Azərbaycan və Bruney liderləri birbirilərini təbrik ediblər
Siyasət 25 Noy 2025 15:07:00 56 0
Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Prezident Kəlbəcərin azad olunmasının beşinci ildönümü ilə bağlı paylaşım edib VİDEO
Son.az xəbər verir ki, məktubda deyilir:
"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-aliləri.
Bruney-Darüssalam ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Son otuz il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və ortaq dəyərlər əsasında səmimi və möhkəm dostluq münasibətləri formalaşıb. Əminəm ki, bu sıx münasibətlər qarşıdakı illərdə daha da güclənəcəkdir.
Həmçinin ölkələrimizin, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün birlikdə çalışmasını səbirsizliklə gözləyirəm. Bu mühüm qurumlarda birgə səylərimiz xalqlarımızın və daha geniş qlobal birliyin rifahı naminə sülhün, harmoniyanın və davamlı inkişafın daha da möhkəmlənməsinə olan ortaq öhdəliyimizi əks etdirir.
Bu əlamətdar hadisəni qeyd etdiyimiz zaman Allah-taala Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah nəsib etsin.
Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".
Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Bruney-Darüssalamın Sultanını da təbrik edib.
Məktubda deyilir:
"Əlahəzrət,
Azərbaycan Respublikası ilə Bruney Darüssalam arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.
Otuz illik dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır.
Biz Bruney Darüssalam ilə dövlətlərarası münasibətlərimizi genişləndirmək və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək əzmindəyik. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Bruney Darüssalam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram".
Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun dələ
"Changan" avtomobil konserni "Hyundai"nin Çuntsin zavodunu
Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonunda yerləşən "AFEN
Tanınmış jurnalist Nicat Qafuroğlu intihar məktubu paylaşıb.
Müğənni Əlikram Bayramov maraqlı açıqlama verib.
Mardinin Kızıltepe rayonunda 33 yaşlı ana Berna Kaya , əri Mehmet Kaya və
Braziliyadakı motoşou zamanı 23 yaşlı italiyalı motoyarışçı qəza edib
Saray qəsəbəsində aparılan təmir işləri sakinlər və sürücülər aras
Türkiyəli məşhur aktyor Kenan İmirzalıoğlu siması olduğu KADEM-in qadı
ABŞ-in ordu naziri Den Driskoll Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Ki
Çində park vəziyyətində olan "BYD" markalı elektrikli avtomobil
Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı xəbər
Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma �
Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvə
