Səhər və axşam, həyatın ağ və qara zolağı – Azərbaycanın Xalq artisti Təranə Muradovanın fotoseti


Kriminal 23 Noy 2025 18:13:00 77 0

Səhər və axşam, həyatın ağ və qara zolağı – Azərbaycanın Xalq artisti Təranə Muradovanın fotoseti

Azərbaycanın Xalq artisti Təranə Muradova yaxın günlərdə Moskvada çoxqat dünya çempionu olmuş məşhur rəqqaslar Denis Taqintsev və Eldar Cəfərov ilə birlikdə qara-ağ fotosessiya həyata keçirib. Sosial şəbəkələrdə böyük maraq doğuran bu layihə xüsusi simvolikası ilə seçilib. "Çəkilişə hazırlaşanda təsəvvürümə dərhal ağ bir qu quşu gəlmişdi. Ağ kostyum geyinmək, oğlanların da işıqlı rənglərdə olması - kompozisiyanın təmizlik, ümid və gələcəyə doğru hərəkət rəmzini yaratmasını istəyirdim. Lakin Moskvada Denis Taqintsevin rəqs teatrına gəlib, dünyaca məşhur bal rəqqasları üçün hazırlanmış geyimlərin tikildiyi böyük sexi görəndə hər şey dəyişdi. Orada elə ustalar var ki, dünyanın hər yerindən rəqqasların paltarlarını hazırlayırlar - atmosfer insanı sözün əsl mənasında sehrləyir. Məhz orada qara ilə ağın birləşməsini gördüm. O anda beynimdə bir assosiasiya yarandı: səhər və axşam, həyatın ağ və qara zolağı. Məncə, hər bir insanın taleyində bu iki rəng mütləq olur. Onlar yanaşı gedir, bir-birini tarazlayır. Və biz, əlbəttə ki, həmişə işığa doğru can atırıq. Beləcə, fotosessiyanın əsas simvolu yarandı - işıq və kölgənin vəhdəti, mənim həyatımın əksi kimi. Mən həyatımda çox şey yaşamışam: ağır günləri də, yüngül anları da, sürətli yüksəlişləri də, parlaq məqamları da. Amma hər səhər şükürlə oyanmışam - "İlahi, mənə verdiyin hər şey üçün təşəkkür edirəm" - və eyni düşüncə ilə yuxuya getmişəm. Ona görə də qara-ağ konsepsiya təkcə bədii seçim deyil - bu, mənim bir növ etirafım oldu. Konsertdə də bu obrazlarla səhnəyə çıxacağam. Çünki bunlar artıq sadəcə kostyum deyil - taleyimin, təcrübəmin və gələcəyə baxışımın rəmzidir", - deyə Təranə Muradova bildirib. Xalq artisti həmin obrazda beynəlxalq miqyaslı Azerbaijan Dance Festival layihəsində də çıxış edib. Xatırladaq ki, 25 noyabr tarixində Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti, tanınmış rəqqasə, xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, xalq və müasir rəqslər kafedrasının dosenti, Azərbaycan Rəqs İttifaqının prezidenti Təranə Muradovanın 60 illik yubileyinə həsr edilmiş yaradıcılıq axşamı keçiriləcək.

“Titanik” faciəsinin simvolu olan saat milyonlarla dollara satıldı like
  • 23 Noy 17:34  
Digərləri “Titanik” faciəsinin simvolu olan saat milyonlarla dollara satıldı

Aysberqə çırpılaraq batan "Titanik"də həyatını itirən məşhu

arrow Ətraflı
Mikayıl Müşfiqin xatirə muzeyi barədə qərar verildi like
  • 23 Noy 17:23  
Digərləri Mikayıl Müşfiqin xatirə muzeyi barədə qərar verildi

Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndində yerləşən xatirə muz

arrow Ətraflı
Renkadan etiraf: “Sinə əməliyyatı etdirmişəm” like
  • 23 Noy 17:09  
Şou-biznes Renkadan etiraf: “Sinə əməliyyatı etdirmişəm”

Rəqqasə Rəna Ağamuradova (Renka) etdiyi estetik müdaxilələrin sayını il

arrow Ətraflı
“Yanğının bizə aidiyyəti yoxdur”  Restoranın sahibi danışdı like
  • 23 Noy 17:04  
Digərləri “Yanğının bizə aidiyyəti yoxdur” Restoranın sahibi danışdı

"Mən həmin obyektləri 2023-cü ildən icarəyə vermişəm. Həm "L

arrow Ətraflı
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  XƏBƏRDARLIQ like
  • 23 Noy 17:00  
Digərləri Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq XƏBƏRDARLIQ

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.

arrow Ətraflı
İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk” like
  • 23 Noy 16:56  
Dünya İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

"Atəşkəs rejimi pozulduğu üçün həm Hizbullah, həm də HƏMAS-a qar

arrow Ətraflı
Bəzi ərazilərdə qaz olmayacaq like
  • 23 Noy 16:37  
Digərləri Bəzi ərazilərdə qaz olmayacaq

Sabah Sumqayıtda 750 abonentə qazın verilişində fasilələr olacaq.

arrow Ətraflı
Yasamaldakı yanğına görə klinika direktoru saxlanıldı like
  • 23 Noy 16:35  
Digərləri Yasamaldakı yanğına görə klinika direktoru saxlanıldı

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli

arrow Ətraflı
Ərdoğan və Meloni G20də kritik danışıqlar apardı: gündəmdə Qəzza və Ukraynadır like
  • 23 Noy 16:30  
Dünya Ərdoğan və Meloni G20də kritik danışıqlar apardı: gündəmdə Qəzza və Ukraynadır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi çərçivə

arrow Ətraflı
Ukrayna PUAları ilk dəfə Rusiyanın HHM səddini yardı like
  • 23 Noy 16:17  
Dünya Ukrayna PUAları ilk dəfə Rusiyanın HHM səddini yardı

Ukrayna pilotsuz uçuş aparatları bu gün ilk dəfə olaraq Rusiyanın çoxqat

arrow Ətraflı
Leyborist liderinin son günü yaxınlaşır – Starmer istefa verəcək like
  • 23 Noy 15:54  
Dünya Leyborist liderinin son günü yaxınlaşır – Starmer istefa verəcək

Böyük Britaniyada Baş nazir Keyr Starmer yeni ilin əvvəlində vəzifəsini

arrow Ətraflı
Tarix müəllimindən meyxanaçıya  Nasosnu “Milyonçu” arzusu ilə danışdı like
  • 23 Noy 15:39  
Şou-biznes Tarix müəllimindən meyxanaçıya Nasosnu “Milyonçu” arzusu ilə danışdı

Meyxanaçı Rüfət Nasosnu özünün ən böyük arzusunu açıqlayıb.

arrow Ətraflı
Ordubadda bədbəxt hadisə like
  • 23 Noy 15:19  
Digərləri Ordubadda bədbəxt hadisə

Ordubadda 61 yaşlı qadın hovuza düşərək boğulub.

arrow Ətraflı
Mərhum müğənninin həyat yoldaşı müğənnilərə etiraz etdi like
  • 23 Noy 15:00  
Şou-biznes Mərhum müğənninin həyat yoldaşı müğənnilərə etiraz etdi

Mərhum müğənni Vidadi Bərdəlinin həyat yoldaşı Naidə Heydərova onun m

arrow Ətraflı
Azərbaycan və Braziliya iqlim maliyyəsinə dair “Yol Xəritəsi” hazırlayıblar like
  • 23 Noy 14:44  
Siyasət Azərbaycan və Braziliya iqlim maliyyəsinə dair “Yol Xəritəsi” hazırlayıblar

10-22 noyabr tarixlərində Braziliyanın Belem şəhərində BMT-nin İqlim Də

arrow Ətraflı