Sosial və tibbi sığorta ilə bağlı yeni qaydalar qəbul ediləcək


Digərləri 21 Noy 2025 13:14:00 71 0

Sosial və tibbi sığorta ilə bağlı yeni qaydalar qəbul ediləcək

2026-cı il dövlət büdcəsi zərfinə daxil olan bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Bu xəbəri də oxu: Yol vergisi artırılır

Son.az xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

"Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi üzrə

1. Sahibkarların sosial sığorta yükünün optimallaşdırılması istiqaməti üzrə

Minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə fərdi sahibkarlar dövriyyədən 2% dərəcə ilə məcburi dövlət sosial sığorta haqqı ödəyirlər; Kənd təsərrüfatı sahəsində mövcud rejim saxlanılır və dərəcələr qismən artırılır (5 ha-dək minimum əmək haqqının 5 faizi, 10 ha-dək 7,5 faizi, 10 ha-dan çox olduqda 12,5 faizi); Fərqlənmə nişanı almaqla sərnişin daşıma fəaliyyəti üzrə mövcud rejim saxlanılır (minimum əmək haqqının 6 faizi); Sabit qəbz alan şəxslər üzrə mövcud rejim saxlanılır və dərəcələr qismən artırılır (minimum əmək haqqına tətbiq edilən 3%-in 5%-ə, 5%-in isə 8%-ə qaldırılması, regional əmsallar tətbiq edilməklə); Vəkillər kollegiyasının üzvləri, sərbəst mediatorlar üzrə xərclər çıxılmaqla gəlirlərinin 10 faizi miqdarında ödənilən sosial sığorta haqqının dərəcəsi 10 faizdən 15 faizə artırılır.

2. Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması istiqaməti üzrə

Naxçıvan Muxtar Respublikasında sığortaedənlər tərəfindən işçilərə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasının yalnız qeyri-dövlət sektoruna aid edilən, Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və hasilat (neft-qaz sahəsi istisna olmaqla) sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilməsi və ilkin dövrdə tam şəkildə (100 faiz həcmində), növbəti illərdə isə qismən (illərə görə 80, 60 və 40 faiz həcmində) subsidiyalaşdırılması;

Naxçıvan Muxtar Respublikasının rezidenti olan və qeyri-dövlət sektoruna aid edilən (neft-qaz, maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (Naxçıvan Muxtar Respublikasında istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sığortaedənlər tərəfindən özlərinə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının 2036-cı il yanvarın 1-dək tam şəkildə tam şəkildə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması təklif edilir.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarda dəyişiklik edilməsi üzrə

1. Hazırda icbari şəxsi sığorta vəsaitləri dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsi və qanunda göstərilən digər istiqamətlərlə yanaşı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatına da yönəldilir. Bu vəsaitin istifadə istiqaməti genişləndirilərək yalnız müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə deyil, əlilliyi olan bütün şəxslərə yönəldilməsi təklif edilir.

2. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, dövlət icbari şəxsi sığorta vəsaitləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsinə də yönəldilə biləcək.

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunlarda dəyişiklik edilməsi üzrə

1. Talassemiya irsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına, hemofiliya irsi qan xəstəliyi olan şəxslərə münasibətdə isə icbari tibbi sığorta vəsaiti hesabına maliyyələşdiriləcək.

"Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi üzrə

1. Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalıların ayrıca kateqoriyası olaraq müəyyən edilir, onlar sığortalı qismində özləri çıxış edəcəklər və onlar tərəfindən ödənilməli olan icbari tibbi sığorta haqqının məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

2. Qeyri-dövlət sektoruna (neft-qaz sahəsi istisna olmaqla) aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə əmək haqqının 2 500 manatdan yuxarı hissəsi üzrə tibbi sığorta haqqı daha aşağı dərəcə ilə müəyyən ediləcək:


Xəbərə aid fotolar

Milli Məclis YAPın 33cü ildönümü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib like
  • 21 Noy 13:05  
Siyasət Milli Məclis YAPın 33cü ildönümü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Milli Məclis Yeni Azərbaycan Partiyasının yaradılmasımnın 33-cü ildönü

arrow Ətraflı
İbrahim Tatlısəs məşhur aktrisadan olan qızından yazdı like
  • 21 Noy 13:00  
Şou-biznes İbrahim Tatlısəs məşhur aktrisadan olan qızından yazdı

Türkiyəli müğənni İbrahim Tatlısəs aktrisa Perihan Savaşdan olan qızı

arrow Ətraflı
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə vermək istədilər like
  • 21 Noy 12:57  
Digərləri 17 yaşlı qızı 36 yaşlı kişiyə ərə vermək istədilər

Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın q

arrow Ətraflı
Bakıdan Sumqayıta gedənlərə ŞAD XƏBƏR like
  • 21 Noy 12:51  
Digərləri Bakıdan Sumqayıta gedənlərə ŞAD XƏBƏR

Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrin

arrow Ətraflı
Mədəniyyət Nazirliyinin sifarişi ilə 50 min manata yeni musiqi dərslikləri hazırlanacaq like
  • 21 Noy 12:43  
Digərləri Mədəniyyət Nazirliyinin sifarişi ilə 50 min manata yeni musiqi dərslikləri hazırlanacaq

Mədəniyyət Nazirliyinin təşəbbüsü və sifarişi ilə fortepiano fənni �

arrow Ətraflı
Gələn il kimlərin vergisi azalacaq?  Komitə sədri AÇIQLADI like
  • 21 Noy 12:36  
Digərləri Gələn il kimlərin vergisi azalacaq? Komitə sədri AÇIQLADI

Milli Məclisdə büdcə müzakirələri davam edir.

arrow Ətraflı
Azərbaycanda ilk dəfə – Çin Sirki “Santa və Qızıl Əjdaha” Circus Sea Breezedə Yeni İl Şousu like
  • 21 Noy 12:33  
Kriminal Azərbaycanda ilk dəfə – Çin Sirki “Santa və Qızıl Əjdaha” Circus Sea Breezedə Yeni İl Şousu

Circus Sea Breeze 13 dekabr - 11 yanvar tarixlərində Azərbaycanda ilk dəfə

arrow Ətraflı
Sabah Bakıda yaz havası olacaq like
  • 21 Noy 12:31  
Digərləri Sabah Bakıda yaz havası olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişk

arrow Ətraflı
Daha 207 yeni tam təmirli mənzillər satışa çıxarılıb like
  • 21 Noy 12:30  
Digərləri Daha 207 yeni tam təmirli mənzillər satışa çıxarılıb

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexani

arrow Ətraflı
ChatGPTdən "bəy" istəyən qadın süni intellekt obrazı ilə EVLƏNDİ like
  • 21 Noy 12:27  
Digərləri ChatGPTdən "bəy" istəyən qadın süni intellekt obrazı ilə EVLƏNDİ

Yaponiyada 32 yaşlı bir qadın qeyri-adi nikah mərasimi ilə diqqətləri üz

arrow Ətraflı
Azadlığa çıxan Rəqsanədən ilk PAYLAŞIM  FOTO like
  • 21 Noy 12:18  
Şou-biznes Azadlığa çıxan Rəqsanədən ilk PAYLAŞIM FOTO

Müğənni Rəqsanə İsmayılova həbsdən sonra "Instagram"da ilk pa

arrow Ətraflı
Rəqsanə əri Fazil Əmiraslanovdan AYRILIB? like
  • 21 Noy 11:53  
Şou-biznes Rəqsanə əri Fazil Əmiraslanovdan AYRILIB?

Müğənni Rəqsanənin həyat yoldaşı Fazil Əmiraslanovdan ayrıldığı idd

arrow Ətraflı
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər  FOTO like
  • 21 Noy 11:45  
Digərləri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
"Onunbunun ərindən uşaq doğanlar..."  Efirdə like
  • 21 Noy 11:23  
Şou-biznes "Onunbunun ərindən uşaq doğanlar..." Efirdə

Müğənni Təranə Qumral "Öz aramızda" verilişində səsləndirdi

arrow Ətraflı