İbrahim Babayevin müəllifi və solisti olduğu “MughaMix” adlı təqdimatkonserti keçirilib
Kriminal 24 Dek 2025 14:40:00 69 0
Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında AMK-nın müəllimi, Beynəlxalq Müsabiqələr qalibi, Gənclər mükafatçısı, tarzən İbrahim Babayevin müəllifi və solisti olduğu "MughaMix" adlı təqdimat-konserti keçirilib.
Bu xəbəri də oxu: Ramil Qasımov ilk dəfə Kavaradossi rolunda çıxış edəcək
Layihə tar alətinin ənənəvi səs imkanlarının müasir elektron səslərlə sintezinə əsaslanaraq milli musiqi irsinin yeni təqdimat imkanlarını nümayiş etdirib.
Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə və Mədəniyyət Nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək layihənin milli musiqi ənənələrinin müasir dövrün bədii-estetik tələblərinə uyğun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Konsert proqramında fortepianoda Pərviz Məmmədov, zərb alətlərində isə Vəfadar Ramiz müşayiətçi qismində çıxış ediblər.
Proqram müəllifin "MughaMix" kompozisiyası ilə açılıb. Ardınca Hacıbaba Həsənovun "Unuda bilmirəm" əsəri, Azərbaycan xalq rəqsi "Yaylıq", Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasının mövzuları əsasında Lalə Cəfərovanın "Fantaziya"sı (solistin işləməsində) həmçinin İbrahim Babayevin "Portret" adlı əsəri səsləndirilib. Konsert çərçivəsində İbrahim Babayev və tələbələrinin təqdimatında tar və pedal üzərində canlı səhnə eksperimentləri də təqdim olunub.
Tədbirdə AMK-nın professor-müəllim və tələbə heyəti ilə yanaşı, rəsmilər, incəsənət xadimləri və sənətsevərlər iştirak ediblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Türkiyəli müğənni Sinan Akçıl 10 il ərzində ödənilməyən dayanacaq v
Şəhid leytenant Qabil Orucəliyevin qardaşı İsa Orucəliyev ağır xəstəl
Dövrünün parlaq siyasi lideri, təcrübəli dövlət xadimi, Azərbaycan xalq
Bakıda fəaliyyət göstərən mağazalardan birində alıcı maraqlı vəziyy�
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də
İstanbul Baş Prokurorluğu tərəfindən narkotik ilə bağlı aparılan isti
Narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində həbs edilə
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq&qu
"WhatsApp" messencerinin Rusiyada mövcud qanunvericilik tələblərin
Beyləqanının icra başçısı Əziz Əzizov "TikTok"da onun barəsi
"Öz aramızda" verilişində qonaq olan müğənni Aynur Dadaşova e
"Ermənistanda fəallaşan revanşistlər həmişə deyirdilər ki, Azər
