Gələn il kimlərin vergisi azalacaq? Komitə sədri AÇIQLADI


Digərləri 21 Noy 2025 12:36:00 68 0

Gələn il kimlərin vergisi azalacaq?  Komitə sədri AÇIQLADI

Milli Məclisdə büdcə müzakirələri davam edir.

Son.az xəbər verir ki, bu gün keçirilən iclasda Vergi Məcəlləsinə və əlavə 16 qanuna dəyişikliklər müzakirə edilir.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov dəyişikliklərin mahiyyətini açıqlayıb.

Onun sözlərinə görə, Vergi Məcəlləsinə və əlavə 16 qanunvericilik aktına dəyişikliklər edilməsini nəzərdə tutan bu layihə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş müzakirə olunub. Aidiyyəti qurumlar tərəfindən əhatəli təqdimatlar edilib. Komitə üzvləri layihəni dəstəkləməklə yanaşı, gələcəkdə vergi siyasətinin təkmilləşdirilməsinə dair dəyərli fikirlər və təkliflər səsləndirib.

"Bu gün müzakirəyə çıxarılan layihə birinci oxunuşun tələblərinə uyğun olaraq təqdim edilir.  Vergi Məcəlləsinə dəyişikliklər 2026-cı ilin büdcə zərfinin əsas tərkib hissəsi olaraq büdcənin parametrləri ilə bilavasitə bağlıdır.

Bu dəyişikliklər biznes və vətəndaşlar üçün nə vergi yükünü artırır, nə "qeyri-stabillik yaradır", nə də "biznesin planlaşdırılmasını çətinləşdirir". Əksinə yeni sahələr üzrə təşviqlərin verilməsi, vergi yığımı bazasının genişləndirilməsini nəzərdə tutur. 

Layihədə nəzərdə tutulan dəyişikliklər ölkənin iqtisadi inkişafını sürətləndirmək, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərini gücləndirilmək, daxili bazarı qorumaq və idxaldan asılılığı azaltmaq, strateji sahələrə investisiyaların təşviqi və inzibatçılığın təkmilləşdirilməsi üzrə istiqamətləri nəzərdə tutur".

Maaşdan nə qədər vergi verəcəyik?

Komitə sədri bildirib ki, Vergi Məcəlləsinə dəyişiklər ilk növbədə qeyri-neft özəl sektorda əmək haqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi ilə bağlıdır. 

"Məlum olduğu kimi, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir. Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması, işçi sayının və əmək haqqının əhəmiyyətli leqallaşması olub. 

İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayında 2 dəfəyədək, əmək haqqı fondunda 2 dəfədən çox artımlar əldə edilib.

2026-cı ildə güzəşt dövrü başa çatır və gəlir vergisi 2500 manatadək gəlirlər üzrə 14 faiz, 2500 manatdan artıq gəlirlər üzrə isə 25 faiz tətbiq olunmalıdır. Ancaq Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəcələrinin olduğu kimi yenidən bərpasını deyil yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur. Belə ki, 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 14 faiz əvəzinə 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz dərəcə ilə tətbiq ediləcək. Nəticədə bu region ölkələri arasında ən aşağı göstərici olacaqdır. Bu addım sahibkarlara və işçilərə yeni vergi qaydalarına rahat uyğunlaşmağa kömək edəcək".

Naxçıvan vergidən azad edilir

Qeyd edilib ki, layihədə işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş vergitutma rejiminin eynilə Naxçıvan Muxtar Respublikasına da şamil edilməsi nəzərdə tutulur. Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azadetmə tətbiq ediləcək. Bu dəyişikliyin məqsədi Muxtar Respublikada iqtisadi fəallığın artırılması, investisiyaların cəlbi, məşğulluq səviyyəsinin və rifahın yüksəldilməsidir.

Dəyişikliyə əsasən həm də Muxtar Respublikada sığortaedənlər tərəfindən işçilərə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması təklif edilir".

Kimlər vergidən azad ediləcək?

Azərbaycanda ilk dəfə – Çin Sirki “Santa və Qızıl Əjdaha” Circus Sea Breezedə Yeni İl Şousu like
  • 21 Noy 12:33  
Kriminal Azərbaycanda ilk dəfə – Çin Sirki “Santa və Qızıl Əjdaha” Circus Sea Breezedə Yeni İl Şousu

Circus Sea Breeze 13 dekabr - 11 yanvar tarixlərində Azərbaycanda ilk dəfə

arrow Ətraflı
Sabah Bakıda yaz havası olacaq like
  • 21 Noy 12:31  
Digərləri Sabah Bakıda yaz havası olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişk

arrow Ətraflı
Daha 207 yeni tam təmirli mənzillər satışa çıxarılıb like
  • 21 Noy 12:30  
Digərləri Daha 207 yeni tam təmirli mənzillər satışa çıxarılıb

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexani

arrow Ətraflı
ChatGPTdən "bəy" istəyən qadın süni intellekt obrazı ilə EVLƏNDİ like
  • 21 Noy 12:27  
Digərləri ChatGPTdən "bəy" istəyən qadın süni intellekt obrazı ilə EVLƏNDİ

Yaponiyada 32 yaşlı bir qadın qeyri-adi nikah mərasimi ilə diqqətləri üz

arrow Ətraflı
Azadlığa çıxan Rəqsanədən ilk PAYLAŞIM  FOTO like
  • 21 Noy 12:18  
Şou-biznes Azadlığa çıxan Rəqsanədən ilk PAYLAŞIM FOTO

Müğənni Rəqsanə İsmayılova həbsdən sonra "Instagram"da ilk pa

arrow Ətraflı
Rəqsanə əri Fazil Əmiraslanovdan AYRILIB? like
  • 21 Noy 11:53  
Şou-biznes Rəqsanə əri Fazil Əmiraslanovdan AYRILIB?

Müğənni Rəqsanənin həyat yoldaşı Fazil Əmiraslanovdan ayrıldığı idd

arrow Ətraflı
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər  FOTO like
  • 21 Noy 11:45  
Digərləri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
"Onunbunun ərindən uşaq doğanlar..."  Efirdə like
  • 21 Noy 11:23  
Şou-biznes "Onunbunun ərindən uşaq doğanlar..." Efirdə

Müğənni Təranə Qumral "Öz aramızda" verilişində səsləndirdi

arrow Ətraflı
Əhaliyə pensiyalarla bağlı ŞAD XƏBƏR like
  • 21 Noy 11:18  
Digərləri Əhaliyə pensiyalarla bağlı ŞAD XƏBƏR

Anar Əliyev: "Əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayr�

arrow Ətraflı
Tramp "Türkiye" adı ilə zarafat etdi  VİDEO like
  • 21 Noy 11:11  
Dünya Tramp "Türkiye" adı ilə zarafat etdi VİDEO

ABŞ prezidenti Donald Tramp "Türkiyə" adı ilə zarafat edib. 

arrow Ətraflı
Kamaləddin Qafarov: “YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır” like
  • 21 Noy 11:10  
Siyasət Kamaləddin Qafarov: “YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”

"Xalqın son dərəcə ağır və keşməkeşli günlərində, dövlətçil

arrow Ətraflı
Zolağından çıxan avtobus sürücüləri əslində 40 manat cərimələnməlidir  QAYDA like
  • 21 Noy 11:00  
Digərləri Zolağından çıxan avtobus sürücüləri əslində 40 manat cərimələnməlidir QAYDA

Yollarda çəkilən avtobus zolaqları ictimaiyyət arasında ən çox müzakir�

arrow Ətraflı
Azərbaycana gətirilən çeddar pendirində zərərli bakteriya aşkarlandı  FOTO like
  • 21 Noy 10:50  
Digərləri Azərbaycana gətirilən çeddar pendirində zərərli bakteriya aşkarlandı FOTO

İdxal olunan pendir məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.

arrow Ətraflı
Ermənistan nümayəndə heyəti Bakıdadır like
  • 21 Noy 10:48  
Siyasət Ermənistan nümayəndə heyəti Bakıdadır

2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyəti nümay�

arrow Ətraflı