Bakıda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin bayram konserti keçirilib –
Kriminal 24 Dek 2025 17:36:00 75 0
Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin Milad bayramına, Yeni ilə və Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib, Musiqi gecəsi eyni səhnədə ənənələri, gəncliyi və peşəkarlığı birləşdirən əsl sənət bayramına çevrilib.
Bu xəbəri də oxu: Ramil Qasımov ilk dəfə Kavaradossi rolunda çıxış edəcək
Açılışda qeyd olunub ki, Fidan Hacıyeva uzun illərdir Azərbaycan opera sənətini şərəflə təmsil edir, dünyanın nüfuzlu səhnələrində çıxış edir və beynəlxalq mükafatlara layiq görülüb. Onun istedadlı gənclərin və yetişməkdə olan nəslin formalaşmasında böyük rolu xüsusi vurğulanıb. Fidan Hacıyeva Azərbaycanda ilk qadın kamera orkestri MEZZO-nun, həmçinin Vokal Musiqi Məktəbi nəzdində fəaliyyət göstərən Opera Teatrının yaradıcısıdır.
Onun yaradıcılıq fəaliyyətində Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalı da xüsusi yer tutur; bu festival artıq mühüm mədəni platformaya çevrilərək klassik incəsənətin inkişafı və təbliğinə əhəmiyyətli töhfə verir. Bu axşam gənc istedadlar qadın kamera orkestri MEZZO-nun müşayiəti ilə çıxış edərək Azərbaycan və dünya klassiklərinin əsərlərini təqdim edib, həmçinin bayram mahnıları, və tamaşaçıların gur alqışları ilə qarşılanıblar. Fidan Hacıyeva da bir sıra musiqi nömrələri ifa edib ki, bu da gecənin ən parlaq məqamlarından biri olub. Qeyd edək ki, ona fortepianoda oğlu, gənc pianoçu Çarlz Neylor akkompaniment edib. Bayram gecəsi əfsanəvi Müslüm Maqomayevin "Azərbaycan" əsərinin ifa olunduğu qala çıxışı ilə yekunlaşıb. Bu an səhnə ilə zalı birləşdirən emosional birlik hissi yaranıb, zal qürur, həmrəylik və Vətən sevgisi ilə dolub.
İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni
Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir
Tanınmış xanəndə Elgiz Əliyev səmimi açıqlaması ilə diqqət mərkəzi
Ajda Pekkanın bacısı Semiramis Pekkan bir müddətdir mübarizə apardığı
Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edə
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Prezidenti İlham Əliyevə təbri
Xəbər verdiyimiz kimi, Azərbaycanda asbestin istifadəsinin qadağan edilməs
ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) çərşənbə
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmrinə əs
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də
Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər böl
Yanvar ayının 8- də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
Amnistiya aktı "Nikosayağı" ləqəbi ilə tanınan bloqer Nicat Şa
Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respu
Dekabrın 25-i gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə h
