Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib
Digərləri 19 Noy 2025 19:29:00 76 0
Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalını (SAF 2025) ziyarət ediblər.
Bu xəbəri də oxu: “Bakıda məşhur mağazadan üzük aldım, daşı saxta çıxdı ” FOTO
Son.az AZƏRTAC-a istinadən bildirir ki, elm və təhsil naziri Emin Əmrullayev qonaqlara festivalın məqsədləri, proqramı və müxtəlif istiqamətlər üzrə təqdim olunan layihələr haqqında ətraflı məlumat verib.
Ziyarət zamanı onlar stendlərə baxış keçirib, festival iştirakçıları ilə görüşərək gənc ixtiraçıların innovativ layihələri ilə tanış olublar.
Bundan əlavə, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirakçılarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, noyabrın 17-19-u tarixlərini əhatə edən Beynəlxalq STEAM Azərbaycan Festivalı robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik kimi sahələri əhatə edən kateqoriyaları ilə seçilir. Final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb, onların 202-si müxtəlif xarici ölkələri təmsil edir. Festivalda ümumilikdə 22 ölkə iştirak edir. Son.az
Sumqayıtda yaşayış evində yanğın baş verib.
Kant adına Baltik Federal Universitetinin alimləri tələbələr arasında yaz
Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qu
Müğənni Şəbnəm Tovuzlu canlı efirə xanım cangüdənlərlə qatılıb.
Tanınmış xanəndə və idmançı Pərviz Qasımov fərqli ifa tərzi ilə mar
Çərəzlər sağlam yağlar, liflər, vitaminlər və minerallar baxımından f
Xalq artisti Roza Cəlilova "Qurd qapısı" qəbiristanlığında dəf
Cənubi Qafqazda sülh və rifah üçün Prezident Trampın tarixi baxışını
"Şəhərin mərkəzində yerləşən və bahalı zinət əşyaları satıl
Müğənni Şəbnəm Qəhrəmanova televiziya efirində şəxsi görünüşü il
2026-cı il yaxınlaşdıqca bir çox bürc üçün münasibətlərdə sabitlik,
Tanınmış ukraynalı jurnalist Dmitri Qordon ona qarşı sui-qəsd hazırland�
Azərbaycanda yeni yaradılmış Xüsusi İcra Məmurlarının Müsabiqə və İ
Sumqayıtda yerləşən 37 nömrəli tam orta məktəblə bağlı bəzi qanunsuz
