Breketə görə əsgərlikdən möhlət verilir? RƏSMİ CAVAB
Digərləri 22 Noy 2025 23:43:00 69 0
Son illər Azərbaycanda breket istifadəsi gənclər arasında sürətlə populyarlaşıb. Estetik görünüşə marağın artması, sosial şəbəkələrdə "ideal gülüş" meylinin güclənməsi və stomatoloji xidmətlərin daha əlçatan olması bu tendensiyanı genişləndirən əsas səbəblərdəndir.
Bu xəbəri də oxu: Kəklikotunun FAYDALARI
Bu mövzu ilə bağlı diqqət çəkən başqa məqam isə breket taxan oğlanların hərbi xidmətdən möhlət almasıdır.
Son.az xəbər verir ki, modern.az məsələni dəqiqləşdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.
Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsindən bildirilib ki, breket taxılması faktı özlüyündə möhlət hüququ yaratmır. Möhlət yalnız müəyyən tibbi göstəricilər əsasında tətbiq olunur:
"Həzm orqanlarının xəstəlikləri üzrə: çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyətdədirsə" onların tibbi şəhadətləndirilməsi yalnız bir dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 51 "d" maddəsinin I qrafasına əsasən "Hərbi xidmətə müvəqqəti yararsız" hesab edilirlər",- məlumatda qeyd edilib. Son.az
Türkiyənin Sakarya bölgəsində yerləşən cəzaçəkmə müəssisəsində a
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küç�
Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində bir sıra tanınmı
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişə bu və ya dig
Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğı
Əməkdar artist Hüsniyə Mürvətova arxiv fotosunu izləyiciləri ilə bölü
Android cihazları üçün aşkar edilən yeni "Sturnus" virusu "
"Enerjiyə qənaət rejimini gün boyu aktiv saxlamaq telefonun sürətini
Ötən gün paytaxtın Yasamal rayonu, Mirəli Seyidov 19 A ünvanında çoxmər
Günəş noyabrın 18-də batıb və yanvarın 22-nə qədər bir daha doğmayac
İranın şimalındakı Hirkani meşələrində günlərdir davam edən genişmi
"Kia" avtomobil markası 27 mart 2020 - 23 yanvar 2024 tarixləri aras
