Rauf Əliyev Vətən müharibəsi veteranını da aldadıbmış Evini başqasına satıb
Digərləri 11 Noy 2025 13:30:00 72 0
Vətən müharibəsi veteranı Əzizağa Quluzadə dələduzluğun qurbanı olduğunu bildirib.
Bu xəbəri də oxu: İşləməklə arası olmayan bürclər
Əzizağa Quluzadə Son.az-a açıqlamasında qeyd edib ki, "İnşaat kostruksiyaları MMC" tərəfindən aldadılıb
"İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov, habelə maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov saxta sənəd verərək mənim evimi başqasına satıblar.
"2 il əvvəl "İnşaat kostruksiyaları MMC"dən Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən yeni tikili binadan 2 otaqlı 90 kvadratmetr mənzil aldım. Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb.
Bununla bağlı rəhbərliyə müraciət etdim. Onlar mənim mənzilimi geri qaytarmaqdan boyun qaçırdılar. Məlum oldu ki, mənə onlar tərəfindən verilən sənəd yararsızdır.
Məsələ ilə bağlı məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etmişəm".
Qeyd edək ki, "İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov, habelə maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işi üzrə ibtidai istintaq 2023-cü ildə tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 33 ünvanında yerləşən "İnşaat Konstruksiyaları" MMC-yə məxsus binada eyni mənzillərin birdən çox şəxsə satılması nəticəsində 194 zərərçəkmiş şəxsə ümumilikdə 12 milyon manatdan artıq ziyan vurulması müəyyən olunub və ibtidai istintaq dövründə 153 şəxsə vurulmuş 9 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib.
Bundan başqa, Baş İdarədə "İnşaat Konstruksiyaları" MMC-nin vəzifəli şəxsləri barəsində məhkəməyə göndərilmiş həmin cinayət işindən ayrıca icraata ayrılmış digər cinayət işi üzrə ibtidai istintaq zamanı 28 şəxsə 1,5 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi təmin edilib.
Mehman Əsədov Son.az
Günəşdə güclü partlayışlar və Yerdə G2 (orta) səviyyəsində geomaqni
2017-ci ilin oktyabrın həbsdən azad edilən və 2020-ci ilin avqustunda Türk
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Meyxanaçı Tərlan Novxanılının ailəsi ilə bağlı maraqlı görüntü ya
Son günlər bölgələrdə ətin qiymətində ucuzlaşmasının olması ilə ba
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin �
"Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə biz, müğən
Aktyor Aytaç Şaşmaz ilə 4 illik münasibətini sonlandıran aktrisa Cemre Ba
Türkiyənin Ədirnə şəhərinin Keşan ilçəsində tək yaşayan iş adamı
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee-nin (Bəxtiyar Əliy
Bu bürclərdən olan qayınanalarla eyni evdə yaşamaq çox çətindir.
Rusiya qanunvericiliyinə edilən dəyişikliklərə əsasən silahlı qüvvəl�
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Vaşinqtonun hər hansı müharibə
Bakıda şadlıq saraylarında menyuların qiyməti fərqli olduğu kimi, qonaql
Qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum ed
