Prezident İƏT D8 media forumunun iştirakçılarına müraciət ünvanladı


Siyasət 21 Noy 2025 10:23:00 55 0

Prezident İƏT D8 media forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Son.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları,

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) ilk Media Forumunda Sizi səmimi-qəlbdən salamlayıram. Bu Forumun Azərbaycanın təşəbbüsü ilə birinci dəfə Bakı şəhərində keçirilməsi mühüm hadisədir.

Bildiyiniz kimi keçən il Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilmişdir. Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilmişdir.

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində "D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq"u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir.

Dost ölkələrin ictimai-siyasi xadimlərini, kommunikasiya üzrə mütəxəssislərini, media nümayəndələrini bir yerə toplayan bu Forumun qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platforma olacağına inamımı ifadə edirəm. Qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəyliyi nümayiş etdirməsi olduqca vacibdir.

Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və anlayışın formalaşmasında mühüm rol oynayır.

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, "deepfake"-lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri - doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.

Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda, biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik.

Bugünkü Forum dost ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq müstəvisidir. İnanıram ki, burada səslənəcək ideyalar, təkliflər və irəli sürüləcək birgə layihə təşəbbüsləri gələcəkdə D-8 ölkələrinin informasiya siyasətində mühüm rol oynayacaqdır.

D-8 Media Forumunun xalqlarımız arasında əməkdaşlıq, qarşılıqlı etimad və həmrəyliyin möhkəmlənməsinə, informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğumu bildirir, forumun işinə uğurlar diləyirəm".

Qəzada ölən əmioğlular həkimə gedirmişlər...  FOTO like
  • 21 Noy 10:22  
Digərləri Qəzada ölən əmioğlular həkimə gedirmişlər... FOTO

Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasın�

arrow Ətraflı
Bakıda D8 Media Forumu keçirilir  FOTO like
  • 21 Noy 10:17  
Digərləri Bakıda D8 Media Forumu keçirilir FOTO

Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sa

arrow Ətraflı
İranın paytaxtı Tehrandan köçür?  Pezeşkian açıqladı like
  • 21 Noy 09:31  
Dünya İranın paytaxtı Tehrandan köçür? Pezeşkian açıqladı

İran prezidenti Məsud Pezeşkiyan paytaxt Tehranın köçürülməsi ideyasın

arrow Ətraflı
Xəzər, Pirallahı və Qaradağda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi  FOTO like
  • 21 Noy 09:29  
Digərləri Xəzər, Pirallahı və Qaradağda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi FOTO

Bakı şəhərinin Xəzər, Pirallahı və Qaradağ rayonlarında qarlı havalar

arrow Ətraflı
Soyuducunun qapısına maqnit yapışdırmaq onu tez xarab edir? like
  • 21 Noy 09:26  
Digərləri Soyuducunun qapısına maqnit yapışdırmaq onu tez xarab edir?

Bir çox insan dekorativ məqsədlə soyuducunun üzərinə maqnitlər yapışd�

arrow Ətraflı
İki valyuta yenidən bahalaşdı  RƏSMİ like
  • 21 Noy 09:17  
Digərləri İki valyuta yenidən bahalaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Manafın "TikTok" VİDEOsu tənqid olundu like
  • 21 Noy 09:15  
Şou-biznes Manafın "TikTok" VİDEOsu tənqid olundu

Müğənni Manaf Ağayev son günlərin məşhur TikTok trendinə qoşularaq diq

arrow Ətraflı
Bakının bəzi ərazilərində qaz olmayacaq like
  • 21 Noy 09:06  
Digərləri Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
Əmircanda 6 saat işıq olmayacaq like
  • 21 Noy 09:01  
Digərləri Əmircanda 6 saat işıq olmayacaq

Əmircanda təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisini

arrow Ətraflı
Qızartma dadında  Gül kələminin ən dadlı hazırlanma üsulu like
  • 21 Noy 08:41  
Digərləri Qızartma dadında Gül kələminin ən dadlı hazırlanma üsulu

Qış aylarında çoxlarının tərəvəzlər arasında arxa plana atdığı gü

arrow Ətraflı
Burun əməliyyatından sonra ağıl itə bilər?  Psixiatr danışdı like
  • 21 Noy 08:08  
Digərləri Burun əməliyyatından sonra ağıl itə bilər? Psixiatr danışdı

Ötən günlərdə gənc qızın burun əməliyyatından sonra depressiyaya qap�

arrow Ətraflı
Bu makaron resepti ilə 100 yaşına qədər yaşayırlar like
  • 21 Noy 07:35  
Digərləri Bu makaron resepti ilə 100 yaşına qədər yaşayırlar

Dünyanın ən uzunömürlü cəmiyyətlərindən ilhamlanaraq hazırlanan xüsu

arrow Ətraflı
Yataq otağının qapısına dəfnə yarpağı asın – baş verənlərə inanmayacaqsınız like
  • 21 Noy 07:07  
Digərləri Yataq otağının qapısına dəfnə yarpağı asın – baş verənlərə inanmayacaqsınız

Evlərdə tez-tez istifadə olunan aromatik bitkilərdən biri olan dəfnə, əs

arrow Ətraflı
Mətbəx süngərlərinin niyə fərqli rəngdə olduğunu bilirsiniz? like
  • 21 Noy 06:06  
Digərləri Mətbəx süngərlərinin niyə fərqli rəngdə olduğunu bilirsiniz?

Süngərlərin rəngi onların hansı səthlər üçün istifadə edilməli oldu

arrow Ətraflı