AZALın təyyarəsinin zədələnmə səbəbi məlumdur, amma...
Dünya 25 Dek 2025 18:55:00 89 0
AZAL-ın sərnişin təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib.
Bu xəbəri də oxu: Milyonları göyə sovurdu, zibilyığan oldu
Son.az APA-ya istinadla xəbər verir ki, bu, Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL şirkətinə məxsus Embraer 190 4K-AZ65 təyyarəsi qəzasını araşdıran komissiyanın aralıq hesabatında yer alıb.
Hesabatda, həmçinin təyyarənin 2 saylı hidravlik sistem borusunun zədələnməsinin sərt obyektlərlə təmas nəticəsində baş verə bilməsi və əmələ gələn dəliklərin metal ərintisindən hazırlanmış (polad əsasında) xarici obyektlər tərəfindən yarana biləcəyi ehtimal olunur.
Aviasiya hadisəsinin araşdırması çərçivəsində aşağıdakı tədqiqatlar aparılıb:
• Aşkar edilmiş xarici metal obyektlər (xarici cisimlər) üzrə kompleks (izotop, ballistik, partlayıcı və yanğın) ekspertiza aparılıb. Ekspertiza nəticəsində partlayıcı maddələrin izlərinə rast gəlinməyib. Üç oksigen balonunda aparılan araşdırmada partlayış izləri müəyyən edilməyib. Təyyarənin zədələnməsi ehtimalı döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib.
• Hidravlik sistemin 2 nömrəli borusunun izotop ekspertizasını həyata keçirilib. Araşdırma nəticəsində boruda zədələnmələr olduğu müəyyən edilib. Zədələnmənin mexanizmi metalın sərt obyektlərlə təmas nəticəsində parçalanmasıdır. Dəliklər metal ərintisindən hazırlanmış (polad əsasında) xarici obyektlər tərəfindən yarana bilər.
• Avionika Modulyar blokundan çıxarılmış Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzərində tədqiqat aparılıb. Termiki təsir nəticəsində kasetdən məlumatların çıxarılması mümkün olmayıb. Məlumatların çıxarılması üçün "Honeywell International Inc" şirkəti "Delkin Devices Inc" yaddaş kartı istehsalçısına müraciət etməyi tövsiyə edib. Hazırda Komissiya ABŞ nümayəndəsi ilə "Delkin Devices Inc" zavodunda tədqiqat aparılması barədə danışıqlar aparır.
• №1 və №3 Avionika Modulyar blokları çıxarılmış Qlobal Mövqe Sisteminin (GPS1 və GPS2) kasetləri tədqiq olunub. İş tamamlanıb, analiz aparılır.
Beləliklə, hazırda Araşdırma Komissiyası Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzrə tədqiqatın tamamlanmasını və münaqişə zonaları üzərində və ya onların yaxınlığında uçuş risklərinin qiymətləndirilməsi işçi qrupu tərəfindən hesabatın hazırlanmasını gözləyir. Qeyd olunur ki, Araşdırma Komissiyası balanslı mövqe tutur və bütün nəticələr yalnız faktlara əsaslanaraq obyektiv şəkildə təqdim ediləcək. Aviasiya hadisəsinin araşdırmasının yekun hesabatı Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin saytında dərc olunacaq.
Fransada sürət həddini aşan sürücülərlə bağlı yeni sərt qaydələr t
Hematogen şokoladın əsas tərkibi öküz qanından əldə olunan albumin və
Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Xaçmaz Rayon İcra Hakimiyyəti və rayonun əlaqədar təşkilatları tərəfi
ABŞ-ın Lemkin İnstitutunun ABŞ Prezidentinə Ruben Vardanyan daxil olmaqla,
Apellyasiya instansiyası məhkəməsinin kollegiya sədrinin, birinci instansiy
Tanınmış aktrisa Rada Nəsibova oğlu ilə görüntüsünü paylaşıb.
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyana hökm oxunub.
Azərbaycanda respirator virusa yoluxan azyaşlılardan biri dünyasını dəyi�
"Google" şirkəti istifadəçilərə "@gmail.com" domenind�
Müğənni Şəbnəm Tovuzlunun doğum gününü yarımçıq tərk etməsi ilə
Tanınmış aparıcı Səidə Bəkirqızı "Space TV" ilə yollarını
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
