Restoran dadında möhtəşəm atışdırmalıq: Cəmi bir neçə dəqiqəyə hazırdır
Digərləri 22 Dek 2025 08:43:00 72 0
Badımcan mətbəxin ən çoxşaxəli tərəvəzlərindən biridir - onu bişirmək, qızartmaq, sobaya qoymaq və ya turşusunu hazırlamaq olar. Süfrəyə verildiyi andan bir neçə dəqiqə sonra bitəcək bu qəlyanaltı həm çox ləzzətli, həm də olduqca praktikdir.
Son.az lazım olan ərzaqları təqdim edir:
Badımcan; Pendir; Sarımsaq; Mayonez; "Çerri" pomidoru və cəfəri (bəzək üçün); Duz; Qızartmaq üçün duru yağ.Hazırlanma qaydası: İlk növbədə badımcanları yaxşıca yuyub halqa şəklində doğrayın. Üzərinə bol duz səpin və təxminən 2 saat saxlayın. Bu, tərəvəzin acı suyunun çıxması üçün vacibdir. Daha sonra badımcanları hər iki tərəfdən qızardın.
Pendiri rəndədən keçirin. Üzərinə zövqə görə əzilmiş sarımsaq və mayonez əlavə edib yaxşıca qarışdırın.
Qızardılmış bir badımcan halqasını götürün, üzərinə hazırladığınız pendirli qarışığı çəkin və ikinci bir badımcan halqası ilə üzərini örtün (sendviç formasına salın).
Hazır olan qəlyanaltıları boşqaba düzün. Üzərini "çerri" pomidoru və təzə cəfəri ilə bəzəyərək süfrəyə verə bilərsiniz.
Lalə Qüdrətova Son.az
Siqaret istifadəsi, həddindən artıq çay və qəhvə istehlakı, həmçinin
Miçiqan Dövlət Universitetinin araşdırmalarına görə, inam münasibətin
Müasir paltaryuyan maşınlar artıq əvvəlki kimi sadə deyil. Yeni nəsil mo
Müasir həyat tərzi, qeyri-sağlam qidalanma, hava çirkliliyi, stress və kim
İspaniyalı aktyor və rejissor Eduardo Kasanova sosial şəbəkə hesabında p
Tanınmış saç ustası Kris Makmillan, xüsusilə Cennifer Enistonun "Dos
"Kalbimin Tek Sahibine", "Aşkımız Olay Olacak", "Ben
Psixologiya və neyrologiya sahəsində aparılan araşdırmalar göstərir ki,
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff son üç gün ərzində F
Son.az 22 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Mingəçevirdə baş verən qəzada xəsarət alanların kimlikləri bəlli olub
Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin n�
Şəkidə anası ilə qonşuya gedən uşağa canavar hücum edib. Ananın haray
"112" qaynar telefon xəttinə Xırdalanda Məmməd Əmin Rəsulzadə
Bakının 8 km Neftçilər ərazisində yerləşən Məlhəm Hospitalda yanğın
