Türkiyədə şəhidin dəfnində gülən şəxslərin kimliyi bilindi
Digərləri 16 Noy 2025 00:25:00 74 0
Türkiyənin Muğla şəhərində şəhid Emrah Kuranın dəfn mərasimində gülən şəxslərin AK Parti Muğla Böyükşəhər Bələdiyyə Sədri namizədi Aydın Ayaydın və CHP Milas Bələdiyyə Sədri Fevzi Topuz olduğu məlum olub.
Bu xəbəri də oxu: Köhnə təsərrüfatlar dirçələcək?
Son.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq kəskin tənqidlərə səbəb olub. Hadisədən sonra açıqlama verən Aydın Ayaydın bildirib ki, onun gülüşü yanındakı şəxslərin etdiyi zarafata reaksiyadır və şəhidə hörmətsizlik etmək məqsədi daşımayıb.
Ayaydın qeyd edib ki, ürək əməliyyatından sonra həkimlərin xəbərdarlığına baxmayaraq mərasimə qatılıb. "Namazın başlamasını gözləyərkən yanımdakı rəsmi şəxslərdən biri 'Ürəyinizi yeniləmisiniz, sahədə sizinlə başa çıxmaq daha da çətin olacaq' deyə zarafat etdi. Mən də refleks olaraq bir neçə saniyəlik gülümsədim. Beş saatlıq mərasimin yalnız bu qısa anını alıb şəhidimizə hörmətsizlik etmiş kimi göstərənləri vicdanları ilə baş-başa buraxıram," - deyə o, bildirib.
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub. Lalə Qüdrətova Son.az
Daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası davam edir.
Gələn il işsizliyə görə sığorta ödənişi artırılacaq.
Birləşmiş Millətlər Təşkilatı Suriya lideri Əhməd əş-Şaraanın adı
Son.az 15 noyabr üçün günün ulduz falını təqdim edir:
Dabaq xəstəliyinin yaratdığı ajiotaj nəticəsində heyvan ətinin qiyməti
Pakistanda fişəng istehsalı ilə məşğul olan müəssisədə baş verən pa
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində dünya şöhrə
15 noyabr 2025-ci il, saat 21:29-da Egey Dənizində, Çanakkalə sahillərinin
Türkiyənin Beşiktaş ərazisində metro tikintisi zamanı çökmə baş veri
Müğənni Rüfət Axundov bu gün vəfat edən dayısı Xalq artisti Yaşar Nu
İmişlidə yerləşən çınqıl karxanasında bədbəxt hadisə baş verib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 15-də Daşkənddə Mərkə
"Niyə ikinci dəfə ailə qurmamağımla bağlı mənə çox sual verirlə
Ədliyyə Nazirliyinin Akademiyasında prorektor vəzifəsində işləmiş hüqu
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
