Azərbaycanın hücuma məruz qalan səfirliyindən FOTOLAR
Dünya 15 Noy 2025 00:22:00 71 0
Azərbaycanın Ukraynadakı səfirliyinin raket hücumuna məruz qalması ilə bağlı yeni detallar ortaya çıxıb.
Bu xəbəri də oxu: ABŞdə tarixdə ilk dəfə ətə qarşı allergiyadan insan öldü
Son.az-ın məlumatına görə, hadisə nəticəsində ölən və yaralanan olmasa da, partlayışın gücü səfirliyin yerləşdiyi ərazidə ciddi dağıntıya səbəb olub.
Raket səfirliyin hasarına dəyib, 5-dən çox avtomobil zədələnib, o cümlədən bir BMW markalı maşın ciddi zərər görüb.
Hadisədən dərhal sonra səfirliyin əməkdaşları gecə saatlarına qədər çalışaraq binanın sınmış pəncərələrini dəyişdirib və ərazidə təmizlik işləri aparıblar.
Ukraynanın hüquq-mühafizə orqanları - polis və Təhlükəsizlik Xidməti hadisə yerinə cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb və raket qəlpələri toplanaraq ərazi nəzarətə götürülüb.
Qeyd edək ki, bu, 2022-ci ildən bəri Azərbaycanın Kiyevdəki səfirliyinə qarşı həyata keçirilən ikinci hücumdur.
Hadisə yerində çəkiliş aparan AnewZ TV-nin əməkdaşları səfirliyin yaxınlığında yaşayan gənc cütlük - Lasik və Olena ilə danışıb. Onlar bildiriblər ki, raketin yaratdığı partlayışın gücü mənzilin bütün pəncərələrini çilik-çilik edib və evə ciddi ziyan dəyib. Cütlük yeni doğulmuş
körpələrinin təhlükəsizliyindən narahat olduqları üçün yaşayış yerlərini dəyişməyi düşündüklərini qeyd ediblər. (APA) Son.az
Türkiyəli aparıcı və yazar Ece Vahapoğlu iki aydır bağırsaq xərçəng
Bir çox gözəllik salonlarında lazer epilyasiyası xidməti lisenziyasız hə
İstanbulun sabiq meri və hazırda həbsdə olan Ekrem İmamoğlu haqqında Ceb
Sumqayıtda uşaq bağçasında bədbəxt hadisə baş verib.
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vətəndaşların
BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın paytaxtı Kiyev şəhərində
Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimo
Müğənni Ülviyyə Namazova etirafı ilə hər kəsi təəccübləndirib.
Rusiyanın Perm vilayətində, Çerepaxi kəndi yaxınlığında avtomagistralda
Babək rayon Cəhri Qəsəbəsi 1 nömrəli tam orta məktəbin IX sinif şagird
Quba rayonunun Küsnətqazma kəndi yaxınlığında Xınalıq yolunun kənarın
Paytaxtın Nəsimi rayonu Moskva prospektini 76 deyilən ərazidə ilin hər fə
AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC ilə &
