Ramil Qasımov ilk dəfə Kavaradossi rolunda çıxış edəcək
Kriminal 24 Dek 2025 15:47:00 83 0
Yanvar ayının 8- də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C. Puççininin " TOSKA" operasının tamaşası keçiriləcəkdir.
Premyerası 1900-cü ildə Milanda baş tutan bu tamaşa klassik opera sənətinin ən dəyərli nümunələrindən biri olub dünyanın bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.
Fransız dramaturqu Viktorian Sardin opera müğənnisinin faciəli həyatı haqqında qələmə aldığı pyes hələ 1899-cu ildə Puççini ilə bərabər Verdi və Franketti kimi bəstəkarların da diqqətini cəlb etmişdi. Lakin sonda bu pyes əsasında opera yazmaq hüququnu Puççini qazanmışdır. Beləliklə də L. İllika və C. Cakozanın librettosu əsasında Puççini "Toska" operasını qələmə alır . Operanın süjet xəttində Fransa imperatoru Napeleonun hakimiyyətinin ilk dövründəki siyasi avantüralar və sevgi intriqaları dayanır.
Tamaşada Toska partiyasını Əməkdar artist İlahə Əfəndiyeva, Kavaradossi partiyasını ilk dəfə olaraq Əməkdar artist Ramil Qasımov, Skarpia partiyasını isə Əməkdar artist Anton Ferştandt ifa edəcəklər. Tamaşada həmçinin Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə, İqor Yadrov, Ruslan Persan, Fatimə Məmmədova iştirak edəcəklər.
Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcəkdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Amnistiya aktı "Nikosayağı" ləqəbi ilə tanınan bloqer Nicat Şa
Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respu
Dekabrın 25-i gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə h
BMW avtomobillərin təmirini məhdudlaşdıran yeni vint başlığı dizaynı �
"Qrip infeksiyası ilə mübarizədə ən təsirli vasitə spesifik peyvən
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 45 523.24 ton
"Havaların kəskin soyuduğu qış ayları epidemioloji cəhətdən əsas�
Mikroplastik nəsil sağlamlığını dəyişdirir.
Dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda sat
Müğənni Aytac Vidadiqızının şəxsi həyatı ilə bağlı açıqlaması
Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında
Türkiyəli müğənni Sinan Akçıl 10 il ərzində ödənilməyən dayanacaq v
Şəhid leytenant Qabil Orucəliyevin qardaşı İsa Orucəliyev ağır xəstəl
Dövrünün parlaq siyasi lideri, təcrübəli dövlət xadimi, Azərbaycan xalq
