Canlı yayımda arvadından
Şou-biznes 11 Noy 2025 18:34:00 54 0
Keçmiş həyat yoldaşları ilə bağlı açıqlamaları ilə gündəmə gələn məşhur şoumen Mehmet Ali Erbil bu dəfə də şəxsi həyatı ilə diqqət mərkəzinə düşüb. Son.az xəbər verir ki, üç ay əvvəl evləndiyi həyat yoldaşı Gülseren Erbil ilə aralarında gərginlik yaşandığı və Gülserenin evdən ayrıldığı iddialarının ardından Mehmet Ali Erbil canlı yayımda üzr istəyib.
Bu xəbəri də oxu: "Müğənnilərə çörəyi biz vermişik"
Ər-arvad arasında yaranan soyuqluğa səbəb Mehmet Ali Erbilin bir proqramda keçmiş həyat yoldaşları haqqında dediyi sözlər olub. O, həmin verilişdə "Bütün arvadlarıma xəyanət etdim. Hamısından üzr istəyirəm. Amma aralarından birinə çox haqsızlıq etdim. O, saf və məsum bir insan idi. Kaş ki, onu tərk etməsəydim" deyib. Bu sözlərin 2001-ci ildə evləndiyi Sedef Altuntaş üçün söyləndiyi iddia edilib.
Açıqlamadan sonra həyat yoldaşı Gülseren Erbilin incidiği və evi tərk etdiyi bildirilmişdi.
Mövzu ilə bağlı Mehmet Ali Erbil canlı yayımda belə deyib: "Gülseren Erbili çox sevirəm. Hələ də ona aşiqəm. Bu yaşımda mənə bu sevgini yaşatdığı üçün şükür edirəm. Onu çox incitmişəmsə, üzr istəyirəm. Ona olan sevgim gerçəkdir".
Canlı yayımda səslənən bu sözlərdən sonra Gülseren Erbil də sosial mediada paylaşım edərək münasibət bildirib: "Bəzi sözləri məni kədərləndirdi, amma bu, uğursuz bir açıqlama idi. O, keçmişindən danışdı. Mən əminəm ki, ərim məni sevir. Əgər sevməsəydi, mənimlə evlənməzdi". /Musavat.com
Bakı-Qazax avtomobil yolunun müəyyən hissəsində aparılan təmir işləri
Ağdaşda vəzifəli şəxsləri şantaj edən iki nəfər həbs edilib. Zərər
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin kursant
Xalq artisti Eyyub Yaqubovun ailəsindən daha bir istedadlı ifaçı musiqi sə
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiy
Türkiyə qəzaya uğramış hərbi yük təyyarəsinin qalıqlarının tapılma
Müğənni Canan efirdə səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Ötən gün Qubada toy karvanında VAZ-2107 markalı avtomobilin ağaca çırp
Birləşmiş Ərəb Əmirliklərində rusiyalı kriptobloqer Roman Novak və onu
İnfluenser cütlük Fatimə Əhmədova və Ülvi Nadirov (UlviFatime) evini
Prezident İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcü
Azərbaycandan ölkəmizə yola düşən "C130" hərbi yük təyyarəm
Türkiyənin Əskişəhər vilayətinin Çifteler rayonunda baş verən dəhşə
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçı
Amerikalı komediyaçı və aktrisa Keti Qriffin 65 illik yubileyi münasibətil
