Zolağından çıxan avtobus sürücüləri əslində 40 manat cərimələnməlidir QAYDA
Digərləri 21 Noy 2025 11:00:00 65 0
Yollarda çəkilən avtobus zolaqları ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Bu zolaqların tıxacları daha da artırdığı iddia olunur. Son günlərdə sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi avtobus sürücülərinin məhz bu zolaqlardan istifadə etməməsi digər sürücülər arasında narazılığa səbəb olub. Belə ki, vətəndaşlar bildirirlər ki, əgər digər nəqliyyat vasitələrinin avtobus zolağına daxil olması qadağandırsa, avtobus sürücüləri də yalnız həmin zolaqla hərəkət etməlidirlər. Əks halda, onlar da qayda pozuntusuna görə cərimələnməlidirlər.
Bu xəbəri də oxu: Onlar mənim üçün müəllim deyil
Bəs, bu zaman həmin avtobus sürücülərinə cərimə tətbiq olunurmu?
Məsələ ilə bağlı Baş DYP İdarəsinin Baş inspektoru Elvin Hacıyev Son.az-a açıqlamasında bildirib ki, sərnişinlərin təhlükəsiz və vaxtında ünvana çatmaları üçün paytaxtın müxtəlif küçələrində avtobus zolaqları çəkilib.
Onun sözlərinə görə, digər nəqliyyat vasitələri avtobus zolaqlarına daxil olduqları halda cərimələnsələr də, zolaq ola-ola avtobuslar istədikləri vaxt digər nəqliyyat vasitələrinin yoluna çıxırlar. Bunu isə bəzən məcburiyyətdən etdiklərini deyirlər:
"Bəzi hallarda avtobus zolağı olduğu halda həmin avtobus sürücüləri digər nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş zolaqlarla hərəkət etdikləri hallar müşahidə olunur. Nəzərə almaq lazimdır ki, avtobus zolaqları 1.1 üfüqi nişanlama xətti ilə digər zolaqlardan ayrılır.Avtobusun digər zolağa keşməsi istər- istəməz həmin 1.1 yəni, düz xətt üfüqi nişanlama xəttinin tələbinin pozulmasıdır. Bu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimə edilir".
İdxal olunan pendir məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.
2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyəti nümay�
İndoneziyanın Yava adasında şiddətli yağışların yaratdığı torpaq sü
Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev
Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər
"Yeganə" şadlıq sarayının dövlət qarşısında vergi borcunun y
Qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətin
Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə b
"Qarabağ" FK-nın formalarının qiyməti valideynlərin narazılığ
Prezident İlham Əliyev "Dialoqun, əməkdaşlığın və regional həmrə
Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasın�
Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sa
Abşeron rayonunun Xırdalan şəhərində yaşayan vətəndaş "Azəriqaz&
İran prezidenti Məsud Pezeşkiyan paytaxt Tehranın köçürülməsi ideyasın
Bakı şəhərinin Xəzər, Pirallahı və Qaradağ rayonlarında qarlı havalar
