Məşhur psixoloq: “Narsisti tanımaq üçün ona bu sualı verin – dərhal özünü ələ verəcək”
Digərləri 17 Noy 2025 07:07:00 67 0
Ədliyyə psixoloqu və televiziya aparıcısı Dr. Culia Şou bir insanın narsist olub-olmadığını anlamaq üçün yalnız bir sualın kifayət etdiyini bildirib. Mütəxəssis bu sadə, lakin təəccüblü dərəcədə təsirli üsulu açıqlayıb.
Bu xəbəri də oxu: Qonaq getdiyi evdə elektrik cərəyanının qurbanı oldu
Son.az xəbər verir ki, "Narsist" ifadəsi çoxlarına tanışdır. Mayo Klinikasının izahına görə, narsistik şəxsiyyət pozuntusu "insanın öz önəmini həddindən artıq yüksək qiymətləndirdiyi" psixoloji vəziyyətdir.
Narsistik insanlar daim diqqət və heyranlıq gözləyir, başqalarının duyğularını anlamaqda çətinlik çəkə bilirlər. Lakin bu güvənli görünüşün arxasında əslində öz dəyərlərindən əmin olmayan və kiçik tənqidlərdən belə narahat olan bir şəxs dayanır.
Dr. Culia Şou bildirib ki, narsisti müəyyən etmək üçün uzun testlərə ehtiyac yoxdur.
"Sən narsistsən?"
Bu sadə sual niyə işləyir?
Psixoloqun sözlərinə görə, bunun səbəbi çox sadədir:
"Narsist adətən bu suala belə cavab verəcək: 'Bəli, mən narsistəm, amma onsuz da əksər insanlardan üstünəm. Bu, özüm barədə realist dəyərləndirmədir.' Çünki narsisizm elə budur - həddindən artıq özünə güvən və özünü olduğundan daha yaxşı hesab etmək."
Araşdırmalar göstərir ki, narsistik insanlar bu termini təhqir kimi qəbul etmir və özlərini belə görməkdən narahat olmurlar. Hətta bəzən bununla fəxr edirlər.
2014-cü ildə Ohayo Dövlət Universitetində aparılan tədqiqat da bu bir suallıq testin insanın narsistik xüsusiyyətlərini müəyyən etmək üçün kifayət etdiyini göstərib.
Tədqiqatın müəlliflərindən Bred Buşman o zaman belə demişdi:
"Narsist insanlar bu xüsusiyyətə sahib olduqlarını gizlətmirlər. Soruşanda rahatlıqla etiraf edirlər, çünki bunu mənfi bir şey kimi görmürlər. Özlərini başqalarından üstün hesab etdiklərinə görə bunu açıq şəkildə deməkdən çəkinmirlər." Lalə Qüdrətova Son.az
Amerikalı psixoloq Mark Trevers cütlüklərin bal ayı dövründə ən çox yo
Ekspertlər bildirirlər ki, 50 yaşdan yuxarı şəxslər üçün D vitamini q�
Bəzi ölkələrdə soyuq müvəqqəti deyil, daimidir. Orta illik temperatur do
ABŞ-nin "iSeeCars" agentliyinin ekspertləri aldıqdan sonra bir il �
Şübhəsiz ki, zəngin və məşhur olduğunuz zaman çoxlu potensial tərəfda
Şirniyyat bir çox insanın imtina edə bilmədiyi ləzzətdir. Lakin çox iste
"Çalışıram qızlarımla rəfiqə olum. Amma rəfiqə olmaq o demək dey
Süfrələrə həm rəng, həm də xüsusi ətir gətirən sarıköklü, duzlu k
Maşında yaranan xoşagəlməz qoxular xüsusilə uzun yol gedən və avtomobil
Qonaq getdiyi yerdə avadanlıq təmir edərkən elektrik vurub.
Son.az 15 noyabr üçün günün ulduz falını təqdim edir:
61 yaşlı Bred Pitt Los-Ancelesdə sevgilisi İnes de Ramonla birlikdə tədbir
Dünyada ilk dəfə olaraq İsrailin Petax-Tikva şəhərində yerləşən Rabin
