Dövlətimizin başçısı Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib FOTO


Siyasət 23 Dek 2025 15:01:00 73 0

Dövlətimizin başçısı Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib.

Son.az xəbər verir ki, dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verildi.

Bildirildi ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur bölmələrdən biridir. Fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır.

Yeni akademik məzmunun formalaşdırılması, müasir tədris metodlarının tətbiqi, praktiki bacarıqların inkişafı, innovativ idarəetmə və nəticəyönümlü elmi tədqiqatlar fakültənin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Tədris binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor-müəllim otaqları mövcuddur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilərək inşa olunmuş binanın layihələndirilməsi və tikilməsində dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri nəzərə alınıb. Bir sözlə, bina tədris, tədqiqat və inzibati fəaliyyətin daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verən geniş və müasir infrastruktura malikdir.

Yaradılmış şərait fakültənin elmi-pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun iqtisadiyyat və biznes istiqamətli yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, elmi-tədqiqat və innovativ fəaliyyətlərin genişləndirilməsinə imkan yaradacaq.

Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi universitetdə müasir kampusun formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda yüksəksəviyyəli ali təhsil ekosisteminin qurulmasına əhəmiyyətli töhfədir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-2025-ci illər ərzində Qarabağ Universitetində görülən işlərlə tanış olub, universitetin, tələbə yataqxanasının, Klinika binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimlərində də iştirak edib.

Hazırda Qarabağ Universitetində 27 ixtisas üzrə 6 fakültədə 2154 tələbə təhsil alır.

Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub like
  • 23 Dek 14:54  
Siyasət Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Özəl məktəblərin illik ödənişləri – ən ucuz 2,500, ən baha 54,900 AZN like
  • 23 Dek 14:51  
Digərləri Özəl məktəblərin illik ödənişləri – ən ucuz 2,500, ən baha 54,900 AZN

Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məlum olub.

arrow Ətraflı
Müğənnilərin yeni il qiymətləri  15 min manat  SİYAHI like
  • 23 Dek 14:47  
Şou-biznes Müğənnilərin yeni il qiymətləri 15 min manat SİYAHI

Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilər

arrow Ətraflı
Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib like
  • 23 Dek 14:45  
Siyasət Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərb

arrow Ətraflı
İlham Əliyev Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşüb like
  • 23 Dek 14:41  
Siyasət İlham Əliyev Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Prezident Kərkicahanda 1 nömrəli tam orta məktəbin açılışında iştirak edib like
  • 23 Dek 14:35  
Siyasət Prezident Kərkicahanda 1 nömrəli tam orta məktəbin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir like
  • 23 Dek 14:27  
Digərləri Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir

Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamika

arrow Ətraflı
Medvedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 23 Dek 14:25  
Siyasət Medvedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvede

arrow Ətraflı
Tanrıverdi Tanrıverdiyev həbsdə öldü like
  • 23 Dek 14:24  
Digərləri Tanrıverdi Tanrıverdiyev həbsdə öldü

Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıver

arrow Ətraflı
Sosial şəbəkədə “rüşvətxor”, “korrupsioner” yazdılar, 2500 manat cərimələndilər like
  • 23 Dek 14:20  
Digərləri Sosial şəbəkədə “rüşvətxor”, “korrupsioner” yazdılar, 2500 manat cərimələndilər

Lənkəranın Mamusta kənd orta məktəbinin direktoru Yaxşıxanım Fərzullay

arrow Ətraflı
Balaəli ilk dəfə yeni dəbdəbəli VİLLASINI nümayiş etdirdi like
  • 23 Dek 14:17  
Şou-biznes Balaəli ilk dəfə yeni dəbdəbəli VİLLASINI nümayiş etdirdi

Meyxanaçı Balaəli Maştağalı özünə yeni villa alıb.

arrow Ətraflı
Dərs vaxtı məktəb yandı like
  • 23 Dek 14:14  
Digərləri Dərs vaxtı məktəb yandı

Lerik rayonun Buzeyir kənd məktəbində dərs vaxtı yanğın olub.

arrow Ətraflı
Ölü çıxan evdə niyə güzgülərin üstünü örtürlər? like
  • 23 Dek 14:12  
Digərləri Ölü çıxan evdə niyə güzgülərin üstünü örtürlər?

Ölən şəxsin evində güzgülərin üzərinin örtülməsi adəti hələ də

arrow Ətraflı
11 abituriyentin nəticəsi ləğv edildi like
  • 23 Dek 14:04  
Digərləri 11 abituriyentin nəticəsi ləğv edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə

arrow Ətraflı
Maykl Ceksonun bu FOTOsu gündəm oldu like
  • 23 Dek 14:00  
Şou-biznes Maykl Ceksonun bu FOTOsu gündəm oldu

Ceffri Epşteynlə Maykl Ceksonun birgə görüntüləndiyi və uzun müddətdir

arrow Ətraflı