89 yaşlı dietoloq bir gündə nə yediyini açıqladı: Yeganə əl çəkə bilmədiyi şey...
Digərləri 19 Noy 2025 05:05:00 76 0
89 yaşlı, hələ də aktiv işləyən və qida sənayesinə qarşı apardığı mübarizə ilə tanınan məşhur qidalanma professoru Marion Nestle uzun ömrünün sirrini paylaşıb.
Bu xəbəri də oxu: Bakıda "Milçək yağışı" VİDEO
Son.az xəbər verir ki, Nestle günə süd və şəkərsiz bir neçə fincan yüngül qəhvə ilə başlayır. O, "günün ən vacib yeməyi" fikrinə inanmır. Qəhvədən sonra adətən yulaf əzməsi və ya şəkərsiz tam buğda yarması yeyir, üzərinə az miqdarda qəhvəyi şəkər və mövsüm meyvələri əlavə edir.
Nestle'nin nahar yeməyi qaydasızdır; bəzən sadə salat, bəzən evdə olan yeməklər. Öz teras bağından dərdiyi təzə tərəvəz və meyvələri (kahıl, pomidor, çiyələk və s.) pendir, fıstıq və çörəklə yeməyi sevir.
Gündə iki dəfə salat yemək onun vərdişidir. Axşam yeməyi də nahar qədər sərbəstdir. Evdə olduğu zaman yumurta, kreker və pendir kimi sadə yeməklər hazırlayır. Həmçinin evinə yaxın məhəllə restoranlarına tez-tez gedir.
Nestle qida şirkətlərinə tənqidləri ilə tanınır. Onun əsas prinsipi: mümkün qədər çox işlənmiş qidalardan uzaq durmaq və ara-sıra, xüsusilə evdə hazırlanmış dondurma kimi şirniyyatlara ölçülü yer verməkdir. Hər halda, tərəvəz onun menyusunun əsas tərkib hissəsidir.
Lalə Qüdrətova Son.az
Psixologiya sahəsində aparılan araşdırmalar göstərir ki, qırmızı, qara
Son dövrlər qiymət artımı və qablaşdırma standartlarının dəyişməsi
Meyxanaçı Vüqar Əbdülov həmkarları ilə bağlı qalmaqallı açıqlama ve
15 yaşlı yeniyetmə bıçaqlanaraq qətlə yetirilib.
Əfsanəvi türk aktyor Cüneyt Arkının oğlu Murat Arkın "Survivor"
Avropanın xəritəsində baxanda bir göz qırpımında gözdən itən, amma zi
Yaponiyanın Fukuoka prefekturasının Yame şəhərində dağlıq ərazidə ba�
Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıç�
Soyuq havaların təsirini artırdığı son günlərdə bir çox evdə eyni pro
Aparıcı Zaur Baxşəliyev anası Dilavər Baxşəliyeva ilə bağlı paylaşı
Noyabrın 18-də "LIBRAFF" kitab mağazaları şəbəkəsinin "Pa
Məlum olduğu kimi, bu gün bir neçə saatlıq yerli saytların işində probl
Son.az 19 Noyabr üçün günün ulduz falını təqdim edir:
Yeşilçam filmlərinin tanınmış aktyorlarından Necati Bilgiçə şizofreniy
