“Kamera musiqisi axşamı” adlı möhtəşəm konsert keçirilib – FOTO
Kriminal 13 Noy 2025 18:10:00 74 0
Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Kamera musiqisi axşamı" adlı möhtəşəm konsert keçirilib. Zərif musiqi atmosferində baş tutan bu axşamda Azərbaycan Dövlət Simli Kvarteti dinləyicilərə yüksək səviyyəli ifa mədəniyyəti və dərin bədii zövq bəxş edib. Konsert proqramında klassik musiqi irsinin iki möhtəşəm nümunəsi - L.v.Beethoven'in 4 saylı simli kvarteti (c-moll, op.18) və C.Franck'ın D-dur simli kvarteti səslənib. Dərin emosional təsir gücünə malik bu əsərlərin peşəkar ifası dinləyiciləri klassik musiqinin ahənginə qərq edərək zalda unudulmaz bir harmoniya yaradıb. Kamera musiqisi axşamı musiqisevərlərin uzun müddət susmayan alqışlarıyla başa çatıb. Azərbaycan Dövlət Simli Kvartetinin bu parlaq çıxışını kollektivin uğurlu yaradıcılıq yolunun davamı hesab etmək olar. Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir. Simli kvartetin tərkibi Nəzrin Aslanlı (I violin), Xəyalə Abdullayeva (II violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi dəyərli ifaçılardan ibarətdir. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Bu xəbəri də oxu: Filarmoniyada Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub FOTO
"Toyuq ciyərinin bəzən sərt və qurumuş halda alınmasının əsas sə
Bir müddətdir Naxçıvan Dövlət Universitetinin həyətinə avtomobillə gir
Müğənni Fədayə Laçın görünüşündə etdiyi radikal dəyişikliklə sos
Növbəti regional görüş Gəncə şəhərində yerləşən Heydər Əliyev M�
Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə
Bəzi bürclər üçün pul sadəcə bir vasitə deyil, təhlükəsizlik və rah
Beynəlxalq Muğam Mərkəzində növbəti "Muğamat axşamı" konsert
Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Valideynlərinin ona bənzəmədiyini iddia edən gənc Xoşqədəm Baxşəliyev
Qaxın yeni icra başçısı kollektivə təqdim olunub.
Meyxanaçı və müğənni Namiq Qaracuxurlu uzun fasilədən sonra məclislərd
Türkiyəli məşhur müğənni Işın Karaca səhnədə yıxılaraq ayağından
Dünyaca məşhur "Balenciaga" brendinin yeni məhsulu sosial şəbək
Müğənni Vəfa Şərifova bacısına 30 min manat dəyərində cip avtomobil h
İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var.
