Naxçıvanda tələbələrin narazılığı ilə bağlı AÇIQLAMA


Digərləri 13 Noy 2025 17:51:00 62 0

Naxçıvanda tələbələrin narazılığı ilə bağlı  AÇIQLAMA

Bir müddətdir Naxçıvan Dövlət Universitetinin həyətinə avtomobillə girişə qadağa qoyulması tələbələr arasında narazılığa səbəb olub. 

Son.az xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan" səhifəsi məlumat yayıb. İddia olunur ki, artıq bir neçə gündür ərazidə yalnız müəllimlərin və xüsusi statusa malik bəzi tələbələrin keçidinə icazə verilir.

Tələbə Cavad Rəcəbovun sözlərinə görə, avtomobilləri yol kənarında saxladıqları üçün cərimələnirlər: "Şlaqbaumlar qoyulandan universitet ərazisinə daxil ola bilmirik, heç parklama yerindən kənarda olan boş ərazilərə də qoymurlar. Yalnız müəllimlər, türkiyəli tələbələr və bəzi tapşırılmış azərbaycanlı tələbələr buraxılır. Buna görə özümüzü ayrı-seçkiliyə məruz qalmış hesab edirik. Bizim maşınımız dayansa, mühafizə dərhal gəlib çıxarmağımızı tələb edir, kobud davranır. Biz də məcbur qalıb kənar ərazilərdə avtomobili saxlamaq üçün yer axtarırıq. Nəticədə vaxt itkisi olur, dərsə yubanırıq. Çox zaman qayıdıb görürük ki, ya cərimə yazılıb, ya da avtomobillərimiz əzilib. Amma müəyyən tələbələrə göz yumulur".

Digər tələbələr də onlara bərabərlik prinsipləri çərçivəsində şərait yaradılmasını tələb ediblər.

Qafqazinfo.az problemlə bağlı Naxçıvan Dövlət Universitetinə müraciət edib. Ali məktəbin Media və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sözügedən qadağa bütün şəxslərə şamil olunur: "Nəqliyyat vasitələrinin universitet ərazisinə girişinə tətbiq edilən məhdudiyyət tələbələrin və əməkdaşların təhlükəsizliyinin təmin olunması, həmçinin universitet şəhərciyində nəqliyyat axınının tənzimlənməsi məqsədilə həyata keçirilir. Bu qərar yeni deyil və uzun müddətdir qüvvədə olan daxili təhlükəsizlik qaydalarının tərkib hissəsidir. Qadağa yalnız tələbələrə deyil, bütün şəxslərə, o cümlədən, müəllim və inzibati heyətə də şamil olunur. Universitet həyətində parklanma yalnız xüsusi ayrılmış parklanma yerlərində mümkündür. Bu qaydalar həm də piyada hərəkətinin rahatlığı məqsədini daşıyır.

Yayılan iddialarda qeyd olunduğu kimi heç bir ayrı-seçkilik və istisna hallar mövcud deyil. Türkiyəli və ya digər ölkələrdən olan tələbələr də daxil olmaqla bütün tələbələrə eyni qaydalar tətbiq olunur. Universitet rəhbərliyi tərəfindən heç kimə xüsusi imtiyaz tanınmır.

Naxçıvan Dövlət Universiteti ictimaiyyəti əmin edir ki, qəbul edilən bütün qərarlar təhlükəsizlik, intizam və idarəetmə qaydalarına əsaslanır və universitet ailəsinin hər bir üzvünün maraqlarını qorumağa yönəlib".

Fədayə Laçın tanınmaz dərəcədə DƏYİŞDİ like
  • 13 Noy 17:45  
Şou-biznes Fədayə Laçın tanınmaz dərəcədə DƏYİŞDİ

Müğənni Fədayə Laçın görünüşündə etdiyi radikal dəyişikliklə sos

arrow Ətraflı
ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Gəncədə keçirilib like
  • 13 Noy 17:40  
Digərləri ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Gəncədə keçirilib

Növbəti regional görüş Gəncə şəhərində yerləşən Heydər Əliyev M�

arrow Ətraflı
Bakının Xətai rayonuna qazın verilməsi DAYANDIRILACAQ like
  • 13 Noy 17:38  
Digərləri Bakının Xətai rayonuna qazın verilməsi DAYANDIRILACAQ

Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə

arrow Ətraflı
Bir saniyə belə pulsuz yaşaya bilməyən 4 BÜRC like
  • 13 Noy 17:30  
Digərləri Bir saniyə belə pulsuz yaşaya bilməyən 4 BÜRC

Bəzi bürclər üçün pul sadəcə bir vasitə deyil, təhlükəsizlik və rah

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzində növbəti “Muğamat axşamı” konserti baş tutub  FOTO like
  • 13 Noy 17:25  
Kriminal Beynəlxalq Muğam Mərkəzində növbəti “Muğamat axşamı” konserti baş tutub FOTO

Beynəlxalq Muğam Mərkəzində növbəti "Muğamat axşamı" konsert

arrow Ətraflı
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  XƏBƏRDARLIQ like
  • 13 Noy 17:21  
Digərləri Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq XƏBƏRDARLIQ

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

arrow Ətraflı
"Valideynlərim mənə oxşamır, DNK testi istəyirəm" like
  • 13 Noy 17:10  
Digərləri "Valideynlərim mənə oxşamır, DNK testi istəyirəm"

Valideynlərinin ona bənzəmədiyini iddia edən gənc Xoşqədəm Baxşəliyev

arrow Ətraflı
Qaxın yeni icra başçısı kollektivə təqdim olunub  FOTO like
  • 13 Noy 17:05  
Digərləri Qaxın yeni icra başçısı kollektivə təqdim olunub FOTO

Qaxın yeni icra başçısı kollektivə təqdim olunub.

arrow Ətraflı
Namiq Qarçuxurlu illər sonra bunu etdi like
  • 13 Noy 17:00  
Şou-biznes Namiq Qarçuxurlu illər sonra bunu etdi

Meyxanaçı və müğənni Namiq Qaracuxurlu uzun fasilədən sonra məclislərd

arrow Ətraflı
Türkiyəli müğənni səhnədə yaralandı  FOTO like
  • 13 Noy 16:50  
Şou-biznes Türkiyəli müğənni səhnədə yaralandı FOTO

Türkiyəli məşhur müğənni Işın Karaca səhnədə yıxılaraq ayağından

arrow Ətraflı
Bu cırıq gödəkçənin 40 min qiyməti var like
  • 13 Noy 16:20  
Digərləri Bu cırıq gödəkçənin 40 min qiyməti var

Dünyaca məşhur "Balenciaga" brendinin yeni məhsulu sosial şəbək

arrow Ətraflı
Vəfadan bacısına 30 minlik hədiyyə – like
  • 13 Noy 16:10  
Şou-biznes Vəfadan bacısına 30 minlik hədiyyə –

Müğənni Vəfa Şərifova bacısına 30 min manat dəyərində cip avtomobil h

arrow Ətraflı
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək" like
  • 13 Noy 16:01  
Siyasət "Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"

Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda

arrow Ətraflı
Vətəndaşların istiliyə görə 4,5 milyon manata yaxın borcu var like
  • 13 Noy 16:00  
Digərləri Vətəndaşların istiliyə görə 4,5 milyon manata yaxın borcu var

İstilik enerjisinə görə heç ödəniş etməyən vətəndaşların yığıla

arrow Ətraflı