Tualet kağızı istifadəsində ciddi xəbərdarlıq: “Qiymətə aldanmayın!”
Digərləri 19 Noy 2025 03:03:00 87 0
Son dövrlər qiymət artımı və qablaşdırma standartlarının dəyişməsi tualet kağızı seçimini çətinləşdirib. Mütəxəssislər istehlakçıları həm gigiyena, həm də büdcəyə təsir edən bir sıra kritik məqamlara diqqət yetirməyə çağırırlar.
Bu xəbəri də oxu: Bakıda aylığı 207 manata satılan mənzillərın görüntüləri Almağa dəyərmi? ARAŞDIRMA FOTO VİDEO
Son.az xəbər verir ki, iki və ya üçqatlı satılan bəzi tualet kağızları əslində kövrək olur və tez sıradan çıxır. Bu isə həm gigiyena problemlərinə, həm də məhsulun daha sürətli tükənməsinə gətirib çıxarır. Uzmanlara görə, nazik və aşağı sıxlıqlı kağız həssas dəridə qıcıqlanma yarada bilər.
Cəlbedici görünən ətirli və boyalı tualet kağızları sağlamlıq üçün risklidir. Dermatoloqlar xüsusilə həssas dərisi olan insanlara bu məhsullardan uzaq durmağı tövsiyə edirlər. Ətirli kağızlar qıcıqlanma və allergik reaksiyalara səbəb ola bilər.
Bir çox marka məhsulun qiymətini sabit saxlayaraq rulonun çəkisini və vərəq sayını azaldır. Mütəxəssislər bildirir:
"Daha ucuz görünən məhsulun vərəqləri az ola bilər. Mütləq çəkini və sayını yoxlayın."
Bazarın genişlənməsi saxta tualet kağızlarının artmasına səbəb olub. Qeyri-gigiyenik şəraitdə hazırlanan bu məhsullar, xüsusən onlayn satışlarda tez-tez rast gəlinir. Uzmanlar yalnız etibarlı supermarket və pərakəndə satıcılardan alış-veriş etməyi tövsiyə edir.
Tualet kağızını tualetdə açıq şəkildə saxlamaq rütubət səbəbindən kif və bakteriya yaranmasına yol aça bilər. Mütəxəssislər onu qapalı şkafda və quru yerdə saxlamağı məsləhət görürlər.
Tualet kağızı alarkən sadəcə qiymətə deyil, keyfiyyət və təhlükəsizlik göstəricilərinə də diqqət edin.
Meyxanaçı Vüqar Əbdülov həmkarları ilə bağlı qalmaqallı açıqlama ve
15 yaşlı yeniyetmə bıçaqlanaraq qətlə yetirilib.
Əfsanəvi türk aktyor Cüneyt Arkının oğlu Murat Arkın "Survivor"
Avropanın xəritəsində baxanda bir göz qırpımında gözdən itən, amma zi
Yaponiyanın Fukuoka prefekturasının Yame şəhərində dağlıq ərazidə ba�
Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıç�
Soyuq havaların təsirini artırdığı son günlərdə bir çox evdə eyni pro
Aparıcı Zaur Baxşəliyev anası Dilavər Baxşəliyeva ilə bağlı paylaşı
Noyabrın 18-də "LIBRAFF" kitab mağazaları şəbəkəsinin "Pa
Məlum olduğu kimi, bu gün bir neçə saatlıq yerli saytların işində probl
Son.az 19 Noyabr üçün günün ulduz falını təqdim edir:
Yeşilçam filmlərinin tanınmış aktyorlarından Necati Bilgiçə şizofreniy
Şəhər yollarında avtobus zolağına qaydalardan kənar daxil olan nəqliyyat
"WhatsApp" iOS istifadəçiləri üçün təqdim etdiyi beta versiyada
