Ətə duz nə vaxt vurulmalıdır?
Digərləri 16 Noy 2025 08:41:00 71 0
Ət bişirərkən duzun istifadəsi həm dad, həm də ət toxuması üçün çox önəmlidir. Duzun hansı vaxtda əlavə olunması ətin şirəli qalmasını, aromasını və bişmə keyfiyyətini müəyyən edir. Yanlış vaxtda duzlama, ətin qurumasına və bərk olmasına səbəb ola bilər. Şeflər isə ətin növünə, qalınlığına və bişirmə üsuluna görə müxtəlif duzlama texnikalarından istifadə edirlər.
Bu xəbəri də oxu: İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı
Son.az xəbər verir ki, ətin üzərinə duz bişirmədən 5-10 dəqiqə əvvəl səpildikdə, xüsusilə nazik bifştek və bonfile kimi parçalar üçün idealdır. Duz ətin səthində həll olur və qısa zamanda aromanı udur, xarici səthi dadlandırır, amma ətin iç toxumasına çox təsir etmir.
Ətin 1-24 saat əvvəl duzlanması, quru duzlama adlanır. Duz ətin içinə tədricən nüfuz edir, proteinləri yumşaldır və təbii marinad effekti yaradır. Bu üsul qalın bifştek və rostolar üçün uyğundur və ətin daha şirəli, aromatik və yumşaq olmasını təmin edir. Bişirmədən əvvəl ət streç film ilə örtülərək soyuducuda dinləndirilir.
Qısa müddətli bişirmə (tava və ya manqal) zamanı duzlama mümkündür. Bu üsul nazik ətlər üçün idealdır, amma uzun müddət bişirilən ətlərdə xarici səthin bərk olmasına səbəb ola bilər.
Bəzi şeflər bişirdikdən sonra duz vurmağa üstünlük verirlər. Bu üsul ətin xarici səthini xırtıldayan edir, içi isə şirəli qalır. İnce fileto və balıq kimi ətlər üçün xüsusilə uyğundur.
Qış aylarının sevilən meyvəsi olan nar həm təravətli dadı, həm də y�
Havaların soyuması ilə evlərdə kombilər işə düşməyə başlayıb. Laki
Gündə 4 stəkandan çox qəhvə içmək mənfi təsirlərə səbəb olur.
Anemiyaya səbəb ola biləcək xəstəlik məlum olub.
ABŞ-nın Çikaqo Universitetinin alimləri günəş işığının sağlam dəri
Madonna yubiley albomunun təqdimatı öncəsi yeni fotosessiyası ilə sosial m
Saçların tez-tez yağlanması həm qadınların, həm də kişilərin ən çox
Aktrisa Sevinc Əliyeva paylaşımı ilə diqqət çəkib.
Havanın soyuması ilə birlikdə bir çox evdə istilik sistemi yenidən diqqə
İspan müğənni və aktrisa Enkarnita Polo 86 yaşında vəfat edib. Onun öl�
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Türkiyənin Muğla şəhərində şəhid Emrah Kuranın dəfn mərasimində gü
Daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası davam edir.
Gələn il işsizliyə görə sığorta ödənişi artırılacaq.
Birləşmiş Millətlər Təşkilatı Suriya lideri Əhməd əş-Şaraanın adı
