Türkiyənin İzmit şəhərinə PUA düşdü FOTO
Digərləri 19 Dek 2025 17:44:00 76 0
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərinə pilotsuz uçuş aparatı düşüb.
Bu xəbəri də oxu: Sabah Bakının 3 rayonunda qaz kəsiləcək
Son.az xəbər verir ki, Türkiyə bürosunun məlumatına görə, hadisə yerinə müvafiq xidmətlərin əməkdaşları cəlb edilib.
Ankarada F-16 qırıcıları tərəfindən bir pilotsuz uçuş aparatının (PUA) vurulmasından sonra Kocaeli vilayətinin İzmit rayonunda naməlum başqa bir dron qəzaya uğrayıb.
Hadisə İzmitin Çubuklubala məhəlləsində qeydə alınıb. Tarlada işləyən bir vətəndaş ağaclara ilişərək yerə düşən dronu görərək dərhal səlahiyyətli qurumlara məlumat verib. Əraziyə gələn təhlükəsizlik qüvvələri hadisə yerində araşdırmalara başlayıblar.
Araşdırma zamanı dronun qanad uzunluğunun təxminən 2,5 metr, uzunluğunun isə 1,5 metr olduğu müəyyən edilib. Məlumata görə, pilotsuz uçuş aparatının kamerası hələ də işlək vəziyyətdədir. Bundan əlavə, dronun qanad və quyruq hissəsində qırmızı ulduz formalı işarələr müşahidə olunub.
Səlahiyyətli qurumlar bildiriblər ki, dronun mənşəyi və qəza səbəbi aparılacaq texniki ekspertizadan sonra dəqiqləşdiriləcək. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Fidan Son.az
Müğənni Luna şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraflar edib.
İstanbulda narkotik istintaqı çərçivəsində keçirilən üçüncü əməli
Meyxanaçı Balaəli Maştağalı maraqlı açıqlama verib.
10 gündür itkin düşən balıqçı Ağadədə Həsənovun meyitinin ailəsi
Xəbər verdiyimiz kimi, Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olu
Rusiya və Ukrayna İstanbul razılaşmaları çərçivəsində döyüşlərdə
"Biz artıq il yarımdır ki, həkimlərin fəaliyyətinin monitorinqini ap
Müğənni Vüsal Hacıyev canlı yayımda həmkarı Nəfəs barədə sərt aç�
Uelsdə 49 yaşlı kuryer Riçard Devis və 43 yaşlı həyat yoldaşı Fey Stev
Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişl
Beyləqanda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Müasir dünyanın paradoksu ondadır ki, insanlığın ən qədim və eyni zama
Xalq artisti Röya Ayxan tək övladı Hüseynlə bağlı səmimi duyğularını
