Münasibətlərdə həyəcan təbili: Kişi bu 11 cümləni işlədirsə, sizə inamı itib
Digərləri 22 Dek 2025 07:07:00 71 0
Miçiqan Dövlət Universitetinin araşdırmalarına görə, inam münasibətin təməlidir və o, sarsıldıqda yaxınlıq, romantika və bağlılıq da məhv olur.
Bu xəbəri də oxu: İşçilərin yemək xərcləri vergiyə cəlb olunur? – Rəsmi İZAH
Son.az bir kişinin sizə artıq güvənmədiyini göstərən 11 cümləni təqdim edir:
1. "Bunu geyinə bilməzsən" Geyim vasitəsilə nəzarət etmək qadının şəxsi azadlığını əlindən almaqdır. Əgər kişi geyiminizin "çox diqqətçəkən" olduğunu bəhanə edərək qadağalar qoyursa, bu, onun daxili qorxularının və sizə olan inamsızlığının göstəricisidir.
2. "Telefonunu mənə göstər" Smartfonun bir nəzarət alətinə çevrilməsi emosional soyuqluğun başlanğıcıdır. Şübhə və ya qısqanclıq zəminində deyilən bu cümlə inamsızlığın ən birbaşa sübutudur.
3. "Yalan danışdığını bilirəm" Hətta kiçik məsələlərdə belə tərəf müqabilini yalançılıqda ittiham etmək və ya "günahkar görünürsən" demək, qarşı tərəfi daim nəzarətdə saxlamaq cəhdidir.
4. "Yenə bir bəhanə tapdın" Səmimi izahat cəhdlərinə "bəhanə" damğası vurmaq inamın bərpasını qeyri-mümkün edir. Bu, qadını daim günahkarlıq hissi ilə yaşamağa məcbur edir.
5. "Bunu niyə etdin?" Hər addım üçün hesabat tələb etmək inamın tamamilə yoxluğundan xəbər verir. Bu zaman kişi narahat olduğu üçün deyil, sadəcə nəzarət etmək üçün suallar verir.
6. "Önəmli deyil" Duyğusal qopuqluq evlilikdə "geri dönüşü olmayan nöqtə" hesab olunur. Problemləri müzakirə etməkdən qaçmaq və "fərqi yoxdur" demək inamsızlığın ən təhlükəli siqnalıdır.
7. "Bu mövzuda danışmaq istəmirəm" İnam itdikdə ilk olaraq ünsiyyət pozulur. İnsan özünü yenidən inciməkdən qorumaq üçün müdafiə mövqeyi seçir və "divarlar" hörür.
8. "Mənə toxunma" Klinik psixoloq Forrest Talli bildirir ki, emosional təhlükəsizlik duymayan kişi fiziki yaxınlıqdan da qaçır. İnamın olmadığı yerdə sadə bir toxunuş belə narahatlıq yaradır.
9. "Bundan sonra sənə necə inanım?.." Əgər kişi keçmişdəki səhvləri daim arqument kimi istifadə edirsə, deməli, o, həqiqətən bağışlamayıb. Bu cümlənin tez-tez təkrarlanması inamın bərpa olunmadığını göstərir.
10. "Mənim bu işə aidiyyətim daxil deyil" Problemləri birlikdə həll etmək əvəzinə, özünü kənara çəkmək və məsuliyyətdən yayınmaq münasibətin qırılma nöqtəsinə yaxınlaşdığını göstərir.
11. "Bunu soruşmamalıydım" (və ya "Gərək istəməyəydim") İnamını itirmiş kişi çox vaxt qarşı tərəfdən qeyri-real gözləntilər daxilinə girir. Öz daxili qeyri-müəyyənliyini bu cür ifadələrlə büruzə verir ki, bu da tərəflər arasındakı məsafəni daha da artırır. Lalə Qüdrətova Son.az
Müasir paltaryuyan maşınlar artıq əvvəlki kimi sadə deyil. Yeni nəsil mo
Müasir həyat tərzi, qeyri-sağlam qidalanma, hava çirkliliyi, stress və kim
İspaniyalı aktyor və rejissor Eduardo Kasanova sosial şəbəkə hesabında p
Tanınmış saç ustası Kris Makmillan, xüsusilə Cennifer Enistonun "Dos
"Kalbimin Tek Sahibine", "Aşkımız Olay Olacak", "Ben
Psixologiya və neyrologiya sahəsində aparılan araşdırmalar göstərir ki,
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff son üç gün ərzində F
Son.az 22 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Mingəçevirdə baş verən qəzada xəsarət alanların kimlikləri bəlli olub
Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin n�
Şəkidə anası ilə qonşuya gedən uşağa canavar hücum edib. Ananın haray
"112" qaynar telefon xəttinə Xırdalanda Məmməd Əmin Rəsulzadə
Bakının 8 km Neftçilər ərazisində yerləşən Məlhəm Hospitalda yanğın
Türkiyənin məşhur "Konuşanlar" verilişində azərbaycanlı qız�
Fransa Prezidentinin rəsmi iqamətgahı olan Yelisey Sarayından ümumi dəyər
