Dövlət qurumlarının milyonluq vergi borcu: biri azaltdı, digəri 4 dəfə artırdı
Digərləri 25 Dek 2025 16:28:00 68 0
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (keçmiş "Azərsu" ASC) və SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin dövlət qarşısında yığılmış vergi borcunun miqdarında avqust ayından bəri dəyişiklik olub.
Son.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarından informasiya əldə edib.
Məlumata görə, son dörd ayda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin vergi borcu 3,23% azalıb, "Azəriqaz"ın vergi borcu isə 112,95% artıb.
Belə ki, hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin vergi borcu 22 852 003.42 manat (22 milyon 852 min 3 manat 42 qəpik), "Azəriqaz"ın vergi borcu isə 5 562 274.03 manat (5 milyon 562 min 274 manat 3 qəpik) təşkil edir.
Beləliklə, Dövlət Xidməti son dörd ayda yığılmış vergi borcu 762 995,43 manat azalıb. "Azəriqaz"ın borcu isə əksinə olaraq 2 950 090,47 manat artıb.
Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nizamnamə kapitalı isə 2 400 427 052 manat, "Azəriqaz"ın nizamnamə kapitalı isə 1 779 845 926.55 manatdır.
"Moskva göz yaşlarına inanmır" filminin ulduzu aktrisa Vera Alento
Xəbər verdiyimiz kimi, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı
Türkiyənin Bursa şəhərində boşanan bir kişinin atdığı qeyri-adi addı
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan p
Bəzi media subyektləri tərəfindən Zaidov Cabir Həsən oğlu barəsində is
İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patentin veril
Müğənni İradə İbrahimovanın son görüntüsü sosial şəbəkələrdə di
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
Bir neçə ay əvvəl istifadəyə verilən məktəbli avtobuslarının layihəs
Hakimlərin Seçki Komitəsi tərəfindən hakim ştatlarının yüksək hazırl
Məşhur müğənni Özcan Dənizin anası Kadriye Denizin səhhəti ilə bağl�
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si
Mobil şəbəkələrdən bir il ərzində fasiləsiz siqnal almayan telefonlar �
