Televizoru belə silənlər diqqətli olsun: Ekrana zərər verə bilərsiniz
Digərləri 20 Dek 2025 23:05:00 74 0
Televizor, kompüter və telefon kimi ekranların təmizlənməsi bir çox insan üçün çətin prosesə çevrilə bilər. Su damcıları, bezin buraxdığı izlərdən xilas olub ekranları düzgün və təhlükəsiz şəkildə təmizləmək mümkündürmü?
Bu xəbəri də oxu: Yeni ildə Şaxta baba QİYMƏTLƏRİ 1 saatı 300 manat
Son.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, televizor ekranında çirk və tozun yığılmasının qarşısını almaq üçün onu həftədə ən azı bir dəfə təmizləmək məsləhətdir. Ekranın mütəmadi silinməsi təkcə cihazın ömrünü uzatmır, həm də daha aydın və keyfiyyətli görüntü əldə etməyə kömək edir. Toz, ləkə və barmaq izləri yalnız müntəzəm təmizliklə aradan qalxır.
Qabarıq ekranlı televizorların təmizlənməsi düz ekranlara oxşasa da, onların səthi bir qədər daha az həssasdır və hər zaman xüsusi ekran təmizləyicisinə ehtiyac olmaya bilər. Düz ekranlı televizorlarda isə kimyəvi maddələrdən çox az istifadə edilməlidir. Bu məqsədlə az miqdarda izopropil spirtlə distillə olunmuş suyun qarışığından və ya yalnız distillə olunmuş sudan istifadə etmək tövsiyə olunur.
Lazım olan vasitələr
İzopropil spirt İlıq distillə olunmuş su Mikrofiber parçaBu vasitələr ekranı iz buraxmadan təmizləmək üçün kifayətdir.
Cihazı söndürün və ştepselini çıxarın
Televizoru təmizləməyə başlamazdan əvvəl onu söndürmək və şəbəkədən ayırmaq vacibdir. Bu addım xüsusilə düz ekranlı televizorlarda elektrik zərbəsi və texniki nasazlıq riskini azaltmaq baxımından önəmlidir.
Spirt məhlulunu hazırlayın
Bərabər miqdarda izopropil spirt və ilıq suyu qarışdıraraq təmizləyici məhlul əldə edin. İzopropil spirt ləkələrin daha effektiv şəkildə təmizlənməsinə kömək edir.
Ekranı silin
Hazırladığınız məhluldan az miqdarda mikrofiber parçaya tökün və ekranın bütün səthini, eləcə də alt və üst hissələrini yumşaq hərəkətlərlə silin. Təmizlik bitdikdən sonra televizoru yenidən qoşmazdan əvvəl ən azı 15 dəqiqə gözləmək tövsiyə olunur.
Əksər TV ekranlarında su istifadə etmək təhlükəsizdir, lakin həddindən artıq nəmlik zərər verə bilər. Bu səbəbdən suyu birbaşa ekrana püskürtmək əvəzinə, parça üzərinə azca səpərək silmək daha doğrudur. Ləkələrinin yaranmaması üçün distillə olunmuş suya üstünlük verilməlidir.
Televizor ekranları olduqca həssasdır və zərif münasibət tələb edir. Ekranı sərt silmək və ya bərk basmaq piksellərə zərər verə, cızıqlara və görüntü keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Buna görə də ekranı həmişə yumşaq toxunuşlarla və dairəvi hərəkətlərlə təmizləmək məsləhətdir.
Lalə Qüdrətova Son.az
"Sosial şəbəkənin nə yaxşı tərəfi var? Hansı müasirlikdən danı
Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir.
Rusiya Müdafiə Nazirliyi Ukrayna hərbi kampaniyası dövründə çəkdiyi xə
Reper Dado Əliyev mərhum həmkarı Hüseyn Dərya ilə bağlı gözlənilməz
Cənubi Xorasan əyalətində şəfərdə olan İran Prezidenti Məsud Pezeşkia
Son günlər Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər əməkhaqq�
Vəkil adından qanunsuz istifadəyə görə cərimələrin dispozisiyasında d�
Tibb elmləri namizədi Rəşid Mahmudov Əməkdar artist Elza Seyidcahanla bağ
Dekabrın 20-də maliyyə naziri, Azərbaycan və Monteneqro Hökumətləri aras
"Tarixin bir günü" verilişində qonaq olan müğənni Şəbnəm Tov
Çində kuryer beş il ərzində 1.12 milyon yuan (təxminən 160 000 dollar - r
Astroloqların proqnozlarına görə, 2025-ci ilin dekabr ayının son günləri
Türkiyədə sosial media fenomeni Murat Övüç təyyarədə çəkib paylaşdı
Respublika üzrə dekabr ayının pensiya ödənişinin 22-26 dekabr tarixlərin
