BMTnin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
Siyasət 14 Noy 2025 22:44:00 78 0
BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan səfirliyinin binasının raket zərbəsinə məruz qalmasını pisləyib və diplomatik binaların toxunulmazlığı prinsipini xatırladıb.
Son.az report-a istinadən xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Düjarrik adından bəyənat yayılıb.
Bəyanatda deyilir: "Baş katib bu gün Rusiya Federasiyasının Ukraynanın bir sıra bölgələrinə endirdiyi irimiqyaslı raket və dron zərbələrini kəskin şəkildə pisləyir. Məlumatlara görə, paytaxt Kiyevdə ən azı altı nəfər və Çornomorsk şəhərində iki nəfər həlak olub.
Hücum nəticəsində mülki şəxslər arasında çoxlu sayda xəsarətlər, yaşayış və enerji infrastrukturuna, habelə Azərbaycan Respublikasının Kiyevdəki səfirliyinə ziyan dəydiyi bildirilir. Mülki əhaliyə və infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququ pozur.
Harada baş verməsindən asılı olmayaraq, onlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Baş katib diplomatik binaların toxunulmazlığı prinsipini xatırladır. Baş katib Ukraynada ədalətli, hərtərəfli və davamlı sülhə doğru ilk addım kimi tam, dərhal və qeyd-şərtsiz atəşkəs çağırışını təkrarlayır, BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və təşkilatın müvafiq qətnamələrinə uyğun olaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam şəkildə müdafiə edir". Son.az
Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimo
Müğənni Ülviyyə Namazova etirafı ilə hər kəsi təəccübləndirib.
Rusiyanın Perm vilayətində, Çerepaxi kəndi yaxınlığında avtomagistralda
Babək rayon Cəhri Qəsəbəsi 1 nömrəli tam orta məktəbin IX sinif şagird
Quba rayonunun Küsnətqazma kəndi yaxınlığında Xınalıq yolunun kənarın
Paytaxtın Nəsimi rayonu Moskva prospektini 76 deyilən ərazidə ilin hər fə
AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC ilə &
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı
Kamran Yunis sənət aləmindəki ciddi problemi gündəmə gətirib.
"ARB" telekanalı öz fəaliyyətini davam etdirəcək".
Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 n�
