmətlə,

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri:

1. Ramil İskəndərli - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri

2. Vladimir Timoşenko - istefada olan general-mayor, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü

3. Novella Cəfəroğlu - Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri

4. Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri

5. Səltənət Qocamanlı - İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri

6. Əmir Əliyev - İnsan Hüquqlarının Təşviqi Mərkəzinin sədri

7. Əliməmməd Nuriyev - "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri

8. Zaur Məmmədov - Bakı Politoloqlar Klubunun sədri

9. Rey Qasımov - Azərbaycanda Minadanzərərçəkənlər Assosiasiyasının sədri

10. Hafiz Səfixanov - Minalar Əleyhinə Azərbaycan Kampaniyasının rəhbəri

11. Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri

12. Könül Behbudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri

13. Ayaz Mirzəyev - "Azərbaycan Jurnalistlər Şəbəkəsi"nin sədri

14. Dilqəm Əhməd - "Çapar" Milli İrsin Tədqiqi Mərkəzinin sədri

15. Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri

16. Fariz Xəlilli - "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

17. Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

18. Mübariz Əsgərov - "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri

19. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri

20. Qəmər Bağırova - Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri

21. Sevinc Əlizadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

22. Tünzalə Abdüləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

23. Ceyran Həsənova - "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri

24. Aqil Camal - Ortaq Dəyərlər İctimai Birliyinin sədri

25. Vüqar Qədirov - Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı İctimai Birliyinin sədri

26. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri

27. Əhməd Abbasbəyli - Cəmiyyətin İnkişafı Mərkəzinin sədri

28. İradə Rizazadə - Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri

29. Kəramət İsmayılov - İqtisadi Və Sosial İnkişaf Mərkəzinin sədri

30. Fikrət Yusifov - "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri".

Prezidentdən Daxili Qoşunlarla bağlı Fərman like
  • 25 Dek 17:50  
Siyasət Prezidentdən Daxili Qoşunlarla bağlı Fərman

"Daxili qoşunlar haqqında" qanun təsdiqlənib.

arrow Ətraflı
Prezident bir sıra məhkəmələrə hakimlər təyin edib  SƏRƏNCAM like
  • 25 Dek 17:46  
Siyasət Prezident bir sıra məhkəmələrə hakimlər təyin edib SƏRƏNCAM

Apellyasiya instansiyası məhkəməsinin kollegiya sədrinin, birinci instansiy

arrow Ətraflı
Rada ilk dəfə oğlu ilə görüntüsünü PAYLAŞDI like
  • 25 Dek 17:27  
Şou-biznes Rada ilk dəfə oğlu ilə görüntüsünü PAYLAŞDI

Tanınmış aktrisa Rada Nəsibova oğlu ilə görüntüsünü paylaşıb.

arrow Ətraflı
Xankəndidə terror törətmək istəyən Avanesyana hökm oxundu like
  • 25 Dek 17:23  
Digərləri Xankəndidə terror törətmək istəyən Avanesyana hökm oxundu

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyana hökm oxunub.

arrow Ətraflı
Bu tarixdə qısa iş günü olacaq like
  • 25 Dek 17:21  
Digərləri Bu tarixdə qısa iş günü olacaq

Azərbaycanda 30 dekabr qısa iş günü olacaq.

arrow Ətraflı
Azərbaycanda 5 yaşlı uşaq yüksək hərarətdən öldü like
  • 25 Dek 17:03  
Digərləri Azərbaycanda 5 yaşlı uşaq yüksək hərarətdən öldü

Azərbaycanda respirator virusa yoluxan azyaşlılardan biri dünyasını dəyi�

arrow Ətraflı
"Gmail" istifadəçilərinin nəzərinə Həmin funksiya aktiv olacaq like
  • 25 Dek 17:00  
Digərləri "Gmail" istifadəçilərinin nəzərinə Həmin funksiya aktiv olacaq

"Google" şirkəti istifadəçilərə "@gmail.com" domenind�

arrow Ətraflı
Zaur buna görə Şəbnəmin ad günündən GEDİB like
  • 25 Dek 16:47  
Şou-biznes Zaur buna görə Şəbnəmin ad günündən GEDİB

Müğənni Şəbnəm Tovuzlunun doğum gününü yarımçıq tərk etməsi ilə

arrow Ətraflı
Səidə Bəkirqızı "Space TV"dən getdi like
  • 25 Dek 16:34  
Şou-biznes Səidə Bəkirqızı "Space TV"dən getdi

Tanınmış aparıcı Səidə Bəkirqızı "Space TV" ilə yollarını

arrow Ətraflı
Yevlaxda qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərsləri keçirilib like
  • 25 Dek 16:30  
Kriminal Yevlaxda qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərsləri keçirilib

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır

arrow Ətraflı
Dövlət qurumlarının milyonluq vergi borcu: biri azaltdı, digəri 4 dəfə artırdı like
  • 25 Dek 16:28  
Digərləri Dövlət qurumlarının milyonluq vergi borcu: biri azaltdı, digəri 4 dəfə artırdı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmi

arrow Ətraflı
"Moskva göz yaşlarına inanmır"ın aktrisası vəfat etdi like
  • 25 Dek 16:15  
Şou-biznes "Moskva göz yaşlarına inanmır"ın aktrisası vəfat etdi

"Moskva göz yaşlarına inanmır" filminin ulduzu aktrisa Vera Alento

arrow Ətraflı
Oqtay Əsədovun qızının ölüm səbəbi MƏLUM OLDU like
  • 25 Dek 16:12  
Digərləri Oqtay Əsədovun qızının ölüm səbəbi MƏLUM OLDU

Xəbər verdiyimiz kimi, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı

arrow Ətraflı
Boşanan kişi ehsan PAYLADI like
  • 25 Dek 16:10  
Digərləri Boşanan kişi ehsan PAYLADI

Türkiyənin Bursa şəhərində boşanan bir kişinin atdığı qeyri-adi addı

arrow Ətraflı
Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş musiqili bədii gecə keçirildi  FOTO like
  • 25 Dek 16:03  
Kriminal Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş musiqili bədii gecə keçirildi FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan p

arrow Ətraflı