Əmək Məcəlləsinə təklif edilən dəyişiklik: Maaşlar hansı mexanizmlə veriləcək?


Digərləri 20 Dek 2025 21:03:00 59 0

Əmək Məcəlləsinə təklif edilən dəyişiklik: Maaşlar hansı mexanizmlə veriləcək?

Son günlər Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər əməkhaqqının verilmə qaydaları ilə bağlı müzakirələrə səbəb olub. Təklif olunan yeniliklərə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq ödənilməlidir. Eyni zamanda, işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq olduğu halda aylıq əməkhaqqı avans və qalan hissə olmaqla iki hissəyə bölünərək, on altı gündən çox olmayan fasilə ilə ayda iki dəfə də verilə bilər. Bu dəyişiklik bəzi hallarda Azərbaycanda əməkhaqqının artıq ayda iki dəfə veriləcəyi kimi təqdim edilsə də, əslində söhbət məcburiyyətdən deyil, tərəflərin razılığı əsasında mümkün olan bir mexanizmdən gedir.

Bu xəbəri də oxu: 19 yaşlı gənc qəfil öldü

Son.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Ayda iki dəfə əməkhaqqı ödəmək mümkün deyil"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun sözlərinə görə, Əmək Məcəlləsinin 172.1. maddəsi qismən dəyişdirilir: "Əvvəlki qayda belə idi ki, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir".

S.Məmmədov bildirdi ki, yeni layihədə isə imperativlik aradan qalxır. Çünki praktikada ayda iki dəfə (avans və qalan hissə olmaqla ikiyə bölünməklə) əməkhaqqı ödəmək demək olar ki, mümkün deyil: "Xüsusən büdcədən maliyyələşən qurumlar bunu edə bilməyəcək. Çünki Maliyyə Nazirliyi əməkhaqqının ödənilməsi xəttini ayda iki dəfə açmağa razılıq verməyəcək. Ümumiyyətlə, bu, hesabatlılıqda da müəyyən problemlər yaradır. Ona görə yeni təklif olunan layihədə deyilir ki, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə də verilə bilər. Yəni "dəyişiklikdən sonra işçilərə əməkhaqqı ayda iki dəfə veriləcək" deyə bir şey yoxdur".

"Əvvəl olan qayda məcburi idi"

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov isə deyir ki, hazırda qüvvədə olan qaydalar məcburidir, yeni versiyada isə könüllülük prinsipinə əsaslanır: "Bu qayda əvvəl də var idi. Əmək müqaviləsində qeyd olunurdu ki, əməkhaqqının başqa vaxt verilməsi də müəyyən oluna bilər. Yəni qanunla iki dəfə verilməli idi. Amma əmək müqaviləsində bir dəfə verilməsi nəzərdə tutulubsa, ayda bir dəfə verilə bilər. O səbəbdən də əksər hallarda maaş bir dəfə verilirdi. Əvvəl olan qayda məcburi idi. Amma əməkhaqqının başqa vaxt verilməsi də mümkün idi".

N.Xəlilovun fikrincə, indiki dəyişiklikdə qeyd olunur ki, işçilərə əməkhaqqı ayda bir dəfədən az olmayaraq verilməlidir: "Əslində çox da ciddi bir dəyişiklik yoxdur. Çünki yenə də hər şey tərəflərin razılığından asılıdır. İşəgötürən bir, ya iki dəfə əməkhaqqı verəcəyini yenə də özü təyin edir".

"İşçi üçün iki dəfə maaş verilməsi daha münasibdir"

Ekspertin sözlərinə görə, işçi üçün iki dəfə maaş verilməsi daha münasibdir. Amma bu, işəgötürən üçün əlverişli deyil: "Çünki müəssisədə iş yükü artmış olur. Məsələn, əməkhaqqı ayda bir dəfə olduqda hesablanması, banka tapşırıq verilməsi bir dəfə olurdusa, iki dəfə olduqda bu proses də iki dəfə həyata keçirilməlidir. O səbəbdən müəssisə öz resurslarına əsasən qərar verməlidir ki, iki dəfə əməkhaqqı verməyə imkanı çatacaqmı".

Müsahibimiz düşünür ki, yeniliklərdən sonra iş dünyasında çox da bir şey dəyişməyəcək: "Çünki bu dəyişiklik müəssisələrdə işi artıracağı üçün işəgötürənlər buna getmək istəməyəcəklər. Yalnız xüsusi hallarda tətbiq oluna bilər. Onsuz da bu qaydanı tətbiq etmək istəyən müəssisə əvvəl də tətbiq edə bilirdi. Heç bir məhdudiyyət yox idi".

"Bu, əməkhaqqının gecikdirilməsi hesab olunur"

N.Xəlilovun fikrincə, əməkhaqqı müqavilədə göstərildiyi tarixdə verilməzsə, işəgötürən işçiyə faizi ilə maaşını ödəməlidir: "Əməkhaqqının gecikdirilməsi qanunla müəyyən edilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin beşinci bəndində göstərilir ki, əməkhaqqının verilməsi işəgötürənin təqsiri ucbatından gecikdirilərsə, hər gecikdirilmiş gün üçün əməkhaqqının bir faizi məbləğində əlavə ödəniş verilməlidir. Əgər əməkhaqqı iki dəfə göstərilib lakin bir dəfə ödənilirsə, bu da gecikdirmə hesab olunur və işçiyə əlavə ödəniş edilməlidir".

"İşçilərin motivasiyasına müsbət təsir göstərəcək"

İnsan resursları və işə qəbul üzrə ekspert Sevda Quliyeva isə bildirdi ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, işçilərə əməkhaqqı iki dəfə verilərsə, bu işçilərin büdcə planlamasına müsbət təsir edəcək: "Vətəndaş əməkhaqqını iki dəfə almaqla ödənişlərini daha rahat şəkildə ödəyə biləcək. Bu da işçilərin işə olan motivasiyasının artırılmasına müsbət təsir göstərəcək".

S.Quliyevanın sözlərinə görə, hazırda bir neçə sektorda bu qayda tətbiq edilir. Bəzi müəssisələrin daxilində ayda iki dəfə əməkhaqqı verilməsi nəzərdə tutulub: "Bu addım bütün şirkətlərə tətbiq edilə bilər".

Bu sözdən istifadə edənlər 800 manat cərimə olunacaq like
  • 20 Dek 20:59  
Digərləri Bu sözdən istifadə edənlər 800 manat cərimə olunacaq

Vəkil adından qanunsuz istifadəyə görə cərimələrin dispozisiyasında d�

arrow Ətraflı
Rəşid Mahmudov Elzaya "dəli" dedi, müğənni isə... like
  • 20 Dek 20:41  
Şou-biznes Rəşid Mahmudov Elzaya "dəli" dedi, müğənni isə...

Tibb elmləri namizədi Rəşid Mahmudov Əməkdar artist Elza Seyidcahanla bağ

arrow Ətraflı
AzərbaycanMonteneqro Birgə Komissiyanın növbəti iclasının gündəliyi açıqlanıb like
  • 20 Dek 20:29  
Digərləri AzərbaycanMonteneqro Birgə Komissiyanın növbəti iclasının gündəliyi açıqlanıb

Dekabrın 20-də maliyyə naziri, Azərbaycan və Monteneqro Hökumətləri aras

arrow Ətraflı
Şəbnəm Tovuzlu rəqs ŞOUsu ilə diqqət çəkdi like
  • 20 Dek 20:21  
Şou-biznes Şəbnəm Tovuzlu rəqs ŞOUsu ilə diqqət çəkdi

"Tarixin bir günü" verilişində qonaq olan müğənni Şəbnəm Tov

arrow Ətraflı
Çinli kuryer beş ilə 160 min dollar topladı like
  • 20 Dek 20:10  
Dünya Çinli kuryer beş ilə 160 min dollar topladı

Çində kuryer beş il ərzində 1.12 milyon yuan (təxminən 160 000 dollar - r

arrow Ətraflı
Dekabrın sonunda 3 bürc rahat nəfəs alacaq: Səbrin mükafatı gəlir like
  • 20 Dek 19:58  
Digərləri Dekabrın sonunda 3 bürc rahat nəfəs alacaq: Səbrin mükafatı gəlir

Astroloqların proqnozlarına görə, 2025-ci ilin dekabr ayının son günləri

arrow Ətraflı
Murat Övüç həbs edildi like
  • 20 Dek 19:41  
Şou-biznes Murat Övüç həbs edildi

Türkiyədə sosial media fenomeni Murat Övüç təyyarədə çəkib paylaşdı

arrow Ətraflı
Pensiyalar bu tarixdə tam ödəniləcək like
  • 20 Dek 19:31  
Digərləri Pensiyalar bu tarixdə tam ödəniləcək

Respublika üzrə dekabr ayının pensiya ödənişinin 22-26 dekabr tarixlərin

arrow Ətraflı
"Anar Nağılbaz və bütün reperlər narkotik istifadə edirdi" like
  • 20 Dek 19:23  
Şou-biznes "Anar Nağılbaz və bütün reperlər narkotik istifadə edirdi"

"Anar Nağılbazın həyatında həmişə narkotik olub. Lap sənətinin ə

arrow Ətraflı
Ağdamda tikinti işləri sürətlənir like
  • 20 Dek 19:18  
Digərləri Ağdamda tikinti işləri sürətlənir

Ağdam şəhərində genişmiqyaslı tikinti və bərpa işləri intensiv şəki

arrow Ətraflı
Sabiq prokuror vəfat etdi like
  • 20 Dek 19:02  
Digərləri Sabiq prokuror vəfat etdi

Keçmiş prokuror vəfat edib. 

arrow Ətraflı
Hicama kimlərə olmaz?  VİDEO like
  • 20 Dek 19:00  
Digərləri Hicama kimlərə olmaz? VİDEO

Hicama ənənəvi tibbdə uzun müddətdir istifadə edilən bir üsuldur, lakin

arrow Ətraflı
Obama azərbaycanlı rejissorun filmini ən sevdiyi filmlər siyahısına daxil etdi like
  • 20 Dek 18:51  
Digərləri Obama azərbaycanlı rejissorun filmini ən sevdiyi filmlər siyahısına daxil etdi

ABŞ-nin sabiq prezidenti Barak Obama azərbaycanəsilli iranlı rejissor Cəfə

arrow Ətraflı
Boğazında çörək qalan şagirdi belə xilas etdilər  Anbaan görüntülər like
  • 20 Dek 18:39  
Digərləri Boğazında çörək qalan şagirdi belə xilas etdilər Anbaan görüntülər

Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə ü

arrow Ətraflı
Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi  RƏSMİ like
  • 20 Dek 18:30  
Digərləri Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi RƏSMİ

Qarabağ Universitetində çalışan bütün əməkdaşlara Dünya Azərbaycanl�

arrow Ətraflı