Yol polisinə tabe olmayan məmur


Digərləri 21 Noy 2025 18:41:00 62 0

Yol polisinə tabe olmayan məmur

Goranboyda yol polisinə tabe olmayan sürücü həbs olunub.

Son.az lent.az-a istinadən bildirir ki, hadisə rayonun Şahməmmədli kəndi ərazisində baş verib.

57 yaşlı Vəfadar Quliyevin (ad və soyad şərtidir) idarə etdiyi avtomobilin ön dövlət qeydiyyat nişanı standartlara uyğun gəlmədiyi üçün yol polisi tərəfindən ona "saxla" əmri verilib. Bu zaman onunla yol polisi əməkdaşları arasında mübahisə yaranıb və o, əməkdaşa "gedin işinizlə məşğul olun, siz kimsiniz?" deyib. Daha sonra ona avtomobilinin duracağı aparılacağı bildirilib və Vəfadar yenə etiraz edərək nalayiq ifadələr işlədib. Nəticədə o, saxlanılaraq, Goranboy rayon Polis Şöbəsinə aparılıb.

Fakt əsasında onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.

Barəsində inzibati xəta üzrə icraat aparılan Vəfadar Quliyev bildirib ki, Goranboy rayon Statistika idarəsinin əməkdaşıdır:

"Səhər saat 9 radələrinə yol polisləri mənə "saxla" işarəsi verdilər. Lakin mən avtomobili dərhal yox, 30 metr sonra saxladım. Yol polisi əməkdaşı avtomobilimin ön nömrəsi standartlara uyğun gəlmir deyəndə əsəbiləşib, dedim ki, gedin işinizlə məşğul olun siz kimsiniz? Bundan sonra aramızda mübahisə böyüdü. Qərara alındı ki, maşınımı duracağa aparsınlar. Bu zaman da etiraz edərək onların tələbinə tabe olmadım".

Vəfadar Quliyev əməlindən çox peşman olduğunu deyib. O, aqressiv davranışını yaşı və şəkər xəstəliyi ilə əlaqələndirib.

Goranboy rayon Məhkəməsinin qərarı ilə onun barəsində 10 gün müddətinə inzibati həbs cəzası verilib. Son.az

Bakıda təmir sexində yanğın  "Porsche" yandı like
  • 21 Noy 18:25  
Digərləri Bakıda təmir sexində yanğın "Porsche" yandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Orduxan və digərlərinin cinayət işi üzrə məhkəmə keçirilib like
  • 21 Noy 18:11  
Digərləri Orduxan və digərlərinin cinayət işi üzrə məhkəmə keçirilib

Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmməd

arrow Ətraflı
"Hyundai", "Kia"ların mühərriki niyə tez "dağılır"?  İzahlı VİDEO like
  • 21 Noy 18:05  
Digərləri "Hyundai", "Kia"ların mühərriki niyə tez "dağılır"? İzahlı VİDEO

"Soyuq mühərrikdə porşenlərin səs eləməsinin səbəbi onun temperat

arrow Ətraflı
Noyabr ayının pensiyası ödənildi like
  • 21 Noy 17:51  
Digərləri Noyabr ayının pensiyası ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Məşhur müğənni aylar sonra üzə çıxdı: Qayıqda yaşayır, bazarda qarpız satır... like
  • 21 Noy 17:50  
Şou-biznes Məşhur müğənni aylar sonra üzə çıxdı: Qayıqda yaşayır, bazarda qarpız satır...

Məşhur türkiyəli müğənni Koray Avcı səs-küylü İstanbul səhnəsində

arrow Ətraflı
“Regionlarda peşəkar teatr dərsləri” layihəsinin növbəti ünvanı Mingəçevir teatrı olacaq like
  • 21 Noy 17:45  
Kriminal “Regionlarda peşəkar teatr dərsləri” layihəsinin növbəti ünvanı Mingəçevir teatrı olacaq

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma

arrow Ətraflı
AQTAdan ölümcül xəstəliyə səbəb olan uşaq qidası ilə bağlı XƏBƏRDARLIQ  FOTO like
  • 21 Noy 17:41  
Digərləri AQTAdan ölümcül xəstəliyə səbəb olan uşaq qidası ilə bağlı XƏBƏRDARLIQ FOTO

Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olan rəs

arrow Ətraflı
UkraynaRusiya münaqişəsi üzrə yeni plan like
  • 21 Noy 17:39  
Digərləri UkraynaRusiya münaqişəsi üzrə yeni plan

Rəsmi Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin noyabrın 27-nə qəd

arrow Ətraflı
Lənkəranda ANİMAFİLM festivalı keçirilib  FOTO like
  • 21 Noy 17:35  
Digərləri Lənkəranda ANİMAFİLM festivalı keçirilib FOTO

Heydər Əliyev Fondunun və Azərbaycan Animasiya Assosiasiyasının təşkilat

arrow Ətraflı
Kosmetoloji klinikalar standartlara niyə cavab vermir? like
  • 21 Noy 17:10  
Digərləri Kosmetoloji klinikalar standartlara niyə cavab vermir?

2025-ci ilin ilk 10 ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi t�

arrow Ətraflı
Bəhram Bağırzadə sənətdən getdi: "Bitdi o işlər" like
  • 21 Noy 17:00  
Şou-biznes Bəhram Bağırzadə sənətdən getdi: "Bitdi o işlər"

Əməkdar artist Bəhram Bağırzadə sənətdən getdiyini açıqlayıb. 

arrow Ətraflı
Bakıda AYNAnın xüsusi avtomobilləri sürücüləri CƏRİMƏLƏYİR  VİDEO like
  • 21 Noy 16:51  
Digərləri Bakıda AYNAnın xüsusi avtomobilləri sürücüləri CƏRİMƏLƏYİR VİDEO

Son günlər paytaxtın müxtəlif küçə və prospektlərində Azərbaycan Yer

arrow Ətraflı