Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir Məleykə Abbaszadə


Digərləri 19 Dek 2025 15:57:00 61 0

Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir  Məleykə Abbaszadə

Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir.

Son.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, özünü ekspert olmaq üçün həmin sahədə azı, on illik praktik təcrübə olmalı, sıravi işdən başlayaraq müəyyən pillələr keçilməlidir:

"Ekspert bu sahədə konkret fəaliyyət göstərən şəxslərdir. Əgər söhbət təhsildən gedirsə, bu şəxs ya dərs deməli, ya təhsilin idarəetmə orqanlarında çalışmalı, ya da bu sahədə elmi araşdırmalarla məşğul olmalı, məqalələri olmalıdır. Ən azı, on illik praktik təcrübəyə malik olmalı, sıravi işdən başlayaraq müəyyən pillələri keçməlidir. Yalnız bu halda kiminsə özünü "ekspert" adlandırması əsaslı olar.

Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsil sahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pullu xidmət göstərmək qanunvericiliyə zidd deyil və bu, mümkündür. Lakin bu şəxslər ekspert yox, biznesmenlərdir. Biznesin isə öz qaydaları var - məqsəd gəlir əldə etməkdir. Təəssüf ki, bəzi hallarda bu gəlir uğrunda qarşı tərəfə qarayaxma kampaniyaları aparılır, şəxsi piar edilir. Bu cür yanaşma etik və sağlam olmasa da, reallıqdır. Amma unutmaq olmaz ki, biznesdə etik olmayan davranışlar gec-tez ortaya çıxır".

Məleykə Abbaszadə qeyd edib ki, "təhsil eksperti" kimi tanınanların əksəriyyəti əslində, biznes sahəsində olan insanlardır:

"Onlar özlərini ekspert kimi təqdim edirlər, amma elmi və praktik baza baxımından bu rola uyğun deyillər. Əvəzində, insanlara yanlış və populist fikirlər aşılayırlar.

Bəs insanlar niyə rəsmi qurumlara və səlahiyyətli şəxslərə yox, belə şəxslərə etimad göstərirlər? Səbəblərdən biri odur ki, kimlərəsə uğur qazanmadığı zaman səbəbi özlərində deyil, sistemdə axtarmaq daha rahat gəlir. Heç kim imtahana yaxşı hazırlaşmadığını qəbul etmək istəmir. Əvəzində "imtahan çətin idi", "suallar proqramdan kənar idi" kimi arqumentlər səsləndirirlər.

Özlərini "ekspert" adlandıranlar da məhz bu mifləri hazırlayıb cəmiyyətə ötürürlər. İctimaiyyət isə bu mifləri tez qəbul edir, çünki eşitmək istədiklərinə daha çox qulaq asır. Lakin biz məsələni obyektiv araşdırıb real vəziyyəti təqdim edəndə bu, bəzilərinin xoşuna gəlmir. Düşünən insanlar reallığı qəbul edir, amma bəziləri uğursuzluğunu sistemlə əlaqələndirirlər.

Bu şəxslərin cəmiyyətdə tanınması və ictimai nüfuz əldə etməsinin arxasında dərin bilik və peşəkar bacarıqlar deyil, məqsədyönlü piar kampaniyaları dayanır. Əlbəttə, piar vacibdir, lakin dövlət qurumunun fəaliyyətinə müdaxilə etmək, qeyri-qanuni yollara əl atmaq və paralel olaraq özünü bu sahənin mütəxəssisi kimi təqdim etmək nə etik, nə də mənəvi baxımdan qəbulolunandır".

Beyləqanda azyaşlı quyuya düşərək öldü like
  • 19 Dek 15:51  
Digərləri Beyləqanda azyaşlı quyuya düşərək öldü

Beyləqanda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
Şərq Şərqdən öyrənəndə: Çin modeli Mərkəzi Asiyanın aynasında like
  • 19 Dek 15:47  
Siyasət Şərq Şərqdən öyrənəndə: Çin modeli Mərkəzi Asiyanın aynasında

Müasir dünyanın paradoksu ondadır ki, insanlığın ən qədim və eyni zama

arrow Ətraflı
Röya: "O, mənim hər şeyimdir, DÜNYAMDIR" like
  • 19 Dek 15:34  
Şou-biznes Röya: "O, mənim hər şeyimdir, DÜNYAMDIR"

Xalq artisti Röya Ayxan tək övladı Hüseynlə bağlı səmimi duyğularını

arrow Ətraflı
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb like
  • 19 Dek 15:33  
Digərləri “Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb

19 dekabr 2025-ci il tarixində "Naxtel" MMC-nin fəaliyyətinin dayan

arrow Ətraflı
Yeni İl şam ağacları xəstəlik yayır? like
  • 19 Dek 15:23  
Digərləri Yeni İl şam ağacları xəstəlik yayır?

Yeni İl yaxınlaşır. Elə bayram yaxınlaşdıqca insanlar şam ağacı alma�

arrow Ətraflı
Putinin Yeni il planı like
  • 19 Dek 15:06  
Digərləri Putinin Yeni il planı

Rusiya Prezidenti Vladimir Putin Yeni ili ailəsi və dostları ilə keçirəcə

arrow Ətraflı
Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir like
  • 19 Dek 15:05  
Siyasət Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hi

arrow Ətraflı
9cu sinif şagirdi ağır xəsarət aldı like
  • 19 Dek 14:58  
Digərləri 9cu sinif şagirdi ağır xəsarət aldı

Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.

arrow Ətraflı
Elektron siqaret qadağası ertələnir  Yaza qaldı like
  • 19 Dek 14:51  
Digərləri Elektron siqaret qadağası ertələnir Yaza qaldı

Elektron siqaretlə bağlı qadağanın qüvvəyə minmə müddətinə dəyişik

arrow Ətraflı
Tramp övladlarına qoyduğu qadağalardan danışdı like
  • 19 Dek 14:50  
Dünya Tramp övladlarına qoyduğu qadağalardan danışdı

ABŞ Prezidenti Donald Trump övladlarına qoyduğu qadağalardan danışıb.

arrow Ətraflı
Azərbaycanda onlar üçün vahid reyestr yaradılır – RƏSMİ like
  • 19 Dek 14:43  
Digərləri Azərbaycanda onlar üçün vahid reyestr yaradılır – RƏSMİ

Hazırda şəkərli diabet xəstələrinin vahid reyestrinin yaradılması üzə

arrow Ətraflı
Bakıda məşhur xəstəxananın 26,5 milyondan çox vergi borcu var like
  • 19 Dek 14:41  
Digərləri Bakıda məşhur xəstəxananın 26,5 milyondan çox vergi borcu var

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın d�

arrow Ətraflı
Məşhur müğənni 60 min manatlıq qəbir HAZIRLATDIRIR: məzarın xüsus kodu, lifti olacaq like
  • 19 Dek 14:39  
Şou-biznes Məşhur müğənni 60 min manatlıq qəbir HAZIRLATDIRIR: məzarın xüsus kodu, lifti olacaq

Türkiyənin məşhur sənətçisi Bülent Ersoy özü üçün xüsusi məzar ha

arrow Ətraflı
Diabet dərmanları ilə bağlı rəsmi açıqlama like
  • 19 Dek 14:33  
Digərləri Diabet dərmanları ilə bağlı rəsmi açıqlama

"Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı ümumi �

arrow Ətraflı
Azərbaycan benzinini daşıyan 22 vaqon Ermənistana çatıb  Erməni nazir like
  • 19 Dek 14:27  
Siyasət Azərbaycan benzinini daşıyan 22 vaqon Ermənistana çatıb Erməni nazir

1300 ton həcmində "A95" markalı Azərbaycanın benzini daşıyan 22

arrow Ətraflı