1 paket qabartma tozu əvəzinə nə istifadə etmək olar?
Digərləri 17 Dek 2025 07:35:00 71 0
Xəmir işlərində qabarmanın əsas mənbəyi olan qabartma tozu kek və peçenyelərin hazırlanmasında vazkeçilməz məhsullardandır. Lakin bu məhsul hər zaman mətbəxdə mövcud olmaya bilər. Bəzi hallarda isə daha təbii alternativlərə üstünlük verilir. Mütəxəssislər bildirir ki, 1 paket qabartma tozu əvəzinə istifadə edilə bilən həm təbii, həm də effektiv alternativlər mövcuddur. Bəs qabartma tozu olmadıqda nə etmək olar? Son.az detalları təqdim edir:
Bu xəbəri də oxu: Xaçmaz Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib
Soda təkbaşına xəmiri qabartmır. Qabarmanın baş verməsi üçün onun turşu tərkibli məhsullarla reaksiyaya girməsi lazımdır. Qatıq, limon suyu və ya sirkə bu məqsədlə ən çox istifadə olunan maddələrdir.
1 paket qabartma tozu əvəzinə təxminən ½ çay qaşığı karbonat istifadə edə, üzərinə 1 xörək qaşığı qatıq və ya bir neçə damcı limon suyu əlavə edə bilərsiniz.
Xəmir təbii şəkildə qalxır, kimyəvi dad minimuma enir.
Sodanın normadan artıq istifadəsi xəmirdə acı və ya metal dad yarada bilər. Ölçüyə dəqiq riayət etmək vacibdir.
Yumurta ağı xüsusilə biskvit və keklərdə təbii qabardıcı rolunu oynayır. Ağların yaxşı köpürdülərək xəmirlə ehtiyatla qarışdırılması qabarmaya kömək edir.
Qabartma tozu əvəzinə yumurta ağlarını mikserlə sərt köpük halına gələnədək çalın və xəmirlə yavaş-yavaş qarışdırın.:
Xəmir yüngül və hava dolu olur, kimyəvi maddə istifadə edilmir.
Köpüklənmiş yumurta ağını xəmirlə qarışdırarkən ehtiyatlı olmaq lazımdır, əks halda qabarma effekti itə bilər.
Mineral su tərkibindəki qaz sayəsində qabardıcı təsir göstərir. Xüsusilə kek və pankeklərdə qabartma tozu əvəzinə istifadə oluna bilər.
Alman alimlər səhər zəif işığın depressiyaya səbəb ola biləcəyini m�
Bir çox insan düşünür ki, ədviyyatlar yeməkdə nə qədər uzun müddət
Elektron siqaretlərin (vape) sağlamlıq üçün təhlükəsiz olduğu iddialar
Yeni il bayramlarında mandarin süfrələrin əvəzolunmaz atributuna çevrilir
Yuxu və oyanma prosesləri melatonin və kortizol hormonları ilə tənzimləni
Yeni il ərəfəsində mağazalarda parlaq etiketli uşaq şampanı diqqəti cə
Sabit və sağlam yuxu rejimi olmayan insanlarda psoriaz xəstəliyinin ( uzunm�
"Çörək yeməsəniz nə olar? Əslində bir çoxunuzun axtardığı dəyi
Müğənni Rəqsanə İsmayılova həbsxanadan sonra ilk dəfə səhnəyə çıx
Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla ayrıld�
Son.az 17 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Ədəbiyyat dünyası minlərlə əsər tanıyır, lakin onlardan biri xüsusi l
