"Teatrın tarixi simaları" layihəsi çərçivəsində Hüseynqulu Sarabskinin xatirəsinə həsr olunmuş gecə keçirilib FOTO
Kriminal 11 Noy 2025 16:19:00 74 0
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Teatrın tarixi simaları" layihəsi çərçivəsində görkəmli opera müğənnisi, unudulmaz aktyor, Xalq artisti Hüseynqulu Sarabskinin xatirəsinə həsr olunmuş gecə keçirilib.
Tədbir sənətkarın çoxşaxəli yaradıcılığını, milli musiqi mədəniyyətimizin inkişafında oynadığı misilsiz rolunu əks etdirən videoçarxla başlayıb. Daha sonra Hüseyqulu Sarabskinin səhnə fəaliyyəti, Azərbaycan operasının formalaşmasındakı əvəzsiz xidmətləri və sənətə bəxş etdiyi dəyərlərdən söhbət açılıb.
Gecədə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından görüş səhnəsi Əməkdar artistlər Arzu Əliyeva və Xəyal Hüseynov tərəfindən təqdim olunub. Ardınca "Segah" təsnifini Əməkdar artist Gülüstan Əliyeva, "Dəşti" təsnifini Əməkdar artist İlkin Əhmədov, "Çahargah" təsnifini isə Məhəbbət Səfərov ifa edib.
Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasından səhnə Mütəllim Dəmirov və Aytən Məhərrəmovanın ifasında, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından bir səhnə isə gənc ifaçı Aydan Quliyeva və Əməkdar artist Tural Ağasıyev tərəfindən böyük ustalıqla səhnələşdirilib.
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaş
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilər
Bloger cütlük Ülvi Nadiroğlu və Fatimə Əhmədovaya Ülvinin birinci xanı
"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
Müğənni Mənzurə Musayeva ilə bağlı maraqlı fakt gündəmə gəlib.
AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf
Əməkdar artist Elnur Kərimov xanımı Zülfiyyə Kərimova ilə toy görü
Şirvan şəhərində sərxoş vəziyyətdə sərnişin daşıyan mikroavtobus s
Vətən müharibəsi veteranı Əzizağa Quluzadə dələduzluğun qurbanı oldu
Günəşdə güclü partlayışlar və Yerdə G2 (orta) səviyyəsində geomaqni
2017-ci ilin oktyabrın həbsdən azad edilən və 2020-ci ilin avqustunda Türk
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Meyxanaçı Tərlan Novxanılının ailəsi ilə bağlı maraqlı görüntü ya
Son günlər bölgələrdə ətin qiymətində ucuzlaşmasının olması ilə ba
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin �
