AQTAdan ölümcül xəstəliyə səbəb olan uşaq qidası ilə bağlı XƏBƏRDARLIQ FOTO
Digərləri 21 Noy 2025 17:41:00 57 0
Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olan rəsmi məlumata əsasən, Amerika Birləşmiş Ştatlarında (ABŞ) "ByHeart Whole Nutrition Infant Formula" adlı uşaq qidasının istehlakı ilə əlaqədar körpələr arasında botulizm halları qeydə alınıb.
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 2025-ci il 17 noyabr tarixinədək 13 ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı müəyyən edilib və onlar xəstəxanaya yerləşdirilib.
Həmçinin ABŞ-da sözügedən məhsulun bütün partiyalarının və bütün qablaşdırma formalarının istifadəsinin dərhal dayandırılması tövsiyə edilib.
Qeyd edək ki, botulizm ağır gedişli, potensial ölümcül xəstəlik olub, adətən, "clostridium botulinum" bakteriyası ilə çirklənmiş qidalarda formalaşan toksinlərin qəbulu nəticəsində yaranır. "Clostridium botulinum" bakteriyası oksigensiz mühitdə təhlükəli "botulinum" toksinlərini ifraz edir. Xəstəlik qəbizlik, iştahasızlıq, halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutma qabiliyyətinin azalması kimi simptomlarla təzahür edir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırma nəticəsində "ByHeart Whole Nutrition Infant Formula" adlı uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlayn platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunması mümkündür. Bu səbəbdən agentlik xəbərdarlıq edir ki, ölkə daxilində fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi potensial risk yarada bilər.
AQTA tərəfindən mövcud internet informasiya ehtiyatları və digər kommunikasiya alətləri vasitəsilə məhsulla bağlı aşkar olunmuş və potensial təhlükələr, habelə bu təhlükələrdən irəli gələn risklər barədə maraqlı şəxslər məlumatlandırılıb.
INFOSAN tərəfindən əlavə məlumat daxil olduğu təqdirdə, yenilənmiş məlumat ictimaiyyətə təqdim ediləcək.
2025-ci ilin ilk 10 ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi t�
Əməkdar artist Bəhram Bağırzadə sənətdən getdiyini açıqlayıb.
Noyabr ayının 18-də "Azərxalça" ASC, Azərbaycanın Albaniyadakı
Son günlər paytaxtın müxtəlif küçə və prospektlərində Azərbaycan Yer
Türkiyə Jandarm Kriminal Laboratoriyası Azərbaycan-Gürcüstan sərhədində
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna rəhbər
"Təsir dairəsi" verilişində yaşlı kişinin iddiası hər kəsi h
Türkiyədə yayımlanan "Veliaht" serialının növbəti bölümünd�
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdi
"Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vye
Xəzər dənizinin Lənkəran sahillərinin geri çəkilməsi nəticəsində gen
Türkiyədə idman xəbərləri təqdim edən məşhur aparıcı Gürler Akgün
1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsi �
ABŞ-nin Ukraynadaki münaqişənin tənzimlənməsi ilə bağlı hazırladığ
