Yeni yol tikintisi partlayışa səbəb oldu? – AÇIQLAMA
Digərləri 25 Noy 2025 14:51:00 79 0
Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonunda yerləşən "AFEN Plaza" biznes mərkəzində partlayış baş verib.
Bu xəbəri də oxu: Sabah Bakıda 18 dərəcə isti olacaq
Son.az xəbər verir ki, hadisə nəticəsində 6 mərtəbəli binanın 5-ci mərtəbəsinə qədər ciddi dağıntılar qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Partlayışın yeni salınan yolun tikintisi zamanı zədələnmiş qaz xəttindən sızma nəticəsində baş verdiyi söylənilir.
Biznes mərkəzin sahibi Əbülfət Əliyev bildirib ki, bir neçə gün əvvəl yol çəkilişi zamanı zədələnmiş magistral qaz xəttinin bərpası düzgün aparılmayıb:
"Qazıntı zamanı xətt zədələnmişdi. Üç gün əvvəl bərpa olunduğunu demişdilər. Görünür, düzgün bərpa etməyiblər və sızma nəticəsində partlayış baş verib".
O həmçinin vurğulayıb ki, binada aktiv qaz istifadə olunmur:
"Binada qaz yoxdur, çardaq hissəsindədir və qoşulmayıb. Qaz zirzəmiyə yığılıb və işçi işığı yandıran kimi partlayış baş verib. Burada dayanmaq belə təhlükəlidir".
Məsələ ilə bağlı Son.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır:
"Yaxın müddətdə bununla bağlı ictimaiyyətə açıqlama veriləcək".
"Azəriqaz" İstehsalat Birliyindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, istintaqın nəticəsini gözləmək ən doğru yanaşmadır.
Mina Mikayılova Son.az
Tanınmış jurnalist Nicat Qafuroğlu intihar məktubu paylaşıb.
Müğənni Əlikram Bayramov maraqlı açıqlama verib.
Mardinin Kızıltepe rayonunda 33 yaşlı ana Berna Kaya , əri Mehmet Kaya və
Braziliyadakı motoşou zamanı 23 yaşlı italiyalı motoyarışçı qəza edib
Saray qəsəbəsində aparılan təmir işləri sakinlər və sürücülər aras
Türkiyəli məşhur aktyor Kenan İmirzalıoğlu siması olduğu KADEM-in qadı
ABŞ-in ordu naziri Den Driskoll Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Ki
Çində park vəziyyətində olan "BYD" markalı elektrikli avtomobil
Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı xəbər
Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma �
Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvə
"Air Serbia" gələn yay Belqrad-Bakı birbaşa uçuşlarının açıl
İnsanı pis vərdişlərdən çəkindirmək məqsədi ilə elektron qolbaq haz�
Paytaxtın dörd rayonu və Xırdalan şəhərinin bəzi ərazilərində suyun v
