Flora: "Ölümü hiss edirəm"
Şou-biznes 11 Noy 2025 19:39:00 72 0
Son.az xəbər verir ki, görüntüləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova paylaşıb. O, F.Kərimovanın evində qonaq olduğunu bildirib:
Bu xəbəri də oxu: "Müğənnilərə çörəyi biz vermişik"
"Xalq artisti, Şərəf ordenli, əvəzsiz səsin, incəliyin və ruhun təcəssümü olan Flora Kərimovanın qonağı oldum. Amerikaya qəfil dönmək qərarını aldığım üçün düşündüm ki, vaxt itirmədən Flora xanımı da görüm. Çünki belə insanlar hər görüşü ilə yaddaşda bir iz buraxır. Bakı gecəsi saat 12 idi. Biz onun bağ evinə çatdıq. Mənə onu çatdıran, Flora xanımın könülüləri idi. Badamburalı çay içdik, şirin söhbət elədik. Onun zarafatları, dərin, kamil fikirləri o qədər səmimi idi ki, hər kəlməsi həyat dərsi kimi idi.
"Ölümün nəfəsini hiss edirəm" - deyəndə, otaqda bir səssizlik oldu. Həm mənim, həm də onun köməkçilərinin gözləri doldu. Ömrünün 50 ilini Flora xanımla keçirmiş Yaqut xanım, dodaqlarını dişləyərək arxada dayanmışdı. Onu ana qədər sevən, bacı qədər qoruyan Yaqut xanım. Amma yenə də hər zarafatında "Hər şey yaxşı olacaq, siz hələ çox yaşayacaqsınız" deyirdi. Kaş ki, zaman dayanardı. Flora xanımla sərhədsiz danışa, onu dinləyə, onun içindəki dənizdən bir az da pay götürə biləydim. Gedərkən məni qapıya qədər ötürdü. Qapının qarşısındakı aynada çəkdiyimiz kiçik video mənim üçün bir ömürlük xatirəyə çevrildi. O gecə mən bir daha anladım ki, bəzi insanlar səsindən çox ruhu ilə yaşayır. Flora Kərimova o ruhun adıdır".
Asya Son.az
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
C-130 hərbi yük təyyarələri asanlıqla qəzaya uğramaz. Doğrudur, bunlar
"Atamın müalicəsi davam edir, beyninin oyanmasına çalışırlar. Həki
Bakı-Qazax avtomobil yolunun müəyyən hissəsində aparılan təmir işləri
Ağdaşda vəzifəli şəxsləri şantaj edən iki nəfər həbs edilib. Zərər
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin kursant
Xalq artisti Eyyub Yaqubovun ailəsindən daha bir istedadlı ifaçı musiqi sə
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiy
Türkiyə qəzaya uğramış hərbi yük təyyarəsinin qalıqlarının tapılma
Müğənni Canan efirdə səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Ötən gün Qubada toy karvanında VAZ-2107 markalı avtomobilin ağaca çırp
Birləşmiş Ərəb Əmirliklərində rusiyalı kriptobloqer Roman Novak və onu
İnfluenser cütlük Fatimə Əhmədova və Ülvi Nadirov (UlviFatime) evini
Prezident İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcü
