Azərbaycan və Braziliya iqlim maliyyəsinə dair “Yol Xəritəsi” hazırlayıblar


Siyasət 23 Noy 2025 14:44:00 64 0

Azərbaycan və Braziliya iqlim maliyyəsinə dair “Yol Xəritəsi” hazırlayıblar

10-22 noyabr tarixlərində Braziliyanın Belem şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 30-cu Sessiyası (COP30), 6-7 noyabrda isə Sessiyanın Liderlər Zirvəsi təşkil olunub.

XİN-dən Son.az-a bildirilib ki, Liderlər Zirvəsində Azərbaycan Respublikasını Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Milli Məclisin sədri Azərbaycan Respublikası adından bəyanat səsləndirib və bir sıra ölkələrin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirib.

COP30-un rəsmi açılış günündə COP-a sədrlik Azərbaycan Respublikasından Braziliyaya təhvil verilib. COP29-un sədri, Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP30-un açılış sessiyasında çıxış edərək ötən il Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş tarixi nəticələr, eləcə də ölkəmizin COP-a sədrlik etdiyi dövr ərzində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. M.Babayev həmçinin COP29-un sədri qismində COP30 çərçivəsində təşkil olunmuş bir sıra tədbirlərdə iştirak və çıxış edib, digər nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

COP30-un hər iki seqmentində Xarici İşlər Nazirliyinin (XİN) heyəti də iştirak edib. Konfrans çərçivəsində XİN nümayəndə heyəti Konfransın yekununda qəbul edilməsi planlaşdırılan qərarların qəbulu istiqamətində aparılan danışıqlara cəlb edilib və 2 mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvalə olunub.

COP30 sədri Andre do Laqo tərəfindən Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliya xarici işlər nazirinin müavini Mauricio Lyrioya verilmiş COP31-in ev sahibliyinə namizəd ölkələr olan Türkiyə və Avstraliya arasında danışıqların aparılması səlahiyyəti çərçivəsində, 12 gün ərzində aparılmış intensiv danışıqlardan sonra COP31-in ev sahibliyinin Türkiyəyə verilməsi barədə qərar qəbul edilib.

Bununla yanaşı, COP30 çərçivəsində COP sədri tərəfindən Azərbaycan və Norveç nümayəndələrinə Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake -GST) ilə bağlı sənədlərin razılaşdırılması prosesinə onun adından rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatı verilib. Bu danışıqlara Azərbaycan tərəfdən rəhbərliyi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Norveç tərəfdən isə iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen edib.

Azərbaycan və Norveç tərəfi bütün danışıq qrupları ilə apardığı müzakirələrin nəticəsində mümkün qərar layihələrinə dair tövsiyələrini COP31-in Braziliya Sədrliyinə təqdim edib və bu müzakirələr müvafiq sənədlər üzrə qərarların qəbuluna töhfə verib.

XİN heyəti həmçinin COP29 Sədrinin Fəaliyyət Gündəliyi çərçivəsində irəli sürülmüş sülh və miqrasiya, su, səhiyyə, şəhərlər və iqlim şəffaflığı mövzularında təşəbbüslərlə bağlı beş tədbir keçirib. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti yenilənən enerji, hidrogen və kənd təsərrüfatı təşəbbüsləri ilə bağlı bir neçə tədbirin keçirilməsinə həm-təşkilatçı qismində dəstək göstərib.

Bununla yanaşı, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya tərəfi qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair "Bakıdan Belemə Yol Xəritəsi"ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib.

Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea yenidən püskürdü like
  • 23 Noy 14:38  
Dünya Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea yenidən püskürdü

Havay adalarında yerləşən Kilauea vulkanı yenidən fəaliyyətə başlayıb

arrow Ətraflı
Romalılar keltləri belə qorxudurdu  2 min illik kəllə tapıldı like
  • 23 Noy 14:19  
Digərləri Romalılar keltləri belə qorxudurdu 2 min illik kəllə tapıldı

Arxeoloqlar İspaniyada yerləşən 2 min illik La Loma qalasında insan kəllə

arrow Ətraflı
G20 sammitində şok hadisə: Polis maşınını oğurlamaq istədi, zərərsizləşdirildi! like
  • 23 Noy 14:00  
Dünya G20 sammitində şok hadisə: Polis maşınını oğurlamaq istədi, zərərsizləşdirildi!

Cənubi Afrikada keçirilən G20 sammiti zamanı Yohannesburqda təhlükəsizlik

arrow Ətraflı
Gündə neçə fincan qəhvə təhlükəsizdir?  Həkim xəbərdarlığı like
  • 23 Noy 13:34  
Digərləri Gündə neçə fincan qəhvə təhlükəsizdir? Həkim xəbərdarlığı

Orqanizmdə kofeinin həddindən artıq toplanması koronar arteriyanın daralma

arrow Ətraflı
Alimlər qorxulu plan hazırlayıb: Günəşin parlaqlığını zəiflətmək istəyirlər like
  • 23 Noy 13:16  
Digərləri Alimlər qorxulu plan hazırlayıb: Günəşin parlaqlığını zəiflətmək istəyirlər

İsraildə fəaliyyət göstərən "Stardust" startapı Yer səthində

arrow Ətraflı
Sakinlər xəbərdarlıq etmişdi, amma…  Binanın digər qapısı niyə bağlı idi? like
  • 23 Noy 13:11  
Digərləri Sakinlər xəbərdarlıq etmişdi, amma… Binanın digər qapısı niyə bağlı idi?

Xəbər verdiyimiz kimi, Yasamalda baş verən yanğın zamanı bina sakinlərin

arrow Ətraflı
Yanğında xəsarət alanlardan biri süni tənəffüs aparatına qoşuldu like
  • 23 Noy 13:07  
Digərləri Yanğında xəsarət alanlardan biri süni tənəffüs aparatına qoşuldu

Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən

arrow Ətraflı
Hollandiya hərbçiləri dronlara atəş açdı, amma PUAlar yoxa çıxdı like
  • 23 Noy 13:00  
Dünya Hollandiya hərbçiləri dronlara atəş açdı, amma PUAlar yoxa çıxdı

Hollandiya hərbçiləri ölkənin şərq bölgəsində yerləşən aviabaza üz

arrow Ətraflı
Vyetnamda fəlakət: Daşqınlar və torpaq sürüşmələri 90 nəfərin həyatına son qoydu like
  • 23 Noy 12:47  
Dünya Vyetnamda fəlakət: Daşqınlar və torpaq sürüşmələri 90 nəfərin həyatına son qoydu

Vyetnamın mərkəzi bölgəsində leysan yağışları səbəbindən baş vermi

arrow Ətraflı
Bəzi ərazilərdə su kəsiləcək like
  • 23 Noy 12:41  
Digərləri Bəzi ərazilərdə su kəsiləcək

Noyabrın 25-29-da Bakının Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının,

arrow Ətraflı
Goranboyda yaşayış binasında uçqun nəticəsində xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB like
  • 23 Noy 12:35  
Digərləri Goranboyda yaşayış binasında uçqun nəticəsində xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB

Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli

arrow Ətraflı
Çində “dünyanın ən tənbəl adamı” seçildi like
  • 23 Noy 12:22  
Digərləri Çində “dünyanın ən tənbəl adamı” seçildi

Çinin Daxili Monqolustan bölgəsinin Batou şəhərində yüzlərlə iştirak�

arrow Ətraflı
Sabah Bakıda 20 dərəcə isti olacaq like
  • 23 Noy 12:20  
Digərləri Sabah Bakıda 20 dərəcə isti olacaq

Noyabrın 24-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
TƏBİB Mingəçevirdəki qəttlə bağlı məlumat yaydı like
  • 23 Noy 11:52  
Digərləri TƏBİB Mingəçevirdəki qəttlə bağlı məlumat yaydı

Dünən saat 22:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası

arrow Ətraflı