İnfarkt keçirənlərin ortaq vərdişi
Digərləri 19 Dek 2025 06:06:00 69 0
Səhər oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlarda geniş rast gəlinən vərdişlərdən biridir.
Bu xəbəri də oxu: Dabaq xəstəliyi kənd süd satışına necə təsir etdi? AÇIQLAMA
Son.az xəbər verir ki, bunu britaniyalı kardioloq Sana Sadoksay "Daily Mirror" nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, yaşı və həyat tərzi fərqli olan bir çox pasiyentin tibbi keçmişində infarktdan əlavə ümumi bir xüsusiyyət müşahidə edilib. Belə ki, həmin şəxslər səhər saatlarında uzun müddət hərəkətsiz qalır, yataqdan qalxdıqdan sonra dərhal oturaq vəziyyətə keçir, telefonla məşğul olur və daha sonra günün böyük hissəsini yenə oturaq şəraitdə keçirirlər.
Kardioloq qeyd edib ki, bu cür həyat tərzi qarın nahiyəsində piylənməyə, arterial təzyiqin yüksəlməsinə və ürək-damar sisteminə mənfi təsir göstərən gizli iltihabi proseslərin yaranmasına səbəb olur.
Sana Sadoksay bildirib ki, bu riskləri azaltmaq üçün səhərlər qısa müddətli fiziki aktivlik kifayətdir. Söyləyib ki, cəmi 5 dəqiqəlik yüngül gimnastika, dartınma hərəkətləri, sürətli gəzinti və ya yüngül qaçış qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsini aktivləşdirir, qanda şəkərin səviyyəsini sabitləşdirir və ürəyi qoruyur.
Mina Mikayılova Son.az
Prostatitin yoluxucu ola biləcəyi barədə xəbərdarlıq edilib.
Evimizdə istifadə etdiyimiz zibil qabları zamanla içərisində bakteriyalar�
Hollivudun məşhur siması Ancelina Coli "Time France" jurnalının y
Pendirin istehlakı demensiyanın qarşısını almağa kömək edə bilər.
Qızılın birja dəyəri tarixdə ilk dəfə unsiya üçün 4400 dolları keçi
SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənist
Qusarın Hil kəndində baş verən qətl hadisəsinin təfərrüatları məlum
"Oskar" mükafatlı aktyor Leonardo DiKaprio kino tarixinin ən ikonik
Qızartma yağı hər dəfə qızdırıldıqda təkcə isinmir, həm də qurulu�
Rusiya prezidenti Vladimir Putin sülh sazişindən sonra yenidən Ukraynaya hü
Son.az 19 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Aparıcı Zaur Kamal Xalq artisti Röya Ayxana bahalı hədiyyə alıb.
