Prezident Kərkicahanda 1 nömrəli tam orta məktəbin açılışında iştirak edib
Siyasət 23 Dek 2025 14:35:00 64 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.
Bu xəbəri də oxu: Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
Son.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.
Bildirildi ki, 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Bir sözlə, burada təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün hərtərəfli imkanlar mövcuddur.
Qeyd edək ki, müasir təhsil infrastrukturunun yaradılması işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin vacib istiqamətlərindən biridir. Azad edilmiş torpaqlarımızda təhsil ocaqlarının müasir layihələr əsasında inşası, onların zəruri tədris avadanlığı ilə təchizi, fənn kabinetlərinin, laboratoriyaların, idman infrastrukturunun yaradılması bu müəssisələrdə çalışan müəllimlərin və təhsil alan şagirdlərin hərtərəfli şəraitlə təmin olunmalarına hədəflənib. Bütün bunlar, eyni zamanda, müəllimlərin və şagirdlərin doğma yurdlarına qayıdışını sürətləndirir, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda sosial həyatın canlanmasına töhfə verir.
Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamika
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvede
Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıver
Lənkəranın Mamusta kənd orta məktəbinin direktoru Yaxşıxanım Fərzullay
Meyxanaçı Balaəli Maştağalı özünə yeni villa alıb.
Ölən şəxsin evində güzgülərin üzərinin örtülməsi adəti hələ də
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə
Ceffri Epşteynlə Maykl Ceksonun birgə görüntüləndiyi və uzun müddətdir
Qubanın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yarana
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Xalq artisti Röya Ayxan efirə geyindiyi libasla diqqət çəkib.
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) s�
Asya Əhmədovanın "Sən Vətənsən" adlı poeması oxuculara təqdi
