Süni intellektlə yaradılan mahnılar müəllif hüquqlarını pozur? AÇIQLAMA


Digərləri 23 Noy 2025 00:32:00 62 0

Süni intellektlə yaradılan mahnılar müəllif hüquqlarını pozur?  AÇIQLAMA

Sosial şəbəkələrdə, xüsusilə "TikTok"da süni intellekt vasitəsilə məşhur mahnıların başqa tərzdə yenidən hazırlanması son aylarda geniş yayılıb. Bu cür videolar bəzən fərqli ifaçıların səsi ilə, bəzən isə tamamilə yeni aranjmanla təqdim olunur. Lakin bu trend bir çox hallarda müəllif hüquqları ilə bağlı ciddi suallar doğurur.

Məsələ ilə bağlı vəkil Araz Nurməmmədov  Son.az-a açıqlamasında bildirib ki, süni intellekt vasitəsilə mövcud mahnının başqa tərzdə aranjman olunması və ya fərqli ifaçının səsi ilə yenidən işlənməsi müəllif hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi  xüsusilə "Müəlliflik hüququ və əlaqədar hüquqlar haqqında" Qanun ümumi olaraq bir neçə əsas prinsipə əsaslanır:

1.İstənilən yenidən işləmə üçün icazə tələb olunur. Musiqi əsərinin aranjiman edilməsi, dəyişdirilməsi, başqa tərzdə ifa olunması yalnız müəllifin və ya hüquq sahibinin razılığı ilə mümkündür.

2.Əgər sosial şəbəkələrdə yayılan bu cür videolar səhifəyə reklam və ya populyarlıq vasitəsilə gəlir gətirirsə  bu, hüquq pozuntusunun daha ciddi formada qiymətləndirilməsinə səbəb olur.

3.Texnologiyanın növü hüquqi yanaşmanı dəyişmir. Qanunvericilik əsərin insan tərəfindən, yoxsa süni intellekt vasitəsilə yenidən işlənməsinə fərq qoymur. Əsas məsələ ilkin əsərin icazəsiz istifadəsi və törəmə əsərin yaranmasıdır.

Vəkil qeyd edib ki, süni intellekt tərəfindən hazırlanmış, lakin orijinal mahnının əsas melodik və kompozisiya elementlərini saxlayan aranjimanlar müəllifin razılığı olmadan yaradılıbsa, qeyri-qanuni törəmə əsər hesab olunur.

Nəzərə çatdırıb ki, "TikTok" kimi platformalar adətən müəllif hüquqları sahibinin müraciəti əsasında belə videoları və ya səhifələri silir.

Araz Nurməmmədov bildirib ki, bir çox ölkədə süni intellektin müəllif hüquqları ilə qorunan materiallar üzərində öyrədilməsi və Sİ vasitəsilə yaradılan kontentin hüquqi statusu ilə bağlı yeni qanunvericilik hazırlanır:

"Azərbaycan qanunvericiliyi hələ bu mövzuya dair xüsusi normalar müəyyən etməsə də, məsələyə müəlliflik hüququ prizmasından yanaşmaq zəruridir. Bu sahənin dəqiq qaydalarla tənzimlənməməsi gələcəkdə məhkəmə çəkişmələrini artırmaqla yanaşı, müəllif hüquqlarının daha geniş şəkildə pozulmasına səbəb ola bilər".

Mina Mikayılova Son.az

"3 min istədim, rejissor məni çəkmədi" like
  • 23 Noy 00:31  
Şou-biznes "3 min istədim, rejissor məni çəkmədi"

Xalq artisti Səidə Quliyevanın oğlu Fərhaddan danışıb. 

arrow Ətraflı
Türkiyədə onlarla tələbə xəstəxanaya yerləşdirildi  səbəb yenə də zəhərlənmədir like
  • 23 Noy 00:24  
Digərləri Türkiyədə onlarla tələbə xəstəxanaya yerləşdirildi səbəb yenə də zəhərlənmədir

Türkiyənin Adıyaman bölgəsində tələbələrin qaldığı KYK (Kredit və

arrow Ətraflı
Bakıda 63 yaşlı kişi itkin düşdü like
  • 23 Noy 00:21  
Digərləri Bakıda 63 yaşlı kişi itkin düşdü

Xətai rayonunda 63 yaşlı kişi evdən iş adı ilə çıxıb geri qayıtmayı

arrow Ətraflı
Samirə Erməni təmsilçiyə ən yüksək xalı verdi like
  • 23 Noy 00:05  
Şou-biznes Samirə Erməni təmsilçiyə ən yüksək xalı verdi

Astanada təşkil olunan beynəlxalq musiqi müsabiqəsinin final mərhələsi g

arrow Ətraflı
Günün qoroskopu: Səssiz qalın və həqiqəti görün like
  • 23 Noy 00:01  
Digərləri Günün qoroskopu: Səssiz qalın və həqiqəti görün

Son.az 23 noyabr üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
“Zəng etdilər ki, uşağınız dördüncü mərtəbədən özünü atıb” like
  • 22 Noy 23:52  
Digərləri “Zəng etdilər ki, uşağınız dördüncü mərtəbədən özünü atıb”

Xəbər verdiyimiz kimi, noyabrın 19-da Bakıda yerləşən "Təmiz Dünya

arrow Ətraflı
Breketə görə əsgərlikdən möhlət verilir?  RƏSMİ CAVAB like
  • 22 Noy 23:43  
Digərləri Breketə görə əsgərlikdən möhlət verilir? RƏSMİ CAVAB

Son illər Azərbaycanda breket istifadəsi gənclər arasında sürətlə popul

arrow Ətraflı
Türkiyədə arıdıcıl zəhərlənmələr  123 məhbus like
  • 22 Noy 23:38  
Digərləri Türkiyədə arıdıcıl zəhərlənmələr 123 məhbus

Türkiyənin Sakarya bölgəsində yerləşən cəzaçəkmə müəssisəsində a

arrow Ətraflı
"Ani gedişinə səbəb olanları Allaha həvalə edirəm" like
  • 22 Noy 23:36  
Şou-biznes "Ani gedişinə səbəb olanları Allaha həvalə edirəm"

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küç�

arrow Ətraflı
Test nəticələri pozitiv çıxan məşhurların ifadələri ortaya çıxdı like
  • 22 Noy 23:22  
Şou-biznes Test nəticələri pozitiv çıxan məşhurların ifadələri ortaya çıxdı

Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində bir sıra tanınmı

arrow Ətraflı
Tramp: Bu, Ukrayna üçün son təklif deyil like
  • 22 Noy 23:13  
Digərləri Tramp: Bu, Ukrayna üçün son təklif deyil

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişə bu və ya dig

arrow Ətraflı
Bir gündə iki yeniyetmə bıçaqlandı like
  • 22 Noy 23:13  
Kriminal Bir gündə iki yeniyetmə bıçaqlandı

Mingəçevirdə məktəbli bıçaqlanıb.

arrow Ətraflı
Tanınmış vəkilin qızı Yasamaldakı yanğında həlak olub like
  • 22 Noy 23:10  
Digərləri Tanınmış vəkilin qızı Yasamaldakı yanğında həlak olub

Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğı

arrow Ətraflı
Əməkdar artist 31 il əvvəl like
  • 22 Noy 22:35  
Şou-biznes Əməkdar artist 31 il əvvəl

Əməkdar artist Hüsniyə Mürvətova arxiv fotosunu izləyiciləri ilə bölü

arrow Ətraflı
Telefonunuza bu proqramı yükləməyin  Mesajlarınız oxunacaq like
  • 22 Noy 22:24  
Digərləri Telefonunuza bu proqramı yükləməyin Mesajlarınız oxunacaq

Android cihazları üçün aşkar edilən yeni "Sturnus" virusu "

arrow Ətraflı